Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 8-05-2019, 16:49
Şuşadan hücum hazırlayan kişini kim güllələdi? – Sirli məqamŞuşanın müdafiəsində qəhrəmanlıqla döyüşən şəxslərdən biri də o dövrdə Şuşanın icra başçısı olmuş Mikayıl Gözəlovdur.

Kult.az xatırladır ki, M.Gözəlov 1948-ci il aprelin 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikintilər fakültəsində oxuyub. 1969-cu ildə təhsilini başa vuraraq, təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlayıb, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

O, Azərbaycan Prezidentinin fərmanı ilə 1991-ci ilin noyabrın 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağda azərbaycanlılar yaşayan digər yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Qarabağın müdafiəsində xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgəsindən, eləcə də başqa ölkələrdən xeyli silah-sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.

O, torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatına rəhbərlik edib.

Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndidən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin istifadəyə verilməsi M.Gözəlovun adı ilə bağlıdır.

Dəfələrlə ona qarşı sui-qəsdlər təşkil edilməsinə, başına milyonlarla pul qoyulmasına baxmayaraq, o qorxmadan gecə-gündüz çalışıb, mübarizə aparıb, daşnakların iç üzünün açılmasında əlindən gələni əsirgəməyib.

Mikayıl Gözəlov Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin düşməndən azad edilməsi əməliyyatına rəhbərlik edib, Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub.

O, iş başında vəzifə borcunu yerinə yetirərkən 1991-ci il dekabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətlə yetirilməsinin bir çox səbəbi olduğu bildirilir. Lakin əsas səbəb kimi M.Gözəlovun 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bilməsi və Şuşanı ermənilərə təslim etmək istəməməsi, ermənilərə, ruslara və o zaman hakimiyyətdə oturan satqın rəhbərliyə qarşı təkbaşına mübarizə aparması göstərilir.

Qarabağdakı proseslərdə yaxından iştirak edən jurnalist Kərim Kərimli saytımıza açıqlamasında demişdi: O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün hücum əmrləri ləğv edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətli hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.

Sonralar mən o zaman Şuşa Fövqəladə Vəziyyət Rayonunun hərbi komendantı olan, Bakıda Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini işləyərkən qətlə yetirilən polkovnik Ələkbər Əsgərovdan da bu barədə müsahibə almışdım. O, çox məlumatlı adam idi və baş verən hadisələrin "anatomiyası"nı bilirdi. Mənim "Ermənilərin Şuşanı işğal planına Mikayıl Gözəlovun öldürülməsi də daxil idimi?" tipli sualıma o, təxminən belə cavab vermişdi: "Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi. Lakin özümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu xidməti göstərdilər. Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar".

M.Gözəlovu qətlə yetirən Elbrus İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü olub. Onun icra başçısını kabinetində avtomatla qətlə yetirməsi o dövrdə ciddi müzakirələrə səbəb olmuşdu.

E.İbrahimov qətl baş verən gün - dekabrın 11-də həbs edilib və bir neçə gün sonra Bakıya - Bayıl həbsxanasına göndərilib. E.İbrahimov məhkəmə prosesində aralarında mübahisə baş verdiyini və əsəbiləşdiyi üçün icra başçısına güllələdiyini iddia edib. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun cəzası ömürlük həbslə əvəzlənib. O, bu ilin yanvar ayında elə türmədə də ölüb

M.Gözəlovun məzarı Mərzili kəndində yerləşir. O, bir çox dövlət təltifinə layiq görülüb. Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031