Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 27-02-2019, 12:27
“Mənim elə bir mülküm yoxdur- küçədə də deyiləm, yaşamaq üçün şəraitim var”
“Qəlbimdə hörmətlə yanaşdığım müxalifətçilər var” -Arif Rəhimzadə
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yeni Müsavat”a geniş müsahibə verib.

Söhbəti təqdim edirik:

- Prezidentin etimad göstərdiyi məmurun bir gün dövlətin, xalqın sərvətlərini taladığı üzə çıxırsa, onda necə? Belələri ilə necə mübarizə aparmaq lazımdır?

- Əlbəttə, nəzarət gücləndirilməlidir və elə məmurlara qarşı çox kəskin mübarizə aparılmalıdır.

- Komitə sədri olaraq münasibətinizi bilmək istərdim: ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinin geniş maraq doğurmamasının səbəbi nədir? Sizcə, nədən bələdiyyə seçkiləri və bələdiyyələr qardaş Türkiyədəki qədər özünə maraq cəlb edə bilmədi?

- Türkiyə bələdiyyələri ilə bizimkiləri müqayisə etmək düzgün olmazdı. Türkiyədə bələdiyyə institutunun tarixi yüz ildən çoxdur. Demək istəmirəm ki, bizim bələdiyyələrimizin Türkiyə səviyyəsinə çatması üçün 70-80 il müddət tələb olunur.

- Bələdiyyə seçkilərində gənc namizədlərə üstünlük veriləcəyi barədə anonslar eşidilir. Parlament seçkilərində də tərkibdə ciddi dəyişikliyin edilməsi gözlənilirmi?

- Cənab prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri gənclərə üstünlük verməsidir. Bələdiyyə orqanlarının tərkibində də, əlbəttə, parlamentdə də bu məsələlər öz əksini tapır və tapacaq. Ancaq nə bələdiyyələrə, nə də parlamentə üzvlər təyin edilmir, onlar xalq tərəfindən seçilirlər. Gənclər bu işə hazır olduqca seçkili orqanların tərkibində onların xüsusi çəkisi tədricən arta bilər.

- Ümumiyyətlə, siz parlamentin indiki tərkibinin fəaliyyətindən razısınızmı?

- Hesab edirəm ki, Milli Məclis məhsuldar işləyir və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Milli Məclisin ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının yaradılmasında, beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə Azərbaycanın mövqeyinin müdafiəsi, qarşılıqlı dostluq münasibətlərinin yaradılması sahəsindəki səmərəli fəaliyyətini xüsusi qeyd etməliyəm.

- Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı hərbi əməliyyatların başlanması vaxtıdırmı, yoxsa Paşinyan hökuməti ilə də danışıqların davam etdirilməsinin tərəfdarısınız?

- Son illər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində müsbət fəaliyyətin şahidiyik. 2016-cı ilin aprel döyüşləri, keçən il Naxçıvan ərazisində aparılan uğurlu əməliyyatlar göstərdi ki, ordumuz həm hərbi-texniki, həm də mənəvi-psixoloji hazırlıq sahələrində yüksək nəticələr qazanmışdır. Lakin müasir dünyada təkcə bu məsələlərə əsaslanmaq düzgün olmazdı.

- Arif bəy, Azərbaycanda “beşinci kolon”un fəaliyyətindən çox danışılır. Necə bilirsiniz, həmin qüvvələr hansı ölkələri təmsil edir və məqsədləri nədir?

