Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 29-04-2019, 18:00
Cavid Əlizadə: istərdim ki, Azərbaycan elminin inkişafında mənim də payım olsun
Onun 19 yaşı var. 2018-ci ilin dekabrında SAT imtahanından maksimum 1600 baldan 1550 bal toplayıb. Bu yüksək nailiyyəti ilə o, Böyük Britaniyanın “Imperial College London”, “University Coulege London” kimi dünya reytinqində ilk onluqda yer alan ali təhsil müəssisələrində sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb.

AZƏRTAC oxucuları istedadlı gənc Cavid Əlizadə ilə yaxından tanış edir.

- Biz sənin uğurun barədə eşitmişik, istərdik özün haqqında qısa məlumat verəsən.

- Mən Mingəçevir şəhərində anadan olmuşam. Doqquzuncu sinfə qədər təhsilimi doğulduğum şəhərdə almışam. Sonra təhsilimi üç il Londonda davam etdirmişəm.

- Qazandığın uğurlarda kimlərin əməyi var?

- Bu günə oxuduğum məktəblərdə təhsilimdə əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm. Mənim üzərimdə onların hər birinin əməyi var. Bundan başqa, oxumağa marağımın artmasında valideynlərimin, xüsusilə də anamın rolu böyükdür.

- Mükəmməl bilik almaq üçün şəxsi keyfiyyətlər önəmlidir, yoxsa təhsil şəraiti?

- Şəxsi keyfiyyətlərin olması mütləqdir. Hər bir şagirdin elmə, tədris edilən fənlərə marağı olmalıdır. Burada təkcə şagirddən deyil, dərslərin tədrisindən də çox şey asılıdır. Fənlər bütün məktəblərdə eyni səviyyədə tədris olunmur, yəni, pedaqoqların dərsə yanaşma tərzləri müxtəlifdir. Şəraitə gəldikdə, bu məsələni gözardı etmək olmaz. Şagirdə oxumaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün şərait lazımdır. Bu evdə valideynlər, məktəbdə isə pedaqoji kollektiv tərəfindən yaradılmalıdır. Mənim fikrimcə, həm şəxsi keyfiyyətlər, həm də təhsil şəraiti eyni dərəcədə əhəmiyyətlidir.

- Necə oldu ki, xaricdə təhsil almaq fikrinə düşdün?

- Bu qərarı qəflətən verdim. Düzdür, xaricdə təhsil almağı arzulayırdım, bunun üçün yollar axtarırdım. Doqquzuncu sinfi bitirdikdən sonra atamın təklifi ilə bu arzum gerçəkləşdi və mən Londona getdim.

- Fərqli ölkə və fərqli təhsil sistemi. Buna uyğunlaşmaq çətin olmadı ki?

- Qeyd etdiyim kimi, Mingəçevirdə böyümüşəm, 9-cu sinfə qədər bu şəhərdə təhsil almışam. Təbii ki, Avropaya, yeni mühitə uyğunlaşmağım bir az zaman aldı. Çətinliklər əsasən özünü sosial çevrənin formalaşmasında, sosial-mədəni fərqlərin aradan qaldırılmasında göstərirdi. Təhsil sahəsində isə sistem fərqinə baxmayaraq, çalışqanlığım sayəsində adaptasiya prosesi o qədər də uzun sürmədi.

- Ali təhsil almaq üçün seçim imkanların çoxdur, səni ən çox hansı ölkə cəlb edir?

- Baxmayaraq ki, seçim üçün 1 həftə vaxtım qalıb, amma bu barədə dəqiq bir qərara gəlməmişəm. Atam Türkiyənin Koç Universitetində təhsil almağımı istəyir. Məni isə həm Böyük Britaniya, həm də ABŞ universitetləri cəlb edir. Ancaq seçim etmək mənim üçün çox çətindir. Dəqiq qərar verə bilmək üçün müxtəlif məqamları nəzərə almalıyam. Ali təhsil seçimi insanın gələcəyini müəyyən edir. Ona görə də tələsmədən qərar qəbul etmək istəyirəm.

