Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-05-2019, 14:12
Moskvada “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilibMoskvada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, kitab Azərbaycan və Rusiya filosoflarının görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş birgə konfranslarının materialları əsasında hazırlanıb.

Kitabda mədəniyyətlərin dialoqu, müasir cəmiyyətin davamlı inkişaf dövrünə keçməsi məsələləri tarixi proses kontekstində nəzərdən keçirilir. Dəyişikliklər dövründə şəxsiyyətin rolu, qlobal təfəkkürün formalaşması, multikulturalizmin siyasi və hüquqi aspektlərinə xüsusi diqqət yetirilib. Tamilla Əhmədova vurğulayıb: “Birinci forum Azərbaycan və Rusiya alimlərinin iştirakı ilə təşkil edilib, sonrakı illərdə isə konfransın miqyası genişlənərək beynəlxalq format kəsb edib. Bu konfranslarda dünyanın bir sıra ölkələrindən, o cümlədən Qazaxıstan, Belarus, Hindistan, Özbəkistan və Ukraynadan olan filosoflar iştirak ediblər”.

Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın giriş sözü ilə açılır. Giriş sözündə qeyd edilir ki, Əliyev mütaliələri formatında keçirilən Azərbaycan və Rusiya filosoflarının konfranslarında mədəniyyətlərarası qarşılıqlı fəaliyyətin və mədəniyyətlərin dialoqunun müxtəlif səpkiləri müzakirə olunur. Leyla Əliyeva yazır: “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu fövqəladə əhəmiyyət kəsb edir, məhz mədəniyyətlərarası dialoq dünya birliyinin uğurlu inkişafının əsasıdır. Dialoq iqtisadiyyatda da lazımdır, beynəlxalq münasibətlərdə də, insanlar arasında ünsiyyətdə də. Bizim bütün həyatımız məhz bu cür qarşılıqlı münasibətlərdən ibarətdir. Fəlsəfə özü də dialoqdan başlanır və öz növbəsində incəsənətin, etiqadın, elmin, bütövlükdə mədəniyyətin inkişafına təsir göstərir. Son illərdə dinlərin dialoqu fəlsəfənin mövzusuna çevrilir. Bu, müxtəlif konsessiyaların əməkdaşlığına xüsusi diqqət yetirilən Azərbaycan üçün çox vacibdir. Bizim ölkəmizdə müxtəlif millətlərin, müxtəlif dini məzhəblərin nümayəndələri tolerantlıq və multikulturalizm şəraitində yaşayır. Bu isə bir daha sübut edir ki, bəşəriyyətin mövcudluğunun və inkişafın yeganə məqbul forması dialoqdur”.

“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının redaktoru fəlsəfə elmləri doktoru, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, nəşrin tərtibçiləri və məsul redaktorları fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müavini Ariz Gözəlovdur.

Qeyd edək ki, Azərbaycan və Rusiya filosoflarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş birgə konfransları 2009-cu ildən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilir. Əvvəlki konfransların materialları da kitablar şəklində nəşr edilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031