Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-03-2019, 16:15
Hərbi səbəblərlə əlaqədar 36 nəfərin əlillik təyinatları şübhə doğurduğundan araşdırma aparılıbƏlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (Forma 88) əsasında aparılmış əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.

Qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir. Göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə, hərbi xidmət dövrü ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi üçün müvafiq hərbi-həkim komissiyasının verdiyi şəhadətnamə və qərar əsas götürülür.

Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşlar tərəfindən səhiyyə müəssisələrinə təqdim olunmuş qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyən edilib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilmiş siyahı və hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.

Aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş materialların araşdırılması nəticəsində müəyyən olunub ki, 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsi əslində olduğundan fərqlidır. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiq edən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb, 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.

Həmin səbəblərlə əlaqədar əsassız olaraq hərbi səbəblərlə əlaqədar aparılmış əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilmiş vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi və düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır, eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar Respublika Prokurorluğuna təqdim edilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar