Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 4-03-2019, 12:11
“Murov dağlarından Araz çayına qədər olan ərazinin məskunlaşdırılması Ermənistanın əsas məqsədlərindən biridir...”

2013-cü ildən Böyük Kilikiya Evi Katolikosluğu və Xankəndindəki qondarma separatçı-terrorçu rejimin birgə maliyyəsi hesabına Kəlbəcər rayonunun Kiçan kəndi yaxınlığında, Qarabağ müharibəsi zamanı “Azərbaycan ordusunun hücumunun dayandırıldığı məkanda” “Nor Kilikiya” (“Yeni Kilikiya”) adlı yeni qəsəbə tikilir.
Düşmən Kəlbəcərin kəndində şəhər tipli qəsəbə salır... –FOTOLAR+VİDEO

Moderator.az xəbər verir ki, bu haqda Rusiyada nəşr olunan erməni saytlarından biri məlumat yayıb. Məlumata görə, “artıq qəsəbədə onlarla ev tikilib, infrastruktur qurulub, yolların vəziyyəti yaxşılaşdırılıb. Yeni Kilikiya Qazançi icmasının bir hissəsidir və zamanla müasir şəhər tipli qəsəbəyə çevrilməyə iddia edir”.

Azərbaycan kəndində salınan qanunsuz erməni qəsəbənin 2013-cü ildə keçirilmiş açılış mərasiminin video-görüntülərini də təqdim edirik.

Xəbərdə daha sonra deyilir:

“Ermənistan və Artsax üçün strateji baxımdan əhəmiyyətli Murov dağlarından Araz çayına qədər olan ərazidə yerləşən Kəlbəcər (“Yeni Şaumyan”) və “Kaşataq”(Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) rayonlarının bərpası və məskunlaşdırılması "Artsax" hökumətinin əsas məqsədlərindən biridir. Əlbəttə, bunun həyata keçirilməsi üçün "Artsax"da Ermənistan və diasporun dəstəyinə güvənirlər...”

Qeyd edək ki, erməni nəşrinin sözügedən materialında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın Azərbaycanın işğal altındakı torpaqlarına son gedişi zamanı etdiyi həyasız çıxışına dəstək məqsədi ilə son illər torpaqlarımızda aparılmış qanunsuz məskunlaşdırma proqramına dair faktlar sadalanır. 2009-cu ildən bəri Livan erməniləri tərfindən yaradılmış "Artsakh Roots Investment” şirkətinin Laçın rayonunun Zabux kəndi ərazisində, Həkəri çayı sahilində 150 evdən ibarət yeni qəsəbə salması, 2016-cı il döyüşləri zamanı dağıdılmış Talış kəndində icma mərkəzi, şadlıq evi və 40 yeni ev tikintisi, Araz çayı sahilində “Araksavan” adlı 150 evlik yeni qəsəbənin salınması və s. haqda yazılır.



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar