Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 16-03-2019, 14:41
“Taliban” hərəkatı ilə danışıqlar səbəbindən Vaşinqton və Kabilin münasibətləri korlanıb“Taliban” hərəkatının nümayəndələri ilə danışıqlar barədə fikir ayrılığı fonunda ABŞ Prezidenti Donald Tramp administrasiyası və Əfqanıstan hökuməti arasında münasibətlər korlanıb.

AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, Əfqanıstan hakimiyyəti ABŞ-ın bu ölkə üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın apardığı danışıqlar prosesindən faktiki olaraq kənarda qaldığı üçün narazıdır. Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Həmdullah Mohib Vaşinqtona son səfəri zamanı ABŞ administrasiyası üçün sərt və təxribat xarakterli bəyanat verərək Vaşinqtonun “Taliban” hərəkatı ilə istənilən sazişin taliblərlə döyüşərək həlak olan amerikalı hərbçilər üçün təhqir olacağını bildirib. O, həmçinin əslən əfqanıstanlı olan Xəlilzadı “şəxsi ambisiyalar” üzrə hərəkətdə və Əfqanıstanda “kolonial canişin rolunu oynayacağı müvəqqəti hökumət” yaratmağa cəhdlərdə ittiham edib.

Onun sözlərinə görə, “Taliban” hərəkatı ilə istənilən sülh sazişi Əfqanıstan hökumətinin və cəmiyyətinin tərəf kimi iştirakını nəzərdə tutmalıdır. Vaşinqton isə bunun əvəzinə Kabilə danışıqların gedişi barədə informasiyanı belə vermək istəmir.

Birləşmiş Ştatların dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl isə öz növbəsində Əfqanıstan Prezidentinin müşaviri ilə görüşərək ona Amerika hökuməti adından narazılığını bildirib. Dövlət Departamenti, həmçinin Xəlilzada hücumların əslində Dövlət Departamentinə edildiyini və ikitərəfli danışıqlara və sülh prosesinə yalnız zərər vurduğunu bildirib.

Ən sərt cavab isə ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass tərəfindən verilib. Onun sözlərinə görə, Əfqanıstanda korrupsiya və Amerika xalqının göndərdiyi avadanlığın, fondların, həmçinin digər yardımların düzgün istifadə olunmaması bu ölkə uğrunda həlak olanların xatirəsinə təhqirdir.

Qeyd edək ki, martın 12-də Zalmay Xəlilzad “Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqların nəticələrinə əsasən, tərəflərin ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi və terrorla mübarizə barədə saziş layihəsi hazırladığını bildirib.

Son 4 il ərzində hərəkatın silahlı qüvvələri Əfqanıstanda öz nəzarət zonasını xeyli genişləndirib. Hazırda taliblər ölkə ərazisinin təxminən 60 faizinə nəzarət edir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031