Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 4-03-2019, 12:22
“İranda aksiyalar mahiyyətini dəyişib fars rejiminə qarşı çevrilə bilər”
"Əgər İran da Türkiyə kimi Ermənistana qarşı sərt mövqe nümayiş etdirsəydi..."
Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə İranda səfərdə olması gündəmdən düşmür. Fars rejiminin erməni baş naziri isti qarşılanması, hətta İrandakı ermənilərin “Qarabağ Ermənistanındir, son!” yazılan poster qaldırması və Paşinyanın onun önündə şelfi etməsi haqlı olaraq Azərbaycan tərəfin günlərdir davam edən etirazlarına səbəb olub.

Təbrizin “Tıraxdur” futbol klubunun İsfahanın “Sepahan” komandası ilə oyunu zamanı cənublu soydaşlarımızın baş verənlərə kəskin şəkildə öz etirazlarını bildirmələri və “Qarabağ bizimdir, bizim olacaq!” şüarları isə qürurverici anlardan oldu. Amma bununla belə, 40 milyona yaxın soydaşımızın yaşadığı İranda etirazların küçələrə, meydanlara daşınmaması suallar doğurur. Bununla bağlı fərqli fikirlər var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə İranın təcavüzkar Ermənistana qucaq açmasına öz sərt mövqeyini bildirdi: “Bizə çox təəccüblü gəldi ki, İran rejimi Paşinyana qucaq açdı, ona isti münasibət bəslədi və erməni baş naziri ümidlərlə yola saldı. Bu əslində Ermənistanın Azərbaycana qarşı təcavüzünün hansısa formada dəstəklənməsi deməkdir. Dəfələrlə demişəm, bir daha təkrar edirəm ki, əgər İran da qardaş Türkiyə kimi Ermənistanın təcavüzkar siyasətinə qarşı sərt mövqe nümayiş etdirsəydi, onunla bütün sərhədləri bağlasaydı, diplomatik münasibətlərə son qoysaydı və işğal olunmuş torpaqlarımızın azad edilməsində təkcə sözdə deyil, əməldə Azərbaycanın yanında olsaydı, tamamilə əminəm ki, indi vəziyyət tamam fərqli idi. İran rejimi kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bunu etmirlər. İndiki hakimiyyətdən, yəni Həsən Ruhanidən öncəki İran prezidentləri Ermənistana daha isti, hətta deyərdim ki, onun təcavüzünü şirnikləndirəcək addımlar atırdı. Həsən Ruhani məsələyə nisbətən ehtiyatlı yanaşırdı. Amma son olaraq İran inqilabının 40 illiyində Azərbaycana söyləmiş olduğu fikirlərdə ölkəmizə qarşı ərazi iddialarını ortaya qoyması, Azərbaycanı müstəqil dövlət olaraq təhdid etməsi, tarixi Azərbaycan torpaqlarını fars torpaqları kimi təqdim etməsi bir daha fars şovinizminin ifadəsi oldu. Bu bir daha onu göstərdi ki, onlar əsası ötən əsrin 20-ci illərindən qoyulmuş olan fars rejiminin daşıyıcılarıdırlar. Bir-birindən bu və ya digər şəkildə fərqli fikirlər ifadə etsələr də, mahiyyət eynidir. Bunlar uzun illərdir Ermənistana eyni münasibəti sərgiləməkdədirlər”.

Deputat cənublu soydaşlarımızın daim yanımızda olduğunu söylədi: “Azərbaycan torpaqlarının işğal edilməsinə qarşı cənublu soydaşlarımız hər zaman öz etirazlarını bu və ya digər şəkildə bildiriblər. Onlar bizlərlə bərabər olduqlarını ortaya qoyublar. Biz onların dəstəyini hər zaman hiss etmişik. Lakin İran rejimi o qədər kəskin bir notlar üzərində öz fəaliyyətini davam etdirir ki, orada kiçicik bir bu və ya buna bənzər etirazlar çox ağır repressiyalarla müşahidə olunur. Onlar cəzalandırılır, həbsxanalara salınır, hətta elə olur ki, onların bəzilərinin harada olması belə məlum olmur. Bunu biz illərdən bəri müşahidə etməkdəyik. Mənə elə gəlir ki, məhz sizin dediyiniz kimi minlərlə, milyonlarla soydaşımızın küçələrə çıxıb Paşinyanın gəlişinə etiraz etməməsinin, ona kəskin reaksiya verməməsinin səbəbini repressiyalarda, kəskin əməldə axtarmaq lazımdır. İstər-istəməz İran hakimiyyəti çəkinir ki, Qarabağ üzərində olan mitinq, yürüş və ya kütləvi xarakter daşıyan ciddi aksiyalar mahiyyətini, istiqamətini dəyişib fars rejiminə qarşı çevrilə bilər. Ona görə bu cür mitinqlərin keçirilməsinə çox kəskin mövqe nümayiş etdirirlər. Bu da təbii ki, həmin mitinqlərin keçirilməsinə mane olur. Ancaq stadionda güneyli soydaşlarımızın bu etirazını alqışlayıram. Onlara bu addımlarına görə Tanrımızdan möhkəm-möhkəm cansağlığı arzulayıram. Ümidvaram ki, biz taleyüklü problemlərimizi zaman-zaman birlikdə həll edəcəyik. Fərqi yoxdur, erməni işğalına qarşı 30-40 nəfərin belə aksiya keçirməsinə müsbət yanaşıram. İstənilən sosial şəbəkədə erməni təcavüzünü, erməni faşizmini ifşa edən yazıya, müraciətə də müsbət yanaşıram. Eyni zamanda, stadion içərisində bu cür şüarların səslənməsi, Ermənistanın təcavüzkar dövlət olaraq pislənilməsi və işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı tələbləri çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, zaman gələcək stadion içərisində olan çağırışlar və şüarlar küçələrdə, meydanlar daha böyük izdihamla müşahidə olunacaq. Buna şübhəm yoxdur və zaman gələcək mütləq bunun şahidi olacağıq”.(musavat.com)


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031