Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 11-04-2019, 12:50
Xanım İsmayılqızı kövrəldi: "Oğlum dünyasını dəyişəndən sonra..."Şeirləri və bəstələri ilə ruhumuzu qidalandırıb qəlbimizin sarı simlərinə toxunan bəstəkar Xanım İsmayılqızı dünən doğum gününü qeyd edib.

O, 63 illik ömür yolu haqqında düşüncələrini Publika.az-a müsahibəsində bölüşüb.

- Doğum günlərində hansı əhval-ruhiyyədə olursunuz?

- Hisslər qarışıqdır, hər halda bilirəm ki, müəyyən bir yaşa çatmışam. 60-ı haqlamaq artıq yaşa dolmaq deməkdir. Buna qocalıq da demək olmaz, son dövrlərdə insan ömrü uzanıb, qocalıq 70 yaşdan sonraya aid edilir.

- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər, bu baxımdan sizin qismətinizə hansı ömrü yaşamaq nəsib olub?

- Qəliz sual oldu. Təbii ki, hər insan yaşadığı həyatdan daha artığını istəyir. Yaradıcılıqda arzuladığım və layiq olduğum yerdəyəm, uğurlu karyeram var. Milyonlarla insanın qəlbinə yol tapmaq və sevgisinə layiq olmaq kiçik nailiyyət deyil.

Şəxsi həyatımla bağlı eyni fikri deyə bilmərəm... Çünki taleyimdə məni sarsıdan ağrılarım, sağalmayan yaralarım var, oğlumu itirmişəm... Hansı ana deyə bilər ki, “Mən buna layiq idim”.

- Yazıçı Remark deyir ki, bizi qocaldan xatirələrimizdir. Əbədi gəncliyin sirri odur ki, unutmağı bacarasan. Sizcə, unutmağı bacarmaq qocalmağın qarşısını almağa kömək edir?

- Remarkla fikirlərimiz üst-üstə düşmür. Təbii ki, həyatında qəmli-kədərli anlar daha çox olubsa, bu, insanı qocalda bilər. Hər halda deməzdim ki, gözəl xatirələr insanı qocaldır. Əksinə keçmişdə yaşanan xoş anlar bizim üçün ən güclü təsəllidir. Hər insan istər mənəvi, istərsə də fiziki baxımdan gücü tükəndiyi zaman dərhal ən əziz xatirələrinə sarılır. Xatirlər bizi həyatda saxlayan və qoruyan qiymətli bir silahdır. Yaşananlar yadımıza düşdükcə həmin anlar sanki yenidən canlanır, ürəyin fərəhlə dolur. Xoş o insanın halına ki, tale yolunu sevincli xatirlər daha çox bəzəyib.

Yuxular və xatirələrimiz olmasaydı, bilmirəm ki, bu darlığın içində necə yaşaya bilərdik? Xatirələr ümidverici məqamdır. Bu baxımdan düşünürəm ki, gözəl anlar çox olubsa, xatirələr insanı qocaltmaz.

İstəsək də, istəməsək də, həyatımız beyində yaddaşa həkk olunur. Elə xatirələr var ki, gözləmədiyin anda özü-özünü bizə xatırladır. Nə yaxşı ki, bu, belədir.

- Təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Siz məni hansı yaşda görürsünüz? Fiziki cəhətdən öz yaşımdayam. Ruhi baxımdan bəzən elə bilirəm ki, 100, bəzən 40, bəzən də elə bilirəm ki, 18 yaşım var. Ömür tərəzisi hərdən bir ləngər vurur. Bu, həyatın gedişatından və əhval-ruhiyyədən asılı olaraq dəyişir.

- Müasir qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə çalışır. Sizdə vəziyyət necədir?

