Son xəbərlər:
Türkiyədə virusa yoluxan daha 73 nəfər dünyasını dəyişib                        Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır                        “Ford” 49 min avtomobili geri çağırır                        “China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb                        İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü                        UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi                        Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma... - Sınaqlara azı bir il vaxt lazımdır                        Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb                        Aprelin 6-sı üçün teledərslərin cədvəli müəyyənləşdirilib                        ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü                        Gəncədə qadının əri tərəfindən yandırılmasının təfərrüatları məlum oldu                        “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ                        Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib                        Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı                        Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu                        Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları...                        Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR                        Qubada bədbəxt hadisə ölümlə nəticələnib                        Türkiyə vaksinin ilk sınağını keçirdi                        İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib                        Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb                        İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimələnib                        Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı                        İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb                        Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır                        Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək                        Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib                        ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq                        Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 19-03-2020, 20:01
ÜST: alimlər COVID-19-a qarşı vaksini sınaqdan keçirməyə başlayıbİki yüz mindən çox yoluxma halı və səkkiz min ölüm hadisəsi. Koronavirusla bağlı son məlumatlar belədir. Ölkələrin bəzilərində COVID-19 hələ də sürətlə yayılır, digərlərində isə azalmağa doğru gedir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vaksin və müalicə üsulları tapılana qədər vaxt udmaqdan ötrü bütün dövlətləri epidemiya qarşı tədbirlər görməyə çağırıb.

“Yeni vaksinin ilk sınağına yeni koronovirusun genetik strukturu məlum olandan 60 gün sonra başlanıb. Bu, böyük nailiyyətdir”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adxanom Gebreyesus mətbuat konfransının gedişində bildirib. Bu barədə AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir.

O, həmçinin də ÜST-ün və onun partnyorlarının COVID-19 virusunun müalicəsi sahəsində apardığı tədqiqatlar barədə danışıb. Bütün dünyadan toplanan məlumatlar bu və ya digər preparatın xeyrinə danılmaz sübutlar əldə etmək üçün vahid bazaya yığılır.

“Biz bu tədqiqatları “həmrəyliyin təzahürü” adlandırırıq”, -deyə Tedros qeyd edib. Bütün sınaqlar vahid sadələşdirilmiş sxem üzrə aparılır. Bu da həddindən artıq dolu xəstəxanaların da həmin sınaqlara qoşulmasına imkan verir.

ÜST vaksin və müalicə üsulları tapılanadək vaxt qazanmaqdan ötrü Çində və Cənubi Koreyada öz effektivliyini sübuta yetirmiş tədbirlərin bundan sonra da tətbiq olunmasını - yoluxmuş şəxsləri müəyyənləşdirməyi, həmçinin də onunla təmasda olanların hamısını izləməyi və təcrid etməyi tövsiyə edir, kütləvi tədbirləri ləğv etməklə infeksiyanın yayılma ehtimalını azaltmağı məsləhət görür. “Bu həm də səhiyyə sisteminin yüklənməsinin qarşısını alacaq”, - deyə Tedros vurğulayıb.

Əgər koronavirusa yoluxanlar aşkarlanıb təcrid olunmursa, onda ictimai xarakterli sərt tədbirlər aradan qalxan kimi infeksiya yenidən yayılmağa başlayacaq. ÜST-nin baş direktoru bu sahədə müsbət hal kimi Cənubi Koreyadakı vəziyyəti nümunə gətirərək deyib: “Bir ay əvvəl bu ölkədə infeksiya sürətlə yayılmışdı, amma Cənubi Koreya təslim olmadı. Orada innovasiyalı testləşdirilmə metodları işlənib hazırlanıb və laboratoriyaların imkanları genişləndirilib. Onlar əhaliyə maskalar payladı, yoluxanları və onlarla təmasda olanları müəyyənləşdirib təcrid etdilər. Cənubi Koreyada son həftələrdəki səylər nəticəsində ardıcıl olaraq yeni yoluxma hallarının sayı hər gün azalır. Epidemiyanın pik həddində hər gün 800 nəfər xəstəliyə tutulurdusa, bu gün orada yalnız 90 yeni yoluxma halı qeydə alınıb”, - deyə Tedros bildirib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}