Son xəbərlər:
Türkiyədə virusa yoluxan daha 73 nəfər dünyasını dəyişib                        Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır                        “Ford” 49 min avtomobili geri çağırır                        “China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb                        İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü                        UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi                        Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma... - Sınaqlara azı bir il vaxt lazımdır                        Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb                        Aprelin 6-sı üçün teledərslərin cədvəli müəyyənləşdirilib                        ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü                        Gəncədə qadının əri tərəfindən yandırılmasının təfərrüatları məlum oldu                        “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ                        Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib                        Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı                        Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu                        Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları...                        Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR                        Qubada bədbəxt hadisə ölümlə nəticələnib                        Türkiyə vaksinin ilk sınağını keçirdi                        İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib                        Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb                        İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimələnib                        Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı                        İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb                        Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır                        Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək                        Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib                        ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq                        Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 25-02-2020, 22:16
Xocalı-xalqımızın qubar yeri

Azər ƏLİYEV,
Xaçmaz rayon qeydiyyat şöbəsinin rəisi


Azərbaycan xalqı tarixi boyu görünməmiş ədalətsizliklərlə çox üzləşib. Millətimizə qarşı edilən haqsızlıqlar qan yaddaşımıza ağrı-acılarla yazılıb. XX əsrdə dövlət müstəqilliyini bərpa edən respublikamızın qarşılaşdığı ərazi itkisi ilə bərabər, həm də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi erməni millətçiləri və onların havadarlarının yüzilliklər boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin daha bir qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri idi.
Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında - indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı rayonlarda yaşayan azərbaycanlılar daimi olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma vətənlərindən didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Daim “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər qarşılarına qoyduqları məqsədə nail olmaq üçün öz himayədarlarının dəstəyi ilə müxtəlif dövrlərdə xalqımıza qarşı terror və soyqırımı, etnik təmizləmə siyasəti həyata keçiriblər. XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalıblar.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi birləşməsi keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək bir gecənin içində onu yerlə yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyidlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Həmin ailələrdən 2-si Qərbi Azərbaycandan-Göyçə mahalından olub. Xocalı soyqırımını törətməklə nankor, terrorçu, vəhşi ermənilərin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və sonrakı daşnak rəhbərlərinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

Bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibəti erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamıdır. Etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistləri zaman-zaman Azərbaycan xalqına qarşı amansız olmuş, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışmış, “böyük Ermənistan” yaratmağa ciddi cəhdlər etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları tamamilə və zorakılıqla didərgin salandan sonra Azərbaycan torpaqlarının işğalına başlayan ermənilər ərazimizin 20 faizini zəbt etdilər, 1 milyon 200 mindən çox həmyerlimizi məcburi qaçqına, köçkünə və didərginə çevrildilər.

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, dünya xalqlarının tarixinə, insanlığın tarixinə kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımı “təkcə Azərbaycan xalqının deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinistləri-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamıdır və qanlı səhifəsidir”.

Azərbaycana qarşı Ermənistan tərəfindən davam edən işğal, insanlıq əleyhinə həyata keçirilən qatı cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və digər hüquqi aktların ciddi şəkildə pozulmasıdır.
O dövrdə Azərbaycanda hakimiyyətdə olanlar Xocalı haqqında həqiqətlər, Xocalıda baş verən hərbi cinayətlər barədə qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində heç bir iş görməmişlər, yetərincə məlumatlandırmamışlar. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ölkə rəhbərliyinə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin miqyası, o cümlədən Xocalı soyqırımı barədə əsl həqiqətlər dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. 1994-cü il martın 1-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı Soyqırımı Günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Bu gün Azərbaycan diplomatiyası bu soyqırımı haqqında həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində məqsədyönlü işlər aparır. Ölkə Prezidenti cənab İlham Əliyev Xocalıda xalqımızın başına gətirilən terroru, baş verən cinayətləri ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə və soyqırımı kimi səciyyələndirərək qeyd edib ki, Xocalı faciəsi təsadüfi hadisə deyil, bu, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqlarından qovulubdur, didərgin salınıbdır, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2012-ci il 20 fevral tarixində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azadlıq meydanından “Xocalı soyqırımı” abidəsinə edilən ümumxalq yürüşü bir daha göstərdi ki, tökülən günahsız qanlar yerdə qalmayacaq, xalq-iqtidar birliyi sayəsində işğal altındakı torpaqlar azad ediləcək, ölkənin ərazi bütövlüyü bərpa olunacaqdır.

Ölkəmizdə son illər Xocalı soyqırımı hadisələrinin bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi sayəsində Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər, sərgilər dünyanın hər bir yerində nümayiş etdirilir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da sürətləndirib. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, dünyanın hər bir yerində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama və digər ölkələrin parlamentlərinin müvafiq sərəncamlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bundan başqa Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyənləşdirib.

Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğalçılardan azad olunacaq, tökülən qanlar yerdə qalmayacaqdır. Xalqımız öz Prezidentinə inanır və cənab İlham Əliyev də bu inamı layiqincə doğruldur. Bu vəhdətlilik deməyə əsas verir ki, ərazi bütövlüyümüz bərpa olunacaq, üçrəngli Azərbaycan bayrağı bütün əzəli torpaqlarımızda dalğalanacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}