Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-05-2019, 11:51
"Şuşa Qalasına bayraq asa bilməyənləri Reyxstaqa bayraq taxanlar içində axtarmaqla təsəlli tapacağıq"9 may tarixi gələn kimi bir çox patriot azərbaycanlıların Bakının qəhrəman şəhər olmamasının hələ də təəssüfünü yaşadığını müşahidə edirsən. Hətta bu gün Rusiyadan tələb edənlər də var ki, bizim dövlətimizin başkəndinə niyə Dövlət Dumasının qərarı ilə tarixi ədaləti bərpa edib "Qəhrəman şəhər" adı vermirlər? Təsəvvür edin ki, başqa bir dövlət bizim dövlətin paytaxtına belə bir ad verəcək və bizlər də bundan qürur duyacağıq! Bu qəhrəman şəhər anlayışı, bildiyim qədər dünya üçün SSRİ dövlətinin məhsulu olaraq baxılır. Fransızlar Parisə, yaponlar Tokioya, yaxud atom bombasının yaratdığı fəlakətdən sonra dirçələn Xirosimaya "Qəhrəman şəhər" adını verməyə gülməli baxırlar. Bir də şəhərin nə qəhrəmanlığı ola bilər ki... Şəhərin ən böyük dəyəri hansısa mədəniyyət, turizm və ya biznes komponentini özündə ifadə etməsidir. Sovet məntiqi ilə yanaşsaq, o halda "Qəhrəman şəhər" statusu almayanlar "Qorxaq şəhərlər" adlanmalıdır? Demək qəhrəman şəhər olmur. Heç qəhrəman xalq da olmur. Xatırlayırsınızsa, 1989-cu ildə biriləri uydurmuşdu ki, güya Şotlandiyada hansısa jurnal Azərbaycan xalqını dünyanın ən demokratik və azadlıqsevər xalqı elan etmişdir. İndiki vaxtlarda belə bunu təkrar edənlərlə rastlaşırsan. Bu rəy sorğusunu və ya referendumu kim keçirib, hansı səlahiyyətli jüri elan edib? Bir meydanı bir milyona qədər insanla doldurmaq doğurdanmı demokratikliyin və azadlıqsevərliyin meyarı sayıla bilər? Xalqı bu cür ucuz vasitələrlə pompalamaq özünəvurğunluqdan başqa hansı faydanı gətirir, doğrusu izahını tapa bilmirəm. Hər xalqın içində bəlli bir dövrdə onun taleyini dəyişdirən intellektual və ya hərbi qəhrəmanlar olur. İstənilən qəhrəman xalqın içində biganə və öz yaşamından başqa bir şeylə maraqlanmayan bir çoxluğun olması da reallıqdır. Ona görə də bir şəhərin mədəni mühitindən yetişmiş qəhrəmanlardan, böyük şəxsiyyətlərdən danışmaq, yaxud da bir xalqın içində yetişmiş aydınlardan, dahilərdən danışmaq daha məntiqlidir, nəinki ümumi şəkildə qəhrəman şəhərdən, qəhrəman xalqdan! İndi biz Şuşanı, Laçını, Ağdamı qoruya bilməmişiksə, bu həmin şəhərlərin qəhrəmanlığının və ya qorxaqlığının nəticəsi deyil ki? Həmin dövrdə ağıllı təşkilatlana bilməmişik, erməni qədər mobillik göstərmək qabiliyyətimiz olmayıb, bu şəhərlərimizi itirmişik. İndi zamanında fədakarlıq və ağıl ortaya qoya bilməyən bizlər öz şəxsi təhlükəsizliyimiz üçün illərdir sığındığımız Bakıya qəhrəman deyib, Şuşaya qəhrəmanlığı olmadığı üçün əsir düşüb deməliyik? Hər bir tarixi dövrdə bizim də xalqın içindən böyük aydınlar, düşüncə adamları, dövlət xadimləri, hərbi qəhrəmanlar çıxır. Sadəcə bunların ümumi faizi laqeyd kütlənin içində çox cüzi bir qismi təşkil etdiyinə görə istədiyimiz uğura imza ata bilmirik. 19-cu əsrdə Həsən bəy Zərdabinin, Axundovun sayı yüzü aşsaydı indi Azərbaycan bu qədər itkilərə məruz qalmış məmləkət olardımı? Az idi, çox az idi aydını, dövlət xadimi, sərkərdəsi, savadlı din xadimi, pedaqoqu, alimi. Hələ rus ilə müqayisədə demirəm, erməni ilə də, gürcü ilə də müqayisədə çox az idi... Sovet dövründə də bu balans qorunub saxlanıldı...İndi də diplomların, elmi titulların sayına aldanmayın, doğru mühakiməsi olanlarının sayı çox azdır, əvəzində cahili, nadanı, tənbəli, vətənşüvəni yenə də böyük çoxluğu təşkil edir. Qarabağ itkisi Xirosimadan dəhşətli faciə deyil, demək ki, xalqın doğru düşünənlərinin sayı çoxaldıqca, mütləq yenidən dirilişin yolunu biz də tapa bilərik. Biz özümüzdə, içimizdə qəhrəmanlıq, fədakarlıq ruhunu itirdiyimizə görə özümüzü Bakının və ya xalqın məchul qəhrəman adı altında kölgələndirməyə çalışırıq.
Üzümüzü doğru təhsil modelinə çevirməsək, hər bir fərdimizin özünü savadlı insan kimi yetişdirməyə ümummilli hədəf kimi baxmasını təlqin edə bilməsək Şuşa Qalasına bayraq taxa bilməyən azərbaycanlını 74 il öncə Reyxstaqa bayraq taxanlar içində axtarmaqla təsəlli tapacağıq. Halbuku həmin Reyxstaqa taxılan bayrağın bir az dəyişik formasının 1920-ci ilin 27 aprelində süngü kimi müstəqil Azərbaycanın qəlbinə sancıldığını da unutmuş kimiyik.

Fazil Mustafa, millət vəkili


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031