- Seçim edərkən hansı sahəyə üstünlük verəcəksən?

- Tibb, biologiya sahəsində təhsil almağı daha çox istəyirəm. Mənim üçün xüsusi imkanların olmasına önəm verəcəyəm.

- Gələcəklə bağlı planların nədir, biz xaricə baxıb həmvətənimizlə fəxr edəcəyik, yoxsa xaricdən Azərbaycana baxıb qibtə edəcəklər ki, Cavid Əlizadəmiz var?

- Bunu gələcək göstərəcək. Təbii ki, Azərbaycanı layiqincə təmsil etmək, ölkəmizin adını ucaltmaq mənim arzumdur. Qarşımda hələ uzun bir yol var. Uzun yolun sonunda istərdim ki, Azərbaycan elminin inkişafında mənim də rolum, payım olsun.

- Yaşda səndən kiçiklərə məsləhətin, həmyaşıdlarına tövsiyələrin nədir?

- Özümdən kiçiklərə məsləhət görərdim ki, oxumağa meyilli olsunlar, həyatlarında balansı qorumağa çalışsınlar, asudə vaxtlarını səmərəli keçirsinlər. Əllərində olan bütün imkanlardan bəhrələnməyi bacarsınlar. Həmyaşıdlarıma demək istərdim ki, heç vaxt ruhdan düşməsinlər. Həyat həmişə istədiyimiz kimi olmur, amma məqsədə doğru əzmkarlıqla irəliləmək lazımdır. Mən, ilk növbədə, valideynlərdən xahiş edirəm ki, uşaqlara qarşı diqqətli olsunlar. Uşaqların elmə, təhsilə marağı, ilk növbədə, evdən gəlir. Valideynlər çalışmalıdırlar ki, övladlarını düzgün istiqamətləndirsinlər. Lakin bunu edərkən uşaqların maraqlarını da nəzərə almalıdırlar. Valideynlər övladları ilə bağlı qərar verərkən onların da fikirlərini nəzərə alsınlar.

- Bugünkü uğurun uşaqlıq həyatından nələrisə aldımı?

- Xeyr. Mənim elmə marağım uşaqlıqdan olub. Buna baxmayaraq, oxumaq mənim idmanla məşğul olmağıma, digər uşaqlarla vaxt keçirməyimə mane olmayıb. Sadəcə, uşaqlıqda təhsillə bağlı bəzi məqamlarda çox gərginlik, stress keçirmişəm. Böyüyəndə başa düşdüm ki, o gərginlikləri yaşamağıma dəyməzmiş, həyat hər şeyi öz yoluna qoyur.

- Hazırda özəl məktəblərdə oxumaq bir dəb halını alıb. Həm Avropa, Həm də Azərbaycan təhsil sistemi ilə tanış biri kimi bu barədə nə deyə bilərsən.

- Məktəbin pedaqoji kollektivinə, maddi-texniki bazasına görə istər özəl, istərsə də dövlət məktəbləri arasında həmişə seçim olur. Məktəbin özəl olması onun yaxşı olmasına dəlalət etmir. Məsələn, özəl məktəb var ki, seçim edərkən akademik biliklərə üstünlük verir, imicini bu istiqamətdə formalaşdırır, bəzi özəl məktəblər isə iqtisadi məqamlara üstünlük verirlər. Bu məqamlar bütün ölkələrdə var. Mən orta təhsilimi Böyük Britaniyada davam etdirmişəm. Məktəbimdən çox razı idim, amma bu, Britaniyadakı bütün məktəblərin yaxşı olduğu anlamına gəlmir. Seçim həmişə və hər yerdə var. Çalışıb düzgün seçim etmək lazımdır. Bütün uşaqlara demək istəyirəm ki, həmişə özünüzə güvənin, bilik və bacarıqlarınızı inkişaf etdirin. Elm yeganə sərvətdir ki, onu sizdən heç kim ala bilməz.

- Söhbətə görə təşəkkür edirik, sənə uğurlar arzulayırıq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031