Son xəbərlər:
Qərargah: Karantinə alınan şəxslər ictimai qaydaları kobudcasına pozur                        "Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət                        Azərbaycan Prezidenti: "Xəzərdəki ən böyük donanma bizə məxsusdur"                        Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI                        İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”                        Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər                        Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər                        Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb                        Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi                        Monqolustan prezidenti koronavirusa görə karantinə alındı                        Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib                        Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib                        Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...                        ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı                        “Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...                        “Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."                        Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb                        Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı                        DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır                        Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub                        Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib                        “Azeri Light”ın bir barrelinin qiyməti 53 dollara düşüb                        Türkiyə İdlibdə 33 şəhid verdi                        Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28-fev-2020 / ( 09:00 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 18-11-2019, 16:16
 Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdırƏminəm ki, muxtar respublikanın artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı göstəriş verib. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

Qafqazinform.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi: “İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.

“Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb: “Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Ali Məclisin Sədri Vasif Talıbov isə bildirib ki, maaş artımı ilə əlaqədar gələn ilin büdcəsinin həcmi də artıb. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılıb. Yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.

Naxçıvanda bütün istiqamətlər üzrə işlərin yaxşı getdiyini vurğulayan Prezident İlham Əliyev bu dinamikanın gələn il də təmin ediləcəyinə əmin olduğunu deyib: “Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdı


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829