Son xəbərlər:
Qərargah: Karantinə alınan şəxslər ictimai qaydaları kobudcasına pozur                        "Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət                        Azərbaycan Prezidenti: "Xəzərdəki ən böyük donanma bizə məxsusdur"                        Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI                        İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”                        Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər                        Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər                        Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb                        Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi                        Monqolustan prezidenti koronavirusa görə karantinə alındı                        Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib                        Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib                        Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...                        ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı                        “Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...                        “Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."                        Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb                        Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı                        DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır                        Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub                        Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib                        “Azeri Light”ın bir barrelinin qiyməti 53 dollara düşüb                        Türkiyə İdlibdə 33 şəhid verdi                        Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28-fev-2020 / ( 09:00 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 5-02-2020, 14:09
Adil Əliyevin seçicilərlə izdihamlı görüşü - FOTO
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb.

Qafqazinform.az xəbər verir ki, əvvəlcə Adil Əliyevə həsr edilmiş film nümayiş olunub.

Azərbaycan ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov çıxış edərək deyib ki, Adil Əliyev vətənpərvər insandır.

O bildirib ki, Milli Məclisdə A.Əliyev kimi insanlar təmsil olunmalıdır: “Adil Əliyev həmişə seçicinin yanında olub, onların problemləri ilə maraqlanıb. O, Qarabağ qazilərinə xüsusi diqqət göstərib. Ona görə də düşünürəm ki, Adil Əliyev növbəti dəfə də deputat seçilməlidir. Seçiciləri ona səs verməyə çağırıram”.

Professor Rəşid Mahmudov Adil Əliyevin fəaliyyətini yüksək qiymətləndirib: “Adil Əliyev əsl vətəndaşdır. Dövlət Adil Əliyev kimi vətəndaşların üzərindədir. O, hər şeyə layiqdir. Ölkəmizdə qoçaq insanlar çoxdur. Onlardan biri də Adil Əliyevdir. O, deputat seçilməsə də, bu millətə xidmət edəcək. Milli Məclisin deputatlarının az bir hissəsi Adil müəllim kimi olarsa, ölkəmiz çiçəklənər”.

Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev hamını seçkilərə səsləyib: “Hamı seçkilərdə iştirak etməlidir. Tövsiyə edirəm, ərazidə yaşayanlar Adil Əliyevə səs versinlər. Onun xidmətlərini sadalamağa ehtiyac yoxdur, hər kəs bilir. Biz onun fəaliyyətini yüksək qiymətləndiririk”.

Sonra çıxış edən Adil Əliyev şəhid ailələri və Qarabağ qazilərinə diqqətdən danışıb: “Onlar vətən yolunda canlarından keçiblər. Biz hər zaman onların yanında olmalıyıq, problemərini anındaca həll etməliyik. Bizim onlara borcumuz var. Hər bir Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyünün qorunması üçün xidmət etməlidir. Əminəm ki, Azərbaycan ordusu torpaqları işğaldan azad edəcək. Ona görə də biz sona qədər döyüşçülərin yanında olacağıq. Çünki onlar təmənna güdmədən bu işi davam etdirirlər”.

A.Əliyev deputatı olduğu əraziyə yaxından bələd olduğunu qeyd edib.

O, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Ölkəmizdə bütün sahələrə diqqət göstərilir. Dövlət nə bacarırsa, edir. Azərbaycan güclü dövlətdir, bir sıra meqa-layihələrə imza atıb. Artıq böyük dövlətlər ölkəmizlə hesablaşırlar. Bir məsələni xüsusi qeyd etmək istərdim, vətəndaşların milli şüuru inkişaf etdirilməlidir. Bəzilərində savad, pul var, amma vətənpərvər deyillər. Biz çalışmalıyıq ki, insanlar vətənpərvər olsun, vətəni sevsinlər. Ölkəmizi sevməyən qüvvələr var. Onlar Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyirlər. Biz ona görə də Prezident İlham Əliyevin və onun komandasının ətrafında sıx birləşməlidir. Hamı ölkə rəhbərinə kömək etməlidir”.

A.Əliyev hamını seçkilərə səs səsləyib: “Seçkidə iştirak edin, istədiyiniz namizədə səs verin. İndiyədək kiminsə haqqının girməmişəm. Alnım açıqdır, vicdanım da təmizdir. Bunu seçicilər də bilir”.

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa digər namizəd Məhsəti Hüseynova Adil Əliyevə səs verəcəyini bəyan edib: “İmza toplayarkən qapını döyəndə hər kəs deyirdi ki, Adil Əliyevə səs verəcəklər. Mən də səsimi Adil Əliyevə verəcəyəm”.

Görüşdə digər çıxış edənlər də Adil Əliyevi dəstəklədiklərini bildiriblər.

İzdihamlı görüşdən görüntüləri təqdim edirik:




Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829