Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 13-02-2019, 10:38
Eldar Mahmudov ətrafında nə baş verir -Əsas fiqurant həbsdən buraxılmadıSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət rədd edilib. Fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Vüqar Mahmudovun vəkili Hikmət Əliyevin apelyasiya şikayəti təmin olunmayıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 2017-ci ilin noyabr ayının 3-də onun barəsində həbs-qətimkan tədbiri seçilib.

1996-cı ildə İqtisad Universitetinin iqtisadiyyatın idarəedilməsi fakültəsini bitirən Vüqar Mahmudov qeyri-rəsmi səlahiyyəti nazir müavinindən yuxarı olub. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq nazirə catdırılırmış. İddiaya görə, onun xidməti otağında çoxlu sayda iri seyflər olub ki, onlar yığılan pulların saxlanması üçün istifadə olunub.

Verilən məlumatda bildirilir ki, 2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov 2005-ci ildə “Hərbi xidmətlər gorə” medalı, 2006-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə “İgidliyə görə” medalı, 2012-ci ildə isə “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi ilə təltif edilib, qısa müddət ərzində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəlib.

MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vuqar Mahmudov Eldar Mahmudovun adından daha çox Bakiətrafı kəndlərdə xeyli sayda torpaq mənimsədiyi deyilir.

Məlumatlara görə, Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı ifadə ala bilərlər. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər. Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar.

Yeri gəlmişkən, fevralı 11-də Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə də başa çatıb. Prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb. Son iki gündə MTN işinə görə həbs edilən şəxslərlə bağlı qərarlar E.Mahmudov ətrafında yeni təhlükəli proses kimi qiymətləndirənlər də var...(“Yeni Müsavat”)


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar