Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 5-03-2019, 07:30
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı doğum evində olubMartın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evində olub. Xatırladaq ki, bu doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.

Leyla Əliyeva doğum evindəki palataları gəzdi, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlandı, uşaqların sağlam böyümələrini arzuladı.

120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verildi. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl dünyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı doğum evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildirdilər.

Tibb müəssisəsində 398 işçi çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti doğum evinin əməkdaşları ilə şəkil çəkdirdi, onlara işlərində uğurlar arzuladı.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar