Son xəbərlər:
Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 26-01-2020, 22:03
Türkiyədən təxliyə edilən tələbələr Prezident İlham Əliyevə təşəkkür etdilərTürkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.

Qafqazinform.az AZƏRTAC-a istinadən xəbər verir ki, vətəndaşlarımız Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb və 15:30-da təyyarə ilə Naxçıvandan Bakıya yola salınıb.

Təxliyə olunanlardan Malatyada təhsil alan Fuad Həsənov bildirib ki, zəlzələdən sonra digərləri kimi, o da yaşadığı yeri tərk edib. Azərbaycana qayıtmaq istəsə də buna maddi imkanı olmayıb. Lakin sonradan Türkiyədəki səfirliyimizdən tələbələrə zəng edilərək bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, onlar heç bir vəsait ödəmədən avtobuslarla Naxçıvana aparılacaq, buradan isə Bakıya yola salınacaqlar.

O deyib: "Bizim tələbələrimiz arasında pasportları itən və ya dağıntılar altında qalanları da olub. Oradakı konsolluğumuz bunu nəzərə alıb və həmin tələbələr lazımi sənədlərlə təmin ediliblər. Bizə bu şəraiti yaradan, bizi xilas edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Malatyada təhsil alan digər tələbə Mələkxanım Alıyeva da dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, zəlzələdən sonra hər kəs binalardan uzaq yerlərdə qalmağa üstünlük verib. Havaların şaxtalı keçməsi insanların çətinlik çəkməsinə yol açıb. Türkiyə dövləti və xalqı fəlakətdən zərər çəkənlərə hər cür dəstəyi göstərir.

O, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsi barədə göstərişini sevinclə qarşıladığını vurğulayıb. Bunun dövlətimizin vətəndaşlarına verdiyi yüksək dəyərin ifadəsi olduğunu qeyd edib.

Mələkxanım Alıyeva deyib: "Dövlətimizin öz vətəndaşlarını himayəyə götürərək fəlakət bölgəsindən uzaqlaşdırması Azərbaycan Prezidentinin insanlarımıza verdiyi dəyər kimi həmişə yaddaşımızda qalacaq”.

İnönü Universitetinin tələbəsi İlham Məmmədov da tələbə yoldaşlarının fikirləri ilə tam razı olduğunu vurğulayaraq qeyd edib ki, zəlzələ hər kəs kimi onu da qorxudub: "Belə vəziyyətlərdə insan nə edəcəyini, hara gedəcəyini bilmir. Çünki qorxu, həyəcan buna imkan vermir. Məhz belə bir vəziyyətdə Prezidentimizin bizi unutmaması, bizim təxliyə olunmamız barədə göstəriş verməsi bizə, sanki, yenidən həyat bəxş etmiş oldu. Səmimiyyətlə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun!”


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}