Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-04-2019, 01:53
"Əhali sayının 10 milyon olması tarixi hadisədir" - Nazir müaviniAzərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması tarixi hadisədir. Bu münasibətlə nazirliyin kollektivi adından ilk öncə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirik. Mən ixtisasca coğrafiyaşünasam, bu barədə eşidən kimi dərhal statistik araşdırma apardım. Dünyada 250-yə yaxın ölkə var. Azərbaycan 10 milyonuncu sakini ilə bu siyahıda 88-ci yerdə qərarlaşıb.

Bu sözləri Report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, nazirlik bu tarixi hadisə ilə bağlı ölkəyə öz töhfəsini verir: "Biz ölkə rəhbərliyinin tapşırığı ilə bu tarixi hadisəyə öz töhfəmizi kütləvi ağacəkmə aksiyası ilə veririk. Azərbaycanda, ölkəmizin hər bir guşəsində ağacəkmə kampaniyasına başlayıb. İstər meşə fondu, istərsə də qeyri-meşə fondu torpaqlarında rayon icra hakimiyyətləri, təhsil və səhiyyə ocaqları, ictimaiyyət nümayəndələri, bir söz hamılıqla aksiyaya başlamışıq. Onu da qeyd edim ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirdiyi və yerli şəraitə uyğun olan ağaclardır.

Xalqımızın gələcək sağlamlığı naminə çox ağac əkirik ki, insanlarımız və ətraf mühitimiz sağlam olsun. Təbiətin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi bütövlükdə gələcək nəsillərin sağlamlığına xidmət edir".

F.Əliyev vurğulayıb ki, hər bir ölkənin qarşısında dayanan prioritet vəzifələrdən biri də onun vətəndaşlarının sağlam olmasıdır: "Təbii ki, vətəndaşlar nə qədər sağlamdırsa, dövlət də, ölkə də o qədər sağlam, əzəmətli, möhtəşəm olur. Bu nöqteyi-nəzərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhatə etdiyi sahələrdə yaxşı mənada köklü dəyişikliklərə nail olmağa çalışır. Nazirlik 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə sabah Ağdaş rayonunda 100 hektardan artıq ərazidə yüksək keyfiyyətli nar bağı salacaq".

Nazir müavini bildirib ki, ağacəkmə aksiyaları bir neçə gün paytaxtda və eləcə də regionlarda davam edəcək: "Hazırda yaz əkini mövsümüdür. Bu kampaniyalar müxtəlif şüarlar altında davam edir.

7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Nə yaxşı ki, bizim Azərbaycanın 10 milyonuncu vətəndaşı olan bu körpə belə əlamətdar gün ərəfəsində dünyaya gəldi. Biz sabah Veloparkda "Az avtomobil - çox həyat" devizi altında yürüş keçirəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu tədbirlər vətəndaşların sağlamlığı naminə həyata keçirilən tədbirlərlərdəndir: "Biz də bu cür tədbirlərlə vətəndaşlarımızın sağlamlığına öz töhfəmizi verməyə çalışırıq".


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930