Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 24-03-2019, 16:30
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olubAzərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimat mərasimi keçirilib.

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, eləcə də Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi tərəfindən tərcümə və nəşr edilmiş “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabında XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alıb.

Moderator Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov çıxış edib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” nəşriyyat evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın Avropada xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə olduğunu bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri Afaq Məsud mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verərək, ədəbiyyatın ali missiyasından - ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olmasından, bədii ədəbiyyatın tarixboyu bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatmasından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada təşviqinə göstərdiyi qayğı və diqqəti vurğulayıb.

Sonra Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında məlumat verib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlərdən söz açaraq, fikirlərini bölüşüb. O, kitabda yer almış hekayələrin əsas mövzularına diqqəti çəkərək, Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parça səsləndirib.

Tanınmış fransız yazıçı Mişel Kop xüsusilə onu təsirləndirmiş hekayələr və onların süjetləri haqqında danışaraq, A.Məsudun “Dovşanın ölümü” hekayəsini auditoriya üçün səsləndirib.

Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak nəşriyyat evinin fəaliyyəti haqqında ətraflı məlumat verib və perspektivlər haqqında düşüncələrini bölüşüblər.

Sonda tədbirə qoşulan kitabsevərlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yaxın zamanlarda XIX əsrdən bu günədək ədəbiyyatımızın nümunələrini əks etdirən “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabını Fransanın regionlarındakı kitabxanalarda, eləcə də internet vasitəsi ilə əldə etmək mümkün olacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930