Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-05-2019, 13:12
“Onunla hər görüşümüz bir tarix idi...” - Muğam ifaçılarının Heydər Əliyevlə bağlı xatirələri...Bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu münasibətlə sənət adamları H.Əliyevlə bağlı öz xoş təəssüratlarını bölüşüblər.

Qafqazinform.az xəbər verir ki, Xalq artisti Arif Babayev Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün sənət adamlarına göstərilən diqqət və qayğının təməlini məhz Heydər Əliyev qoyub:

“Heydər Əliyev mənə “Şöhrət” ordeni verib. İçərişəhərdə də bizə həmişə diqqətlə qulaq asıb. O, sənət adamlarına həmişə diqqət və qayğıyla yanaşıb. Mən bilmirəm dünyaya belə şəxsiyyət, zəkalı adam bir də gələrmi? Muğamı çox yaxşı bildirdi. Sənət adamlarına verilən evlər, mükafatlar, təqaüdlər hamısı onun layihəsidir və bu gün cənab prezident o yolu uğurla davam etdirir. Cənab İlham Əliyev də sənət adamlarını yaddan çıxarmır. H.Əliyevin zəkasına heyranam ki, o, bu qədər adamı necə yadında saxlayırdı. Oxuduqlarını necə danışırdı. Konsertdən sonra bizim H.Əliyevlə səhnə arxasında söhbətlərimiz olub. Allah rəhmət eləsin! H.Əliyev həmişə qəlbimizdə yaşayacaq. Nə qədər Azərbaycan və xalqı var, Heydər Əliyev yaşayacaq”.

Xalq artisti Mənsum İbrahimov saytımıza açıqlamasında bildirdi ki, H.Əliyevin təməlini qoyduğu yolla bu gün Azərbaycan uğurla inkişaf edir:

“Biz xoşbəxt millət ki, Heydər Əliyev kimi liderimiz olub. Belə şəxsiyyətlər yüz ildə bir yetişir. Eyni zamanda özümü xoşbəxt hiss edirəm ki, onun dövründə yaşamışam. Dəfələrlə onunla görüşümüz olub. İlk dəfə 1994-cü ildə görüşmüşük. “Məcnun” obrazında səhnəyə çıxandan sanra səhnə arxasında bizimlə görüşüb öz xoş fikirlərini söyləyib. Ondan bir-iki il sonra mənə “Əməkdar artist” fəxri adını verib. İran səfərində səfirlikdə konsert vermişik. Bir yerdə təyyarədə Bakıya qayıtmışıq, fotolarımız da var. Bundan sonra Dədə Qorqudun yubileyində görüşmüşük. Bizim onunla hər görüşümüz bir tarix idi. Onun xoş sözləri, sənətimizə aid dediyi fikirlər bizə stimul verirdi. O, Azərbaycanımızı yenidən bizə qaytardı. Özündən sonra çox layiqli bir davamçı yetişdirdi və cənab prezident bu gün o ənənəni uğurla davam etdirir. Azərbaycan hər bir sahədə inkişaf edir. Bu stabilliyimizə görə göydə Allaha, yerdə də dövlət başçımıza minnətdarıq. Dünyada terror hadisələri, xaos baş verir, amma biz rahat yaşayırıq. Kimin xaricə getmək imkanı varsa, onlar Azərbaycanın son iyirmi beş il ərzində nə qədər inkişaf etdiyini daha çox görür. Çünki hansı dövlətdə olursan görürsən ki, Azərbaycan qədər inkişafda deyil. Bizim yalnız bir problemimiz var o da Qarabağdır. İnşallah Ali Baş Komandanının köməkliyi ilə biz onu da tezliklə həll edəcəyik. Allah Ulu Öndərimizin ruhunu şad eləsin və hər zaman onun ruhu başımızın üstündədir”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031