Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 21-03-2019, 13:28
“Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”Bu şənlik beynəlxalq hüquqla hesablaşmayan və başqasının torpağını işğal altında saxlayanlara bir mesajdır ki, biz gəlirik


“Mən bilmirəm Azərbaycanın hansı rayonunda Cocuq Mərcanlı kimi səliqəli, gözəl və hər şeylə təmin olunan bir kənd var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı Cocuq Mərcanlıda keçirilən Novruz Bayramı şənliyi haqqında öz təəssüratlarını bölüşərkən deyib. N.Mehdixanlı bildirib ki, Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi:

“Martın 20-də Azərbaycan Televiziyasının Cocuq Mərcanlıda Novruz Bayramını keçirmək planı var idi. Ora bir çox sənətçilərlə bərabər, mən də dəvət olunmuşdum. Təbii ki, Cocuq Mərcanlıda bayram şənliyinin keçirilməsinin gözəl bir anlamı var. Bu gün Cocuq Mərcanlı özünün yeni həyatını yaşayır və əslində bu şənlik işğal altında olan torpaqlarımızın Cocuq Mərcanlı kimi addım-addım azad olunacağına bir işarədir. Bu, həm də bizim torpaqlarımızı işğal altında saxlayanlara da bir mesajdır ki, belə bayram şənlikləri Şuşada, Kəlbəcərədə, Ağdərədə, Laçında, Qubadlıda da olacaq. Çox gözəl bir bayram şənliyi keçirildi. O qədər insanlar toplaşmışdı ki, onların üzündə sevinc hiss var idi.

Mən bilmirəm Azərbaycanın hansı rayonunda Cocuq Mərcanlı kimi səliqəli, gözəl və hər şeylə təmin olunan bir kənd var. Bütün yerləri gəzmişəm, amma belə kənd görməmişəm. Şənlikdə xaricdən gələn qonaqlar, millət vəkillərimiz çıxış etdilər. Hərbçilərimiz də yanımızda idilər. Burda bütün insanlarlar birlikdə bayram keçirirdilər. Cocuq Mərcanlıda Azərbaycan Televiziyasının təşkil etdiyi Novruz şənliyi bizim sabah daha böyük ərazidə şənlik keçirəcəyimizin anonsudur. Bu şənlik beynəlxalq hüquqla hesablaşmayan və başqasının torpağını işğal altında saxlayanlara bir mesajdır ki, biz gəlirik, ya yır-yığışınızı edin gedin ordan, ya da Azərbaycan əsgərinin və xalqının ayağının altında qalacaqsınız. Altmış üç yaşım olacaq və çox Novruz Bayramları görmüşəm, amma bu bayram həyatımın ən gözəl, ən anlamlı və heç vaxt unutmayacağım bir bayramı oldu. Bu, xalqın, millətin, polisin, siyasət adamının bir yumruq kimi birləşdiyinin göstəricisi idi. Arzu edirəm ki, xalqımız həmişə bir yerdə olsun, çünki biz bir yerdə olanda güclü və qalibik”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930