Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 27-02-2020, 15:23
“Mir Yusifə Xalq artisti adı verdilər, o, da çılpaq qızlarla enerji içkilərini reklam edir...”“Biz İranla sərhədlərimizi açdıq, amma onlardan bizə bir dənə mədəniyyət, elm, təfəkkür yox, alver, narkomaniya və əxlaqsızlıq gəldi”

“İnsan nə qədər ehtiyac içində olar, çalışar ki, evinə bir parça çörək aparsın? Mən ailə quranlara həmişə deyirəm ki, evin varmı? Kirayə qalan oğlana qız verənin ağlı yoxdur”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ailə münaqişələri haqda danışarkən deyib. Onun sözlərinə görə ailədaxili münaqişlərə səbəb sosial təminat və narkomaniyadır:

“Düşünürəm ki, ailələrdə boşanma işin görünən tərəfidir, buna qədər ailədaxili problemlər olur. Bunların isə 99 faizi sosial təminatla bağlıdır, çünki iştirak etdiyim verilişlərə belə ailələr çox müraciət edir. İnsan nə qədər ehtiyac içində olar, çalışar ki, evinə bir parça çörək aparsın? Mən ailə quranlara həmişə deyirəm ki, evin varmı? Kirayə qalan oğlana qız verənin ağlı yoxdur. Ailələrdə olan sosial problemlər üst-üstə yığılır və sonda da boşanmalara gətirib çıxarır. Bunun daha bir səbəbi isə Azərbaycanda narkomaniyanın geniş yayılmasıdır. Bunun ölkədə çox ciddi, ağır fəsadları var. Xüsusən cənub bölgəsində narkomaniyayla bağlı həyəcan təbili çalmaq lazımdır. Biz İranla sərhədlərimizi açdıq, amma onlardan bizə bir dənə mədəniyyət, elm, təfəkkür yox, alver, narkomaniya və əxlaqsızlıq gəldi. İlk dəfə biz İraqa Məhəmməd Füzulinin yubiley tədbirinə gedərkən Astara keçid məntəqəsindən keçəndə həyatıma nifrət elədim. O hadisələrin şahidlərindən biri də Xalq yazıçısı Anardır. Onda dedim ki, bu qardaşlığın arxasıyca bizə ancaq təhlükə gəlir”.

Xalq artisti ziyanlı enerji içkilərini reklam edən məşhurları da tənqid edib və bunun yolverilməz olduğun deyib:

“Daha bir problem isə cəmiyyətdə təbliğ olunan enerji içkiləridir. Siz təsəvvür edin ki, gənclərimiz bu gün həmin enerji içkilərinin əsirinə çevriliblər. Bu içkilər də narotik qədər təhlükəlidir, asılılıq yaradır. Bunu da bizim məşhurlar reklam edirlər. Mir Yusifə Xalq artisti fəxri adı verdilər və o, da çılpaq qızlarla hovuzun ətrafında kişiliyə ziyan olan enerji içkilərini reklam edir. Mənim həkim dostlarım var və onlar deyir ki, bizim artıq bunun qarşısını almağa imkanımız yoxdur, bu içkilər kişiliyə ziyandır. Bu gün gənclərimizin çoxu xəstəlikdən əziyyət çəkir, evlənə bilmirlər”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}