- Azərbaycan müstəqil siyasət aparan və özünü bütün sahələrdə təmin edən bir ölkədir. Bu, heç də qonşularımızın hamısını təmin etmir. Azərbaycandan hərəsinin bir siyasi və iqtisadi umacağı var. İstəyirlər ki, bir çox məsələlərdə Azərbaycan onların mövqeyinin tərəfdarı olsun. Hazırda dünyanın bir neçə mərkəzlərində elə bir düşüncə yaranıb ki, yalnız onların siyasəti, hərəkəti düzdür və hamı o istiqamətdə fəaliyyət göstərməlidir. Hətta belə bir düşüncə mövcuddur ki, onların təklif və göstərişləri düz olduğu üçün hamı tərəfindən tam qəbul olunmalıdır. Siyasi məsələlərlə bərabər iqtisadi maraqlar da mövcuddur. Azərbaycanın əleyhinə maraqları olan belə dairələr heç nədən çəkinmirlər. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu aşağı salmaq və ölkədə narazılıq yaratmaq məqsədilə atasını, anasını tanımayan, puldan ötrü vətəninə xəyanət etməyə hazır olan adamları tapıb onları maliyyələşdirir, xalqın, dövlətin və ölkə rəhbərinin üstünə qısqırırlar.

- Erməni diasporunun bu məsələlərdə rolu nə qədərdir?

- Əlbəttə, burada erməni diasporunun rolu da az deyil, ancaq mən hesab etmirəm ki, bunların hamısı onların işidir. Əfsus ki, bu məsələlərdə bir çox halda bizim xarici dövlətlərdə olan diaspor təşkilatlarımız və əslən azərbaycanlı olanlar da biganəlik göstərirlər. Belə şəraitdə bəziləri hesab edirlər ki, iqtidar nümayəndələrini əsassız tənqid və təhqir edə bilərlər, xaricdəki Azərbaycana zidd dairələrin sifarişlərini müti qaydada yerinə yetirirlər. Onların fəaliyyəti problemlərin həllinə deyil, əksinəb ölkədə problemlərin yaradılmasına yönəldilib. Xaricdə özlərinə havadarlar tapan bu üzdəniraq qüvvələrin məqsədi prezident İlham Əliyevin səriştəli rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qaralamaq və bununla da ictimai rəyi çaşdırmaqdan ibarətdir. Onlar son 15 ildə ölkəmizin sosial-iqtisadi uğurlarını, əhalinin rifahının yaxşılaşmasını, milyonlarla vətəndaşlarımızın işlə təmin olunmasını görmək istəmirlər və bu işlərin miqyasını dərk etmək iqtidarında deyillər. Lakin qədirbilən xalqımız əldə olunan iqtisadi uğurların, məcburi köçkünlər üçün salınan çoxsaylı qəsəbələrin, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilən avtomobillərin və evlərin, məhz prezident İlham Əliyev siyasətinin məhsulu olduğunu qiymətləndirir və təqdir edir.

- Milli Məclisin bir sıra deputatları vəzifələrə təyin olunub. Bir az əvvəl dövlət başçısı gənc həmkarınız Zahid Oruca yüksək etimad göstərdi...

- Hörmətli Zahid Oruc da, yüksək vəzifələrə təyin olunan digər deputatlar da gənc nəslin layiqli nümayəndələridir. Möhtərəm prezident İlham Əliyev bununla yenə də göstərir ki, gənclərin inkişafına böyük əhəmiyyət verir.


- Heç ürəyinizdən belə bir istək keçibmi ki, filan postda olsaydım, başqa cür işlərdim?

- Təbii ki, mən bildiyim sahəyə təyin olunsaydım, oraya xeyir gətirərdim. Amma sözün doğrusu, hesab edirəm ki, cənab prezidentin cavanları irəli sürmə siyasəti tamamilə doğrudur. Çünki nəsillər arasında bir rabitə, əlaqə olmalıdır. Əlaqə məhz bu yolla yaranır.

- Arif müəllim, xarakter etibarilə sərt adam təsiri bağışlayırsınız. Maraqlıdır, sizin nəzərinizcə, güllələnmə cəzasının ləğvi doğru idimi?

