Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 9-04-2019, 14:41
 Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən bir ərzində xarici siyasətimizdə mühüm irəliləyişlər əldə edilibAzərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən bir ərzində dövlətimizin xarici siyasətində mühüm irəliləyişlər əldə edilib. Azərbaycan rəhbərliyinin çoxşaxəli müstəqil xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz regionundakı liderlik mövqeyini daha da gücləndirib, eləcə də beynəlxalq miqyasda nüfuzunu artırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq əlaqələrin inkişafında böyük irəliləyişlərə nail olub. Dövlət başçısı 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir. Ölkəmizin beynəlxalq aləmdə tərəfdaşlarının sayı artıb.

Politoloqun sözlərinə görə, dövlətimizin başçısı ötən bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm diplomatik gedişlər edib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbə və Sankt-Peterburqda danışıqlar aparılıb. Bu ilin martın 29-da Vyanada keçirilən görüş ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoydu. Bununla yanaşı, Ermənistanın cidd-cəhdlə separatçı rejimi danışıqlar prosesinə cəlb etməsi fikrini iflasa uğratdı. Beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü formatın dəyişməz olduğu təsdiqləndi.

R.Qonaqov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz nəticəsini verdi. Dövlətimiz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edib, Ermənistan iqtisadiyyatı çöküb. Bundan başqa, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət olunsun.

Mərkəzin sədri əlavə edib ki, Azərbaycan Prezidenti bir ərzində həm də Cənub Qaz Dəhlizinin, TANAP-ın reallaşmasına nail olub. 2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir nəticələnməyən məsələ artıq öz həllini tapıb. Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini verib. Xəzərin hüquqi statusunun həlli region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açıb.

R.Qonaqov qeyd edib ki, ötən dövr ərzində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri möhkəmlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı çox aydın fikirlər əksini tapıb. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedədir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930