- Qarşı çıxmaq insan təbiətində var, inkar etmək həyatın əsas qanunudur. Məktəbli uşaqlar özünü həmişə yaşından böyük göstərməyə tələsir. Bu proses xüsusilə 18 yaşa qədərki dövrə aiddir. Oğlanlarda daha çox rast gəlinir, 25 yaşında demək istəyir ki, 30 yaşım var. 30-a çatanda elə bilirlər ki, hər şeyi bilirlər. 20 yaşında düşünürdüm ki, 40 yaş qocalıq deməkdir. Amma 40 yaşına çatanda anladım ki, həyat indi başlayır. 50 yaşında gördüm ki, həyatın müəyyən məqamlarını bu yaş dövründə dərk etməyə başlayıram. 60-ı haqladıqdan sonra başa düşdüm ki, qazanc ömrünü yaşayıram. Allah qismətimə nə qədər ömür yazıbsa, o qədər yaşayacam. İndi də görürəm ki, əvvəllər çox məsələləri düzgün təhlil etməmişəm. Hamıda belədir.

- Öz doğum gününüzdə gələcək, yoxsa keçmiş üçün daha çox darıxırsınız?

- Təbii ki, keçmiş üçün. Kim o biri dünya üçün darıxır ki, axı bizi orada nə gözləyindən xəbərsizik. Gələcək üçün darıxmıram, çünki üzü o tərəfə gedirəm. Bəlkə də 30 yaşım olsaydı, gələcək mənə maraqlı olardı.

- İnsan nə zaman xeyirlə şəri bir-birindən fərqləndirə bilir? Yoxsa həyat bizi həmişə təəccübləndirməyə davam edir?

- Xanım İsmayılqızını artıq heç nə ilə təəccübləndirmək olmaz. Həyatın zəhərini bir neçə dəfə dadmışam. Gözlə qaş arasında nəyin şər, nəyin xeyir olduğunu görə bilirəm. Zamanında çox yanılır, səhv insanlara inanır, yaralar alır və səhv addımlar atırıq. Bütün bu təcrübələr imkan verir ki, qarşımdakını kitab kimi oxuya bilim. Hərdən hətta deyirəm ki, bütün insanları şəffaf görürəm. Nə qədər yaxşı geyinsə və bəzənsə də, onun axrasında gizlənmiş çılpaq ruhunu, əsl mahiyyətini və mənə qarşı hansı münasibətin fonunda nəyin dayandığını aydın şəkildə hiss edirəm.

- Sizə yığmazdan əvvəl sevdiyim şeirlərinizə bir daha nəzər saldım və mənə təsir edən bir neçə misralar oldu. Xüsusilə aşağıdakı sözlər:

“Doğulmağa nə var, yaşamaq çətin,

Müti qullarıyıq qəfil qismətin.

Oddan, alovdanmış yolu həsrətin,

Yanmışam, külümdən xəbərin varmı?”

Yaxınları Xanım İsmayılqızının közə dönmüş qəlbindən xəbərdardır?

- Ətrafımda sevinc və kədərimə şərik ola bilən insanlar qalıb. İlbəil ətrafındakı dövrə daralır və getdikcə azalır, sonda ancaq doğmalar qalır. Onlarla özünü bütöv hiss edirsən. Bu baxımdan əzizlərim bir baxışdan qəlbimi oxuya bilir. Onlar istər fiziki, istər mənəvi, istərsə də maddi baxımdan hansı vəziyyətdə olduğumu anlaya bilən doğmalardır.

- “Salam qadın, necəsən?

Güzgüdə öz özünə

hər gün baxa bilirsən?

Nəyə var, nəyə yoxsan?

Qadın doğulduğunu

hələ unutmamısan?”

Bu misralarınsa arxasında dünyanın bütün dərdini çiyinlərində daşıyan qadın dayanıb. Xanım xanım, sizcə, biz nə zaman qadın doğulduğumuzu unuduruq?

- Ailədə bütün problem və məişət qayğılarını öz çiyninə götürəndə qadınlıq arxa plana keçir. Bu halda qadın kişiləşməyə başlayır. Bəli, qadınlar kişilərdən daha fədakardır, lakin hər əzaba qatlaşanda qadınlıq unudulur.

Arzu edirəm ki, xanımlar situasiyadan asılı olmayaraq, həm insan, həm də qadın olduğunu unutmasın. İnsan özünü hansı sıraya qoyursa, sonra onu elə o sıra ilə tanıyırlar. Odur ki, özünüzü hər zaman birinci sıraya qoyun. Bu məsləhəti ömür boyu özümə də demişəm. Mümkün qədər çalışmışam ki, qadınlığımı unutmayım. Amma etiraf edirəm ki, unutduğum zamanlar da olur. O şeirin yaranması səbəbsiz deyil. “Salam qadın, necəsən?” öz-özümlə dialoqumdur. Bu sual birbaşa özümə ünvanlanıb.

- Yaradıcı şəxsiyyətlər öz əsərlərində ya öz başına gələnləri, ya da cəmiyyətdə müşahidə etdiyi hadisələri təxəyyülünün süzgəcindən keçirərək təsvir edir. Necə düşünürsünüz, başqasının, ya şəxsi ağrı və acıları şeirə və musiqiyə çevirmək daha çətindir?

- Hər hansı əsər yaşanılmadan yazılırsa, tamaşaçı, dinləyici və ya oxucu onun süniliyini duyur. Bu, istənilən sənət nümunəsində belədir, yaşanmış hadisə nəticəsində doğulan əsər daha təsirli olur.

Təbii ki, yaradıcı insan da dünyanın bütün dərdini özünə tərəf çəkə, öz qanına yeridə bilir. Əgər öz dərini də üstünə qoyaraq o anları özününküləşdirirsə, o əsər ağrılı alına bilir.

Süni və ucuz əsərlər də var ki, ilk sətirdən uydurma olduğu görünür. Beyin, ruh və ürəklə yazılan əsərlər seçilir. Unutmaq olmaz ki, ən gözəl əsərlər bu üç faktorun birləşməsi nəticəsində yaranır. Bu zaman o əsər öz layiqli oxuyucusu mütləq tapa biləcək.

- Ömrün cavabsız sualları qarşısında acizlik hissinə necə qalib gəlirsiniz? Ümumiyyətlə, acizliyə qalib gəlmək mümkündürmü?

- Qoy bu cavabsız qalsın. Çünki həyatda cavabsız suallar çoxdur. Yəqin ki, hər kəsin həyatında “Niyə” , “Axı nə üçün”, “Nə səbəbə” sualları ilə göyə əl açıb dua etdiyi anlar olub. Bəzilərinə cavab tapmışam, bəzilərinə yox. Əgər cavab tapa bilməmişəmsə, bu, həyatımın o anının acizliyi olub.

- 2014-cü ildə vəfat edən oğlunuzun ruhu və yoxluğu sanki nəğmə və şeirlərinizə hopub. Sizcə, sevdiyimiz insanların yoxluğundan onların ancaq bizə məlum olan “varlığını” yarada bilirikmi?

- Təbii ki. Oğlum dünyasını dəyişəndən sonra bəzi şeirlərimi çıxmaq şərti ilə bütün yaradıcılığım ona həsr olunub. Bütün şeirlərimdə oğlumla söhbətləşirəm, bütün şeirlərim oğluma məktublarımdır. Biz dünyasını dəyişən insanları xatırladıqca, qəlbimizdə yaşatdıqca, onlar yaşamağa davam edir. O ruhlar ölür ki, onları unudurlar. Oğlum ürəyimdə və bütün yazılarımda yaşamağa davam edir (kövrəlir).

- 63 yaşından sonra özünüzə nələri sübut etmək fikrindəsiniz?

- Artıq nə özümə, nə də başqasına nə isə sübut etmək fikrində deyiləm. Əgər yaşımın yükünü daşıya bilirəmsə, yaşımda görünürəmsə, yaşıma qulluq edirəmsə və yaşımın səviyyəsindəyəmsə, hesab edirəm ki, 63 yaşıma layiqəm. Heç kimə heç nə sübut etmək istəmirəm. Belə bir ehtiyacım yoxdur.

- Oğlunuzla bağlı veridyim sualda həddimi aşdımsa, üzrlü sayın. Sizi bu gün kədərləndirmək istəməzdim. Təsəlli vermək mənim həddim deyil, lakin inanıram ki, bizdən ayrılan insanlar getdikləri yerdə daha azad və daha xoşbəxtdir. Şeir və nəğmələriniz isə bizə həmişə əzizdir. Özünüzə yaxşı baxın.

- Minnətdaram, əzizim.

Aytən Məftun


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930