Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 3-03-2019, 22:46
"Bu gün onun dünya ilə ölüm arasında qaldığı gündür. O qədər dünyada qalmaq istəyirdi ki, qəbr evinə də doğru-düzgün köç edə bilmirdi. Tahir Əkbər böyük bəstəkar idi. Düzdür, indiki dövrdə adamın arxasında vəzifəli qohumu olmayanda onun səviyyəsinin dərəcəsində "O, böyük ustad idi" deyənlər az olur. Amma bizim vəfalı xalqımız sənətkarını yaşatmağı bacarır. Allah sizdən razı olsun".

Bu sözləri əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərlə bağlı yazıb.

Müğənni bəstəkarın ölüm ildönümü olduğunu bildirərək, onunla bağlı xatirələrini bölüşüb:

"Tahir müəllim artıq bir ildir ki, aramızda yoxdur. Amm niyəsə hələ də elə bilirəm ki, bu yuxudur. O, mənim həm də qonşum idi. Sonra evini qızının Dillər Universitetində illik ödənişini ödəyə bilmədiyi üçün satıb çox kiçik birotaqlı evə sığınmışdı. Hətta evini satdıqdan sonra mənə dedi ki, görəcəksən, o evdə çox yaşamayacam, öləcəm. Çünki satdığım atamın pulu ilə aldığım ev idi. O evdən atamın iyini alırdım. Mən də Tahir müəllimin çox üzülməsini istəmədiyim üçün dedim ki, ata evin deyildi ki, atanın verdiyi pulla almışdın. Balana xərclədin. Nə olsun ki, burda nə var...

Amma əslində burada çox şey var idi. Adamın yeni mənzili o qədər kiçik idi ki... Allahın ona yazığı gəlib. O boyda sənətkarın yatmağa rahat yeri olmadığı üçün onu bu dar dünyadan apardı.

Bəli, düz oxudunuz. Dar dünya! Ona və onun kimi ustadlara bu yer üzü dardır. Çünki dünyanın özü də ikiüzlüdür Biri gördüyümüz, digəri isə görmədiyimiz. Bəlkə buradan da betərdir, kim bilir?!

Onu yalnız görənlər bilir. Ancaq bir onu bilirəm. Yazıq Tahir Əkbər dünyada əsl zülm yaşadı. Kişinin cibində pul olmayanda, onun üçün ölümdən də betərdir. Dəfələrlə uşaq kimi ağladığının şahidi olmuşdum.

"Aybəniz, bilsəm, dünyaya gəlməzdim" - deyə, o böyüklükdə sənətkarın necə ağladığını, boynubükük qaldığını, balasının qarşısında bağrının çatlamağının şahidi olmuşdum.

Görəsən, indi necə, rahatlaşa bildimi Tahir Əkbər?! Amma yox, yadımdan tamam çıxmışdı. Atasının qucağındadır axı yer üzündə 2 metrlik ev qisməti olmayanım. Artıq heç nəyin dərdini çəkməz. Daha onu nə balasının təhsil haqqı, nə dolanışıq, nə də gözlədiyi, amma bir dəfə də olsun gəlməyən üzərində haqqı olan insanlar narahat edəcək.

Allah sizə rəhmət eləsin, əziz qardaşım, böyük bəstəkar". (axsam.az)
"Tahir Əkbər zülm yaşadı, pulu olmadı" - Aybəniz Haşımova



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar