Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-05-2019, 14:32
Şuşaya getməli olan tabor Prezident Aparatını niyə mühasirəyə almışdı?..
Yaqub Məmmədov: “Rəhim Qazıyevlə Şahin Musayev arasında hansısa digər əlaqə olub-olmamasını aydınlaşdıra bilmədim...”

“Mənə imkan vermədilər ki, Şahin Musayevin xəyanətini isbat edim...”Moderator.az-ın Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanovun 1992-ci ildə Şuşa və Laçının işğalı ərəfəsində ölkədəki real hərbi-siyasi şəraitlə bağlı təqdim etdiyi silsilə yazılarında həmin il mayın 6-8-də Bakıda dövlət çevrilişinə cəhd olması haqda məlumatlar yayılmasından da bəhs edilib.

Yazıda qeyd edilir:

“İran səfəri ərəfəsində ölkə rəhbərinin səlahiyyətlərini icra edən Yaqub Məmmədova Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Müdafiə Naziri Rəhim Qaziyevin dövlət çevrilişi etməyə hazırlaşdığı barədə məxfi məlumat verilmişdi. Səfər üstündə olan ölkə rəhbəri Yaqub Məmmədov Milli Qvardiya komandanına göstəriş vermişdi ki, nəyin bahasına olursa-olsun, Müdafiə nazirinə imkan verməsin ki, belə bir planı həyata keçirsin...”

Həmin günlər faktiki dövlət başçısı olan Yaqub Məmmədov mayın 6-da Tehrana yola düşdükdən az sonra Milli Ordunun xeyli əsgəri Prezident Aparatı və Nazirlər Kabinetini mühasirəyə alır. Bir müddət sonra isə məlum olur ki, bu, “Müdafiə Naziri Rəhim Qaziyevin göstərişi ilə Gəncədən cəbhə bölgəsinə-Şuşaya göndərmək üçün hazırlanmış tabordur. Nə məqsədlə Bakıya gətirilməsi rəhbərlik tərəfindən araşdırılır....”

Həmin hərbçilər Şuşanın işğal gününədək orada qalır. Sonda görülən tədbirlər sayəsində heç bir ciddi insident baş vermədən həmin tabor ərazidən çəkilsə də, hərbçilərın buraya konkret kim tərəfindən və nə məqsədlə göndərildiyi aydınlaşmır...

Əməkdaşımız o dövrdə prezident səlahiyyətlərini icra edən sabiq parlament sədri Yaqub Məmmədovla əlaqə saxlayaraq bir sıra məsələlərə aydınlıq gətirməyə çalışıb. Eks-spiker keçmiş Milli Qvardiya komandiri Ə.Süleymanovun verdiyi məlumatlara şübhə etmədiyini ifadə edərək bunları söyləyib:

“Əzizağa Süleymanov o proseslərin içərisində olmuş adamdır, yəqin ki, nə yazıbsa, düz yazıb. Həqiqətən, mən Tehranda olarkən Bakıda Prezident Aparatı və Nazirlər Kabinetinin ətrafına milli ordu əsgərləri toplanması və guya dövlət çevrilişi cəhdi hazırlanması haqda məlumat verilmişdi. Sonradan mən Vaqif Axundovu Bakıya göndərdikdən, müvafiq tədbirlər görüldükdən və Milli Qvardiya əsgərləri bütün mövqeləri tutandan sonra həmin tabor da sakitcə çıxıb gedib. Və beləliklə, təhlükə sovuşub...”

“Bəs siz Bakıya qayıtdıqdan sonra Müdafiə naziri Rəhim Qazıyevdən soruşmadınız ki, Milli Ordu taboru ali dövlət orqanları ətrafına nə məqsədlə yerləşdirilib?” sualına cavabında Y. Məmmədov bunları bildirib:

“Bilirsiniz ki, ondan sonra Şuşanın işğalı, ardınca 14-15 may hadisələri baş verdi, baş qarışdı. Və mən Rəhim Qazıyevi yalnız mayın 16-da görə bildim. Onda da elə bir vəziyyət yaranmışdı ki, artıq o məsələlərlə maraqlanmaq imkanım olmadı. Nəhayət, özüm də vəzifədən getdim.... Mən bəzi şeyləri sonradan Əzizağa Süleymanovun yazı və müsahibələrindən öyrəndim. Əslində ali dövlət qurumlarının ətrafına Milli Ordu əsgərlərinin heç bir səbəb olmadan toplanmasıyla bağlı ciddi araşdırma, istintaq aparılmalı idi. Təəssüf ki, mənə o imkan verilmədi. Dediyim kimi, Şuşa işğal edildi, aləm qarışdı biri-birinə...”

Ə. Süleymanov yazısında Şuşanın işğalı günlərində Müdafiə Nazirliyi Baş Qərargah rəisi olan Şahin Musayevin bəzən Prezident Aparatına içkili vəziyyətdə gəlməsini də qeyd edib.

Yaqub Məmmədov o vaxt bu barədə məlumatsız olduğunu bildirib:

“Şahin Musayevin içkili vəziyyətdə gəlməyini o dövrdə bilmirdim. Onu da bəhs edilən yazıdan oxudum. Amma Şahin Musayev, doğrudan da, çox yaramaz bir adam idi. Azərbaycan torpaqlarının işğalı proseslərində, xüsusən Xocalının, Şuşanın, Laçının işğalında onun da böyük rolu olub. Yenə də çox təəssüf ki, mənə imkan verilmədi ki, Şahin Musayev və digərlərinin xəyanətini isbat edib xalqın qarşısınıda cəzalandırılmalarını təmin edəm...

Onu da deyim ki, Şahin Musayevi Rəhim Qazıyev hələ nazir təyin olunmamışdan xeyli əvvəl Müdafiə Nazirliyində Baş Qərargah rəisi vəzifəsinə eks-prezident Ayaz Mütəllibov gətirmişdi. Tacəddin Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bir müddət nazir vəzifəsini də icra edib. Şuşanın işğalından öncəki günlərdə o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevə onun işdən azad edilməsi barədə deyəndə cavab verirdi ki, Şahin Musayev peşəkar hərbçi olduğu üçün biz onun təcrübəsindən istifadə etməyə məcburuq, buna görə də o, tələm-tələsik vəzifəsindən azad oluna bilməz. Amma o zaman mən R.Qazıyevlə Ş.Musayev arasında hansısa digər əlaqə olub-olmamasını aydınlaşdıra bilmədim. Hələ mayın 1-də Şahin Musayev zirehli texnika və bir qrup hərbçi ilə Ali Sovet binasına daxil olaraq Xocalı faciəsi ilə bağlı istintaq materiallarını ələ keçirmək istəyib. O zaman da dövlət çevrilişinə təşəbbüs etmişdilər. Onda bu haqda Rəhim Qazıyevdən soruşdum, o dedi ki, Şahin Musayevin yanındakı hərbçilər Şəhidlər Xiyabanına andiçmə mərasimi ilə bağlı gəliblər...”


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031