Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 27-02-2020, 16:39
"Şahidlərin hamısı ölməyib, lazım gəlsə, onlar da danışacaq...”
“Xocalıda Azərbaycan qadınını avtomatın qundağıyla vuran həmin xalça və samovar qarətçisi Bakıda polis rəisi oldu...”


Moderator.az-ın ötən il təqdim etdiyi 1992-ci ilin payızında Milli Məclisin iclaslarında müzakirə olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat-istintaq komissiyasının RƏYİ”ndə Xocalı rayonunun işğaldan öncəki sonuncu rəisi Sabir Məmmədovla bağlı bir neçə cümləlik diqqətəlayiq bir epizod da diqqətimizi çəkdi.

Guya faciədən hələ 12 gün öncə- fevralın 13-də “Xocalıdan uçan axırıncı vertolyot reysi ilə Xocalı Rayon Daxili İşlər Şöbəsinin rəisi Sabir Məmmədov da uçub gedib”. Və hətta “rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən biri (İlham adlı)” onun qabağını kəsib silah gücünə” də saxlaya bilməyib...

Faciədən öncəki sonuncu polis rəisi: "Xocalıdan uçan vertolyota nə üçün mindiyimə Elman Məmmədov da şahiddir...”

Moderator.az əməkdaşı Xocalı rayonunun işğaldan öncəki sonuncu polis rəisi olmuş, istefada olan polis mayoru Sabir Məmmədovla əlaqə saxlayaraq sözügedən mövzuda suallara cavab alıb. Sabiq rəis haqqında deyilənləri böhtan adlandırıb və bildirib ki, onun Xocalıda sözügedən vertolyota hansı məqsədlə mindiyinə orada olmuş Xocalı Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Elman Məmmədov da şahiddir.

“Elman Məmmədovla razılaşmamıza görə, o, Xocalıda qaldı, mən isə fevralın 13-də vertoyotla Gəncəyə aparılan 300-dək dinc sakini müşayiət etməli oldum. O məqamda mənim guya Əlif Hacıyevin hansısa döyüşçüsü ilə o mövzuda mübahisəm-filan da olmayıb... Sonrakı günlər isə Ağdam və Gəncədə Xocalıya yenə də vertolyot göndərilməsi üçün çalışdım. Lakin elə alındı ki, fevralın 23-də Gəncə aeroportunda rastlaşdığım rəhmətlik Əlif Hacıyevlə sözləşdiyimiz kimi, Xocalıya uçan sonuncu vertolyota çatdırıb minə bilmədim. Çünki ruslar nədənsə vədələşdiyimiz vaxtdan bir az tez uçmuş və Əlif də məni gözləmədən onlarla bərabər getməyə məcbur olmuşdu. Və təəssüf ki, o zaman hərbi və yük vertolyotları Rusiyanın Zaqafqaziya Hərbi Dairəsinin tabeliyində olduğundan sonrakl günlər hərbi komandanlıq pilotlara yenidən Xocalıya uçmağa icazə vermədi. Həmin vaxt avtomobil yolu ilə də Xocalıya qayıtmaq mümkün deyildi. Ona görə də mən Ağdamda qalmağa məcbur oldum...”-deyə sabiq polis rəisi bildirib.

Polkovnik Sabir Məmmədovun sözlərinə görə, onun deputat-istintaq materiallarında adının guya “Xocalını qoyub qaçan rəis” kimi hallanmasının əsl səbəbi başqadır.

“Məni Xocalıdan öz şəxsi avtomobillərini və qarət etdikləri yükləri dinc sakinləri daşımalı olan vertolyotla çıxarmaqlarını bildiyim və bunu sonradan davam etdirmələrinə yol vermədiyim bir neçə şəxs illərdir ki, öz yüksək vəzifəli qohumları vasitəsilə şərləməyə çalışır. Lakin buna nail ola bilmirlər. Hələlik onların adlarını bir daha çəkməyə ehtiyac görmürəm. Çünki ötən illərdə “Tarixi saxtalaşdırmaq cinayətdir” adı ilə bir neçə dəfə çap edilmiş kitablarımda Xocalıda baş verənlər, eləcə də bəhs etdiyim şəxslər barəsində ətraflı yazmışam. Buna cavab olaraq heç biri səsini çıxarmayıb. Üstəlik, şahidlərin hamısı ölməyib, lazım gəlsə, onlar da danışacaqlar...”

“Həmin üzdəniraq Xocalı “qəhrəman”ları şəhərin müdafiəsində və dinc sakinlərin oradan çıxarılması zamanı düşmənlə qəhrəmancasına döyüşərək həlak olmuş bir igidin qohumları olduğundan onların adını bir daha hallandırmağa dilim gəlmir” -deyən polkovnik Xocalı aeroportunda digər döyüşçü və sakinlərin də şahidi olduğu Azərbaycan kişisi, övladı üçün utancverici bir olaydan bəhs edib.

“Təsəvvür edin ki, Xocalı aylardır mühasirədədir. Uşaqlar, qadınlar, qocalar ağır vəziyyətdə, təhlükə altındadır. Yuxarıdan da heç bir kömək gəlmir. Artıq Xocalıya güclü hücum olacağı barədə əhali arasında söz-söhbət dolaşırdı. Və belə bir gərgin vaxtda ən ümdə vəzifə dinc əhalini mühasirədən çıxarmaq idi. Bu haqda yuxarıdan göstəriş də almışdıq...
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
Xocalı hava llimanına növbəti vertolyot enmişdi... Gərginlik yaşanr, hamı vertolyota doluşub çıxmağa çalışırdı. Belə ağır bir məqamda bəhs etdiyim, yaxın münasibətim, böyük hörmətim olan qəhrəmanın qardaşının “Jiquli” avtomobilindən düşdüyünü gördüm. Düzü, əvvəlcə hesab elədim ki, o da arvad-uşağı, əlsiz-ayaqsızları yola salmağa kömək məqsədilə gəlib. Amma az sonra gördüm ki, yox, o, maşınından xalça və digər qiymətli ev əşyalarını boşaldır. Elə bu dəmdə Xocalı sakini Məhluqə Kazımova həmin şəxsin üstünə yeriyib nə üçün onun ev əşyalarını – antikvar, qiymətli hesab edilən xalça və samovarlarını oğurladığını soruşdu. Buna cavab olaraq qarətçi əlindəki avtomatın qundağıyla zavallı qadının kürəyinə dalbadal iki dəfə zərbə endirdi. Məhluqə xala üzü üstə yerə sərildi... Ermənilərlərlə döyüş şəraitində olduğumuzdan həmin şəxs haqqında ciddi tədbir görmədim. Sadəcə, onu sərt tənbeh edərək başqasının əmlakını oğurlamağın və insana, özü də qadına xəsarət yetirməyin cinayət və ağır günah olduğunu xatırlatdım...

Artıq Xocalı da, Ağdam da və s. işğal olunduqdan sonra tale elə gətirdi ki, həmin şəxsin yüksək vəzifəli qohumunun qərəzkarlığı sayəsində tutduğum vəzifələrdən çıxarıldım. Azərbaycan qadınını avtomatın qundağıyla vuran həmin Xocalı qarətçisi isə elə bəhs etdiyim qohumunun köməyi ilə Bakı rayonlarından birində polis rəisi işləməyə başladı. Və bundan sonra barəmdə şər-şəbədələr danışmağa, istintaqa qərəzli, böhtan dolu məlumatlar verməyə girişdi. Hətta rəis olduğu rayon polis idarəsində işləyən oğlumu da heç bir əsas olmadan işdən azad etdi...”- keçmiş rəis belə deyib.

Polis mayoru Sabir Məmmədov bəhs edilən olaydan öncə adı çəkilən şəxslə yaxın qohumluğu olan digər iki nəfərin də öz avtomobil və şəxsi əşyalarını vertolyot varsitəsilə Xocalıdan çıxarması haqda danışdı.


“Xocalı şəhəri üzrə sahə müvəkkili olan Tahir Vəliyev bir gün mənə məlumat verdi ki, şəhərdə mühüm vəzifələrdən birini tutan şəxslərdən birinin kürəkəninin “06” “Jiquli”sini vertolyotla Ağdama yollamasının şahidi olub... Təbii ki, erməni mühasirəsində olduğumuzdan o vaxt bu faktı araşdırıb o məxluqu cəzalandırmaq mümkün olmadı. Ancaq bu, fakt idi... Həmin şəxs də artıq işğaldan sonra Bakıda işləyərkən, Xocalı faciəsinin istintaqı gedərkən mənim onun əməlləri barədə prokurorluğa məlumat verəcəyimdən ehtiyatlanaraq barəmdə qərəzli ifadələr verməyə, şər-böhtan yaymağa başladı. Lakin o, bununla heç nəyə nail ola bilmədi, mən isə onun haqqında heç bir ifadə vermədim...

Fəqət, qeyd etdiyim qarətçi, xalqı, Qarabağı, torpaqlarımızın işğaldan müdafiəsini, azad olunmasını deyil, yalnız öz şəxsi, ailə, tayfa mənfəətlərinin düşünən məxluqlar bu günədək mənə və ailəmə qarşı qərəzli münasibətlərini davam etdirirlər...

İndi qoy dəyərli oxucular da düşünsün... O vaxt Xocalıda mühüm vəzifədə işləyən bəhs edilən şəxslərdən biri tutduğu vəzifədən sui-istifadə edərək qohumunun “06” “Jiquli”si əvəzinə, Ağdama göndərdiyi vertolyotla 300 nəfər şəhər əhalisini çıxarsaydı, o halda bəlkə də 613 yox, uzağı, 313 Xocalı sakini şəhid olardı. Nə yazıqlar ki, belələri öz şəxsi əmlaklarını, avtomobil və mal-qaralarını, qarət etdikləri xalça və samovarları Xocalı əhalisindən, hətta öz qohum-əqərəbalarından da belə üstün tutdular. Buna nə ad verəsən? İşğalçı, terrorçu ermənilərin Azərbaycan xalqına, dövlətçiliyinə vurduqları zərbələrlə bunların etdiklərinin fərqi nə qədərdir?..”- deyə sabiq rəis təəssüf hissi ilə açıqlamasını tamamlayıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}