Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 5-03-2019, 01:39
“Fəhmin Hacıyev söz çıxarmışdı ki, Tamerlan Qarayev Ağdama əməliyyatın keçirilməsinə mane olmağa gəlib...”
Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər...

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət 1993-cü il fevralında Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki, DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib. Lakin 26 il əvvəl neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı, hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:
“Şahin Musayev T.Mehdiyevdən xahiş edib ki, onun “şəxsi işi”ni Prezidentə göstərməsin...”


“Fəhmin Hacıyevin Ağdam və Xocalı camaatını özünəməxsus ustalıqla arxayın salması hərc-mərclik yaradıb...”
“...Ağdama göndərilmiş zabitlər Xocalını xilasetmə əməliyyatını hazırlamağa başlasalar da, onlara rəhbərliyi də qeyri-peşəkar Fəhmin Hacıyev özbaşına öz üzərinə götürmüşdür... Belə bir vəziyyət Ağdam və Xocalı əhalisi arasında müsbət ictimai rəyin formalaşmasına təsir göstərib əsassız arxayınçılıq yaratmışdır. Yəni F. Hacıyevin Ağdam və Xocalı camaatını özünəməxsus ustalıqla arxayın salması hərc-mərclik yaratmışdır. Tərtib olunan əməliyyat planı hazırladıqları hərbi-taktik ekspertdən keçməlidir, buna görə də nəticə çıxarmağı gözləməliyik.

Ancaq bunu deməliyik ki, əməliyyat fevralın 25-ə təyin olunmuşdu və təyin olunmuş vaxtda əməliyyatda iştirak etməli olan bölmələrin komandirlərindən yalnız biri gəlib çıxdı. Başqa bir komandir Dİİ rəisinin müavini Ş.Cahangirov tərəfindən başqa yerə göndərilmişdi, daha bir başqa dəstə mina partlaması nəticəsində sıradan çıxmışdı. Və ən başlıca fakt: fevralın 24-ü ərəfəsində Şahin Musayev Fəhmin Hacıyevə zəng vurub Prezidentə istinad edərək onu müvəkkillikdən məhrum edir...

Bu plan da belə boşa çıxdı...

Fəhmin Hacıyevin, İntiqam Abdullayevin, Tacəddin Mehdiyevin və başqalarının izahatlarına görə, F.Hacıyev də dəfələrlə Ş.Musayevə müraciət edib, ondan vertolyot göndərilməsini xahiş edibmiş. Ona da hər dəfə vəd edirmişlər; amma göndərmirmişlər; bir dəfə hətta o, özü təyyarə meydanına vertolyotu qarşılamağa da gedir, amma onlar gəlib çıxmadılar. Əlavə etmək istəyirik ki, Şahin Musayev bu faktları tamamilə təkzib etmişdir...

“1992-ci il fevralın 21-də general-mayor Kamil Məmmədov Zabrat təyyarə meydanında öz gözləri ilə 8 vertolyot görüb...”

Yeri gəlmişkən, Bakıda, Zabrat təyyarə meydanında vertolyotların olub-olmaması barədə. Şəhidlər onları təyyarə meydanında öz gözləri ilə gördüklərini deyirlər. Məsələn, fevralın 21-də general-mayor Kamil Məmmədov Ağdamdan Bakıya gəlib Zabrat təyyarə meydanının işçiləri ilə görüşüb danışır və onlar K. Məmmədova 8 hərbi vertolyot göstərirlər. K. Məmmədov oradan birbaşa Şahin Musayevin yanına gəlir, vertolyotları öz gözləri ilə gördüyünü, xocalılara kömək etmək üçün onlara ehtiyac olduğunu deyir. O vaxtlar Müdafiə naziri vəzifəsini icra edən Ş.Musayev kömək etməyə söz verir. K. Məmmədov həmin gün Prezident Aparatında Dövlət müşaviri Adil Hacıyevlə də görüşür və ona vertolyotlar, Ş.Musayevlə söhbəti haqda danışır. A. Hacıyev də kömək edəcəyinə söz verir.

Bunların baş verdiyi günü bir daha sizin yadınıza salırıq: 21 fevral 1992-ci il. Məhz həmin axşam Ş.Musayev də, A. Hacıyev də Təhlükəsizlik Şurasının iclasında iştirak edirdilər. Məhz həmin axşam Xocalıya aid bir qərar qəbul olunmuşdu. O barədə bir az sonra danışacağıq...

“Tacəddin Mehdiyev qonaqlıqda Ş.Musayevə özünün 1-ci müavini yerini təklif edir...”

