Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 8-04-2019, 16:50
MTRŞ Vaqif Mustafayevə ciddi tapşırıq verdi“Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib”.

Bu barədə “Qafqazinfo”ya Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. O, bildirib ki, bu barədə rəsmi yox, şifahi olaraq məlumat verilib: “Təbii ki, “Space” kanalının rəhbərliyi də bu məsələdən xəbərdardır. Dedilər ki, bununla bağlı problem yoxdur.

Televiziyanın 5000-8000 manat məbləğində cərimələnməsi məsələsinə isə hakim özü baxacaq. Biz ayın 4-də Yasamal rayon məhkəməsinə müraciət etmişik. Kanalın aparıcısı Anar Vaqifoğlu artıq işdən uzaqlaşdırılıb. Efir rejisosoru Etibar Mustafayev də işdən uzaqlaşdırılıb. Kanalın rəhbərliyinə də ciddi tapşırıq verilib”.

Kanalların şifahi xəbərdarlığa əməl etməyə borclu olub-olmamasına gəlincə isə, A. Hacıyev qeyd edib ki, kanallara sadəcə xəbərdarlıq edilir:

“Artıq bundan sonrakı məsələ kanalların öz işidir. Dəvət edə və etməyə də bilərlər. Biz kanalların yaradıcılıq işinə qarışa bilmirik. Ona görə də şifahi olaraq xəbərdarlıq edirik. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?!

Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat baxır. Afət Fərmanqızı ilə bağlı məsələni qoyduq və əməl olunub. Biz Milli Teleradio Şurası olaraq öz üzərimizə düşən işi gördük”.

A. Hacıyev kadrın montaj edilib-edilməməsindən də danışıb. O, vurğulayıb ki, montaj məsələsini aydınlaşdırmaq üçün videoya bir neçə dəfə baxılıb: “Müğənni özü deyir ki, montaj edilib. Biz Rüfət Axundovu tanımırıq ki?! Dəfələrlə baxdıq və gördük ki, montaj söhbəti yoxdur. Özü də veriliş canlı yayımlanıb. Rüfət Axundov özü yerləşdiyi videoda həmin hissəni montaj edib. Özünə haqq qazandırmaq istəyir, bu isə artıq gecdir”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930