- Güllələnmə hökmü...Ruslar “izbiratelnıy” deyirlər. Gərək seçilmiş olaydı. Misal üçün, Norveçdə bir nəfər 60-70 adam güllələyib, ona ömürlük cəza veriblər. Ancaq həmin məhbus şikayətlənir ki, internetinin sürəti kifayət qədər deyil. Əlbəttə, belə adamları güllələmək lazım idi. Ancaq əlindən xəta çıxanları, ehtiyatsızlıq edənləri güllələmək olmaz. Bunların hamısına ömürlük cəza verib büdcənin öhdəsinə götürmək düzgün deyil. Ümumiyyətlə, Avropada demokratiyanın mahiyyətinə yox, demokratiya sözünə aludəçilik yaranıb. Bununla da əslində adamları demokratiyadan uzaqlaşdırırlar. Elə Norveçdəki hadisə buna misaldır. Özü də belə hallar az deyil.

- Hakim olsaydınız və güllələnmə hökmü olsaydı, kimi gülləmək istərdiniz?

- Ən qatı...(pauza)

- Müxalifətçini?

- (Gülür.) Yox, söhbət müxalifətçidən getmir. Məhkəmə olmalıdır. Həmin şəxsin cinayətləri bilinməlidir. Hansısa bir şəxs haqqında deyə bilmərəm ki, o, güllələnsin və s.

- Müxalifətə münasibətiniz necədir?

- Hesab edirəm ki, müxalifət olmalıdır. İntəhası, müxalifət başqa yolla ölkənin inkişafını göstərən qüvvə kimi fəaliyyət göstərməlidir. Yəni alternativlər təqdim etməlidir. Ancaq mən söyüş söyüm, deyim ki, bu, pisdir... Pisdirsə, sən yaxşısını de!

- Hörmətlə yanaşdığınız müxalifətçilər var?

- Əlbəttə, var.

- Heç onlarla üz-üzə gəlirsinizmi, söhbət edirsinizmi?

- Əfsuslar olsun ki, görüşüm olmur. Ancaq qəlbimdə hörmətlə yanaşdığım insanlar var.

- Müxalifətçilər?

- Əlbəttə.

- Uzun illərdir Milli Məclisdəsiniz. Müstəqillik dövründəki bütün çağırışlarda mandat qazanmısınız. Bir sıra hallarda deputat həmkarlarınızın sərvətləri barədə məlumatlar yayılır. Nədənsə sizdən heç yazılmır. Deyəsən, var-dövlətinizlə bağlı məlumatları çox möhkəm saxlayırsınız. Bəlkə sirrinizi açasınız...

-(Gülür.) Sirr məsələsi deyil. Mənim elə bir mülküm yoxdur. Küçədə də deyiləm, yaşamaq üçün şəraitim var. Ümumiyyətlə, mən böyük mülklər tikdirməyin, təmtəraqlı həyatın tərəfdarı deyiləm. Görürsən ki, bəzəkli daşlarla tikirlər... Mən, sadəcə, yaşamaq üçün şərait qurmuşam və yaşayıram.


- Yəni villada?

- Həyət evidir. İndi villa, ya nə deyirsiniz... İki mərtəbəli evdir.

- Həyətində nələrsə əkirsiniz?

- Hə, əkirəm, özüm də becərirəm.

- Bağınızda hansı ağaclar var?

- Birincisi, mən oradakı şamların heç birini kəsmədim. Bir neçə dənə də meyvə ağacları var. Zeytun, ərik, feyxoa ağacları, çoxlu qızılgüllər var.

- Nəvələrinizlə vaxt keçirməyə imkan tapırsınız?

- Əlbəttə, vaxt ayırıram. İki nəvəm var.

- İstirahətinizi harada keçirməyi xoşlayırsınız?

- Sözün doğrusu, elə evimdə, həyətimdə. Ayrı-ayrı hallarda dost-tanışlara qonaq gedirəm.

Beləcə, söhbətimizi yekunlaşdırmalı oluruq. Deyir saat 11.00-da işdə, Milli Məclisdə olmalıdır. Dəqiq adamın iş qrafikinə xələl gətirmək istəməyib, “açıq havada, açıq söhbət” təklifimizi dəyərləndirdiyi üçün təşəkkür edirik və kifayətlənirik.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930