Komissiya bu və başqa faktları müqayisə edərkən Şahin Musayevin şəxsiyyəti ilə də maraqlandı. Həm də keçmiş Müdafiə naziri Tacəddin Mehdiyev komissiyaya danışdı ki, Şahin Musayevlə əvvəllər tanış deyilmişlər. Onları Respublika Hərbi komissarının müavini polkovnik Zqrivets tanış edib. Birgə qonaqlıq zamanı o, T.Mehdiyev elə buradaca Ş.Musayevə özünün 1-ci müavini yerini təklif edir. Bundan sonra Ş.Musayev gedir Moskvaya, Müdafiə Nazirliyinə, özünün “şəxsi işi”ni gətirməyə. Lakin o, “şəxsi işdən” çıxarışı gətirir. Və deyir ki, “şəxsi işi”n özünü tezliklə gətirəcəklər. Amma nədənsə o, T.Mehdiyevdən xahiş edir ki, “şəxsi işi” Prezidentə(Ayaz Mütəllibova-S.L.) göstərməsin. Biz T. Mehdiyevdən soruşduq ki, niyə bunlar onu şəkləndirməyib. O, cavab verdi ki, onun xasiyyəti çox yumşaqdır və adamlara inanmağa adət edib.

T. Mehdiyevlə bizim söhbətimiz aprelin 27-də olub. 3 gündən sonra Ş.Musayevlə danışmağa çalışdıq və o, bizdə daha çox şübhə oyatdı(Ş.Musayev komissiyaya izahat verməkdən imtina edib). Bunun necə qurtardığı sizin hamınızın yadınızdadır.
Sonra Ş.Musayev Kirovoqrada getdi, onunla danışmaq bir daha bizə nəsib olmadı. Lakin bu ilin avqustunda (1992-ci il) “Azadlıq” qəzetində, bir neçə nömrədə onun geniş müsahibəsi dərc olundu. O, çoxlarına bəlli olan faktlar barədə izahat verirdi...

Bəri başdan deyirik, onun müsahibəsi bizim suallarımızı aydınlaşdırmadı, lakin bəzi məsələlərdə bizi bir qədər təəccübləndirdi. Məsələn, T. Mehdiyevə nə düşmüşdü ki, bizə yalan danışsın, əgər onlar hələ 30 il bundan qabaq hərbi məktəbdə bir yerdə oxuyublarsa? Belə suallar çoxdur və məhz indi təhqiqata imkan düşüb bu barədə cavab əldə etməyə. Və güman ki, o cavabları yaxın vaxtlarda eşidəcəyik. ..

Bu ilin fevralında Ağdam həyatından daha bir neçə fakt:

Həmin günlərdə Ağdamda olmuş respublika Ali Soveti sədrinin müavini Tamerlan Qarayev barədə müxtəlif şayiələr gümanlar mövcud idi.

T. Qarayev özü danışır ki, o, Ağdama öz təşəbbüsü ilə gedib, oranın deputatı kimi və heç kimdən bir səlahiyyət almayıb.

Bir neçə şahidin ifadəsinə görə, T. Qarayevin 1992-ci ilin fevralında Ağdama gəlişi təkcə Fəhmin Hacıyevdə əsəbi, acıqlı ovqata səbəb olub.
İntiqam Abdullayev və b. şahidlərin ifadəsinə görə, məhz F. Hacıyev olub şayiələrin baisi; söz çıxarmışdı ki, T. Qarayev Ağdama əməliyyatın keçirilməsinə mane olmağa gəlib. Təhqiqat materiallarından və şahid ifadələrindən məlum olur ki, buna oxşar bir hadisə müşahidə edilməyib. T.Qarayev də çalışıb öz qüvvəsi ilə nəsə etsin: Bakıdan istehkamçılar tələb edib, dəfələrlə zəng çalıb və Şahin Musayevdən Ağdama şəxsən gəlməyi tələb edib. Vəziyyət barədə Prezidenti xəbərdar edib, ağdamlılarla görüşüb.

Deməliyik ki, Ağdamın özündə də mürəkkəb vəziyyət yaranmışdı, camaatın əsəbləri həddini aşmışdı, tez-tez mitinqlər keçirilirdi. Bütün bunlardan bəlli olur ki, bəzi qüvvələr xalqın narazılığından öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Fevralın 19-dakı mitinqdə hətta hərbi dəstələri üçün öz komandirlərini seçmişlər – xalq deputatı Qasım Kərimovu.

Özünün tamamilə qeyri-səmimi ifadəsində Q.Kərimov bizə dedi: “Siz öləsiz, belə şey olmayıb”. Bu andan sonra biz ölməsək də, bu heç də o demək deyil ki, o, həqiqəti danışıb, Çünki mitinqdə yüzlərlə adam olub...”


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031