Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 17-03-2020, 20:43
Rusiya uzun marafona hazırlaşır: ABŞ-a qarşı şok planQafqazinform.az iqtisadçı Natiq Cəfərlinin Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:

- Neftin qiymətinin baha olması Rusiyaya sərf etsə də, hasilatın azaldılmasına getmir. Bunun səbəblərini nə ilə izah etmək olar?

- Bunun iki səbəbi var. Birincisi, qısamüddətli səbəbdir. Rusiya, eləcə də dünya anlayır ki, 2016-cı ilin noyabrından OPEK və Rusiya süni şəkildə neftin qiymətini yüksək saxlayırdı. OPEK daim hasilatı azalda-azalda gedə bilməzdi. Çünki hasilatın azalmasının bazardakı payını digər OPEK ölkələri və bu anlaşmaya daxil olmayan ölkələr, əsasən, ABŞ doldururdu. 2016-cı ildə OPEK-lə Rusiya anlaşanda qiymətlər qalxmağa başladı və ABŞ-da hasilat da çox kəskin artdı. O zaman ABŞ-da gündəlik hasilat cəmi 8,6 milyon barel idi, bu gün isə artıq hasilatı 5 milyona yaxın artırıb. Bu vəziyyət uzun müddət davam edə bilməzdi. Qiymətlərin süni şəkildə yuxarı səviyyədəsaxlanması mümkünsüz görünürdü. Bazar oyunçuları da bunu başa düşürdülər. Bəli, süni şəkildə prosesi bir neçə ay uzadacaqdılar. Amma bunun sonu olmalı idi. Rusiya hasilatı daim azalda bilməzdi, çünki bazar payını itirirdilər.

İkinci və daha strateji səbəb Rusiya uzunmüddətli aşağı qiymətlər dövrünə hazırlıq görərək, belə bir addımla kiçik oyunçuları, əsasən, ABŞ-da neft istehsaçılarını bazardan çıxarmağı düşünürdü. Çünki ABŞ-da neftin maya dəyəri çox yüksəkdir, 30-32 dollardır. Rusiya neftinin maya dəyəri isə 11-12 dollar civarında dəyişir. Xırda və orta istehsalçılar yavaş-yavaş bazardan çıxmağa məcbur olacaq, iflasa uğrayacaqlar. Bu isə bazarda dəngənin yaradılmasına, neft qiymətlərinin iqtisadi faktorlara görə təmnzimlənməsinə səbəb olacaq. Süni müdaxilələr, hasilatın azaldılması yolu ilə qiymətlərin artırılmasına ehtiyac qalmayacaq. Bu proses ən azı il yarım çəkə bilər. Görünən odur ki, Rusiya uzun marafona hazırlıq görür.

Daha qlobal səbəb ondan ibarətdir ki, təkcə neft deyil, qaz bazarı uğrunda da ciddi savaş gedir. ABŞ-ın ambisioz planları vardı. ABŞ bu ildən başlayaraq, sıxılmış qazın Avropaya satışını artırmaq istəyirdi. Söhbət hər il satılacaq 80 milyard kub metr qazdan gedir. Rusiya Avropanın qaz bazarında hegemon dövlətdir, Avropanın qaza olan tələbatının üçdə birini ödəyir, 145-150 milyard kub metr qaz verir. Amerika Rusiyanın qaz satdığı Avropa ölkələri ilə anlaşmağa çalışırdı. Qazın qiymətinin neftin qiymətlərinə bağlı olduğunu, bəlli formulla hesablandığını nəzərə alsaq, istər-istəməz neftin qiymətinin düşməsi qazın qiymətlərinə də təsir göstərəcək. ABŞ istehsaçıları qazı daha baha hasil edirlər, daşınma xərclərini də nəzərə alsaq, Avropaya daha baha satmağa məcburdular. Amma Rusiya neftin qiymətinin düşməsi ilə əlaqədar qaz qiymətləri də enib deyə daha ucuz təklif edəcək. Həm də borularla daşındıından daha ucuz başa gəlir. ABŞ isə tankerlərlə daşımalı, maye qaza çevirməlidir və sair. Buna isə əlavə xərclər tələb olunur. Qazancı da nəzərə alsaq, 1000 kub metr Amerika qazının qiyməti 300 dollara başa gəlir. Rusiya isə Avropaya qazı 196 dollara satır və ABŞ-ı Avropa qaz bazarından çıxarmağı düşünür. Strateji olaraq alınan qərarların mahiyyəti bundan ibarətdir.

- Bazar uğrunda savaş uzansa, Rusiyanın ehtiyatları buna dözəcəkmi?

- Vacib məsələ də elə bundan ibarətdir. Rusiya iqtisadiyyatı da enerji daşıyıcılarından kifayət qədər asılıdır. Artıq biz onun fəsadlarını görürük, rus rublu dəyər itirib. Rusiya iqtisadiyyatı aşağı neft qiymətlərinə dözə bilsə, təbii olaraq həm qazın, həm də neftin qiymətinin iki ildən sonra artımının şahidi ola bilərik. Əgər iqtisadi təlatümlər genişlənsə, Rusiyanın valyuta ehtiyatları buna imkan verməsə, düşünürəm ki, günün birində yenidən Səudiyyə Ərəbistanı ilə masaya əyləşib, razılaşıb, süni yolla da olsa, neftin qiymətini qaldırmağa çalışacaq.

- Faktiki olaraq Səudiyyə Ərəbistanı ilə Rusiyanın qızğın neft mübarizəsində kim qalib görünür?

- Səudiyyə daha üstün durumdadır. 1 trilyona yaxın valyuta ehtiyatına malikdir, dünya üzrə daşınan əmlakları, şirkətləri, səhmləri daha çoxdur. İkincisi, Səudiyyə neftin hasilatının maya dəyərinin ən aşağı olduğu ölkələrdən biridir, burada hasilatın maya dəyəri 6-7 dollar civarındadır, yəni daha dayanıqlıdır. Hasilatın artırılması imkanları daha çoxdur. Rusiya artıq öz tarixində maksimum hasilatda 10-11 milyon barel neft hasil edə bilir. Səudiyyə isə gündəlik neft hasilatını 13-14 milyon barrelə çatdırmaq imkanına malikdir. Həcmi artırmaq yolu ilə itirilən gəlirləri bərpa edə bilər. Bir maraqlı məsələ də ondan ibarətdir ki, Səudiyyə xarici siyasətindəki addımları Vaşinqtonla uzlaşdırır. Aşağı neft qiymətləri nə qədər qəribə səslənsə də, indi ABŞ-a sərf edir.

- Necə?

- Rusiya çalışır ki, ABŞ neft istehsalçılarını sıradan çıxarsın, amma Amerika o qədər qlobal və böyük iqtisadi oyunçudur ki, neftin qiymətinin düşməsindən də udur. Noyabrda prezident seçkiləri olacaq, seçicilərin ən çox diqqət yetirdiyi məsələ benzin qiymətləridir. Neftin qiymətinin düşməsi benzinin də qiymətini salacaq. Bu, ABŞ seçicilərinə çox pozitiv mesaj olacaq. Neftin qiymətinin düşməsi logistikanı, nəqliyyat xərclərini ucuzlaşdıracaq. Bu da ABŞ iqtisadiyyatına əlavə dəstək göstərəcək. İndiki dövrdə Səudiyyənin atdığı addımları Vaşinqtonla razılaşdırdığını düşünürəm.

- Bir sıra ekspertlər Rusiyaya qarşı plan hazırlandığı və bunun işə düşdüyü qənaətindədirlər. Bu, nə dərəcə real görünür?

- Komple teoriyə oxşayır, Rusiya özü bu addım atdı axı, o qədər ağılsız dövlət deyil ki, bilə-bilə belə oyuna getsin. Hasilatı azaltmamaq və OPEK anlaşmasından çıxmaq barədə qərarı özü verib. Anlayırdı ki, neftin qiyməti kəskin düşəcək. Əvvəlcə plandan söhbət gedə bilməzdi. Bax, indi ABŞ-ın planı işə düşə, Səudiyyəyə müəyyən təzyiq göstərərək, qiyməti daha da aşağı salmağa çalışa bilər. Belə ehtimal var. Amma Rusiyanın verdiyi qərardır və strateji olaraq aşağı qiymətlərə dözə bilsə, 2 ildən sonra ABŞ neft istsalçılarını sıradan çıxara bilər.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}