Son xəbərlər:
Qərargah: Karantinə alınan şəxslər ictimai qaydaları kobudcasına pozur                        "Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət                        Azərbaycan Prezidenti: "Xəzərdəki ən böyük donanma bizə məxsusdur"                        Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI                        İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”                        Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər                        Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər                        Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb                        Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi                        Monqolustan prezidenti koronavirusa görə karantinə alındı                        Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib                        Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib                        Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...                        ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı                        “Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...                        “Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."                        Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb                        Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı                        DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır                        Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub                        Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib                        “Azeri Light”ın bir barrelinin qiyməti 53 dollara düşüb                        Türkiyə İdlibdə 33 şəhid verdi                        Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28-fev-2020 / ( 09:00 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 8-06-2019, 18:16
“Protokollar gələndə məlum oldu ki, cəmi 0,8 faz səs toplanıb...”
“Bildiyimə görə, o vaxt Əbülfəz bəyin özü də Heydər Əliyevin qayıdışında maraqlı idi...”

26 il öncə bu günlərdə Azərbaycan ən ziddiyyətli, ən mürəkkəb və ən təlatümlü çağlarını yaşayırdı. 1991-ci ilin payızından bəri bütövlükdə Dağlıq Qarabağı, Xankəndini, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarını itirmiş hüquqi cəhətdən müstəqil, “körpə” dövlətçiliyə malik respublika daha böyük ərazilərini itirmək təhlükəsi ilə yanaşı, ümumiyyətlə, parçalanma, yaxud federallaşma və dövlətçilikdən məhrum olma təhdidləri altında idi. Müəyyən ölkədaxili və xarici güclərin səyləri nəticəsində 4 iyun Gəncə olaylarından sonra ölkədəki proseslər xalq kütlələrinin etirazları ilə körüklənərək elə bir məcraya yönəldildi ki, cəmi 11 gün sonra - 1993-cü ilin 15 iyununda mərhum prezident Heydər Əliyev Naxçıvandan Gəncəyə, oradan da Bakıya – hakimiyyət başına qayıtdı. Və elə onun Prezident olduğu dövrdə də 15 iyun 1993-cü il Azərbaycan tarixinə rəsmən Milli Qurtuluş Günü kimi yazıldı. Ancaq son 3 onilliyin hadisə və proseslərinin təhlilləri göstərir ki, həmin tarixi günün təşəkkül tapmasında, yəni Heydər Əliyevin hakimiyyətə qaydışında təmənnalı, yəni yalnız vəzifə kürsüsü, xalqın sərvətlərini çapıb-talayaraq oliqarxlara çevrilmək arzusu ilə can-fəşanlıq edənlərlə yanaşı, o gün üçün səmimi-qəlbdən, Azərbaycanın parçalanmadan, dövlətçiliyimizin məhvdən qurtulması məqsədi ilə çalışan, əziyyət çəkənlər də xeyli olub...
Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan, sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətində bəhs edilən dövrün ilginc məqamlarından söz açıb...
“Arif Hacıyev açıq dedi ki, Elçibəyə səs toplaya bilməyənlərlə işləməyəcəyik...”


-Maksim müəllim, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün fədakarlıqlar göstərmiş şəxslərdən biri kimi 15 İyuna aparan yolda hansı məqamları vurğulayardınız?

- Əslində Milli Qurtuluş gününə gedən yol hələ 1969-cu ildən başlanan çox mürəkkəb bir yoldur. Amma bu yolun ən düyünlü məqamları 1990-cı illərin əvvəlində meydana çıxdı. AXC-nin hakimiyyətdə olduğu bir dövrdə - 1992-ci ilin oktyabrından bəri mən də daxil olmaqla parlamentin bir qrup deputatı Azərbaycanda yaranmış gərgin vəziyyət barədə narazılıqlarımızı rəhbərliyə çatdırmağa başladıq. Spiker və onun müavini ilə görüşüb etirazlarımızı bildirdik. Artıq ölkədə Qarabağdakı döyüşlərdəki məğlubiyyətlərdən tutmuş acınacaqlı iqtisadi durumadək o qədər katastrofik vəziyyət yaranmışdı ki, bunun məsuliyyətini öz üzərində də hiss edən bir sıra deputatlar bəzən açıq, bəzən gizli şəkildə müzakirələr aparır, kimin, yaxud konkret hansı siyasi partiya rəhbərinin Azərbaycanı bu durumdan xilas edəcəyi barədə ciddi düşünürdülər. Yəni, söhbət konkret kiminsə hakimiyyətə gəlməsindən daha çox, Azərbaycanın xilasından gedirdi...

Əksər rəylər yenə də sonda Heydər Əliyevin üzərində cəmləşirdi ki, hazırkı böhrandan ölkəni böyük siyasi təcrübəsi olan, SSRİ kimi nəhəng bir ölkənin rəhbərlərindən biri olmuş, kifayət qədər idarəçilik peşəkarlığına malik şəxsiyyət kimi yalnız o xilas edə bilər. Beləliklə, biz növbədənkənar sessiya çağırılması istiqamatində çalışmağa başladıq. O dövrün qaydalarına görə, 139 deputatın imzası olan müraciət belə bir sessiyanı çağırmağa imkan yaradırdı. Mən də təşəbbüs qrupunun üzvü kimi imzatoplama kampaniyasına başladım...

Bununla bərabər bir qrup deputat Naxçıvana gedərək şəxsən Heydər Əliyevin özü ilə görüşdülər. Təəssüf ki, bundan gec məlumat tutduğumdan mən gedə bilməmişdim...


