Son xəbərlər:
ARB-nin yeni direktorunun adı bilindi                        Qohum dəfnində iştirak etmək üçün 23 min SMS göndərilib                        Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü                        Türkiyədə maska pulsuz paylanacaq, Atatürk hava limanında xəstəxana tikilir                        Çernobıl yanır, radiasiya ətrafa yayılır - VİDEO                        Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanıldı                        İtaliyada pandemiya qurbanlarının sayı 16,5 mini ötdü                        Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı - FOTO                        UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi                        Dünya dövlətlərinin aldıqları qızılın miqdarı bəlli olub                        Yazıçısı Coan Roulinq koronavirusa yoluxub                        Ermənistanda 6 polis koronavirusa yoluxdu                        Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı sərtləşdirilən karantin rejiminə əməl etməyə çağırır                        Əfv olunanlar arasında ömürlük həbs edilən 2 nəfər var                        Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır                        Mart ayında Böyük Britaniyada avtomobil satışları 44 faiz azalıb                        Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah                        İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi                        "Əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir"                        İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçildi                        Koronavirusun yaranma versiyası açıqlandı - “Məqsədli şəkildə sızdırılıb”                        Vidadi Zeynalov əfv edildi                        Pensiya, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri dəyişdirilib                        Akif Çovdarov əfv edildi                        İlham Əliyev əfv sərəncamı imzaladı                        Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırıldı                        Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı                        Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır - Akopyan                        Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI - VİDEO                        Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi-YENİLƏNİB                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-apr-2020 / ( 17:40 )
 
 
06-apr-2020 / ( 17:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-apr-2020 / ( 14:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 22-03-2019, 18:11
Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötürMartın 22-si Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 105-ci ildönümü tamam olur.

L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}