- Bildiyimizə görə, bu cür fəallığınıza görə sizi bir dəfə hətta dövlət çevrilişinə cəhddə də suçlamağa çalışıblar?..

- Bəli. Səhv etmirəmsə, 1993-cü ilin aprelində o vaxtkı Baş prokuror İxtiyar Şirinov məni çağırıb xəbərdarlıq etdi ki, bizdə olan məlumata görə, siz dövlət çevrilişinin təşkilinə cəhd edirsiniz. Bu cür təzyiqlər ucbatından Heydər Əliyevin qayıdışı üçün növbədənkənar sessiya çağırılmasına imza atmış deputatlardan 10-15-i öz imzalarından imtina etdilər ki, bizi aldadıblar, səhv etmişik. Belələrinin adlarını da bilirəm... Buna baxmayaraq sonda biz lazımi sayda imza toplaya bildik. Və həmin imzaları parlamentə təqdim edəndə artıq hakimiyyt vahiməyə düşdü. Əslində burada gizli bir şey yox idi... Bildiyimə görə, o vaxt Əbülfəz Elçibəyin özü də Heydər Əliyevin hakimiyyətə qayıdışında maraqlı idi. Biz Prezident Aparatında gedən bütün prosesləri də izləyirdik. O hakimiyyətin müvəqqəti olduğunu dərk edən bəzi məmurlar bizə məmnuniyyətlə informasiya çatdırırdılar. Hətta o zaman aldığımız məlumata görə, sabiq baş nazir Pənah Hüseynov da Heydər Əliyevin hakimiyyətə qayıdışının tərəfdarı olub. Bunun əleyhinə olanlar isə əsasən İsa Qəmbər və Arif Hacıyev idi. Əli Kərimli isə Elçibəyə tərəf meyillənməklə neytral mövqe tuturdu...

- Maksim müəllim, dünən - iyunun 7-də 27 il öncə prezident seçildiyi gün media səhifələrində qeyd olunan mərhum Əbülfəz Elçibəydən söz düşmüşkən, sizə bir sual verək. Yadınızda, 1992-ci ilin martında parlamentdə Prezident seçkilərinin keçirilib-keçirilməməsi ilə bağlı müzakirələr zamanı Əbülfəz bəy dedi ki, prezident seçirsiniz-seçin, üç aydan sonra seçdiyiniz prezidenti bir ildən sonra yıxacaqsınız. Sanki Əbülfəz bəy öz hakimiyyət komandasının ölkədə belə bir durum yaradacağını əvvəlcədən bulirmiş... Siz necə düşünürsüz?

- Bəli, o vaxtkı vəziyyətdən xəbərimiz var idi. Əbülfəz bəy özü obyektiv insan olduğundan ölkəni həmin durumda idarə etməyin çətin olacağını dərk edərək prezident olmaq istəmirdi. Ümumiyyətlə, mən onu müsbət insan kimi tanımışam...

Yeri gəlmişkən, Elçibəylə bağlı bir maraqlı hadisəni danışım. 1992-ci ilin iyununda prezident seçkiləri zamanı mən Xızı rayonunun icra başçısı idim. Onda rəhbərlikdən mənə zəng edib vəziyyəti soruşdular. Dedim ki, gerçək vəziyyəti bilmək istəyirsinizsə, Xızıda Elçibəyə, demək olar ki, səs verən olmayacaq. Onu deyim ki, Astara və Şəmkirdə də eynu fikri söyləmişdilər. Bir neçə gündən sonra rayon başçılarını Prezident Aparatına topladılar. Həmin toplantıda dövlət müşaviri Arif Hacıyev açıq dedi ki, sizin hər birinizin müqəddəratı Elçibəyin prezident seçilməsindən asılıdır. Elçibəyə səs toplaya bilməyənlərlə işləməyəcəyik, belə bölgə başçılarının başına oyun açacağıq...

Mənim obyektiv mövqeyimi əvvəlcədən bildiklərindən seçkidən bir neçə gün öncə Xızıya rəhbərlikdən iki nəfər gəldi və müavinim İbrahim İbrahimovla birgə təklif etdilər ki, sən 10 gün ərzində yalnız təsərrüfat, təhsil məsələləri ilə məşğul ol, seçki məsələsini biz özümüz həll edəcəyik. Mən də razılaşmağa məcbur oldum. Amma seçki günü məni təcili çağırdılar ki, bəs ölmüşük, bizi yerdən götür, Elçibəyə heç kəs səs vermək istəmir. Protokollar gələndə məlum oldu ki, Elçibəyə cəmi 0,8 faz səs toplanıb. Onlar yuxarı məlumat verəndən sonra adını çəkmək istəmədiyim biri zəng elədi ki, bəs ayıbdı, heç olmasa, o sıfırı silin, 8 faiz qalsın. Nə isə dəfələrlə zəngdən, xahiş-minnətdən sonra Elçibəyə 18 faiz səs yazdılar. Amma maraqlıdır ki, Elçibəy özü sonradan bu faktı bilib çox normal və obyektiv qəbul etmiş və məni də yüksək səviyyədə ədalətli və demokratik düşüncəli insan kimi dəyərləndirmişdi. Demişdi ki, bu kişi seçkiyə müdaxilə etməyib də, camaat mənə nə qədər səs verib, onu da yazıblar. Amma onun əslində 0,1 faiz səs toplamasından və “18 faiz”in necə yazılmasından xəbəri yox idi...


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829