Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-02-2019, 19:13
Aydın Mirzəzadə: Özəl təşkilatlarda çalışanların maaşında da artım olacaq"Prezident İlham Əliyevin sərəncamına əsasən minimum əmək haqqının 130 manatdan 180 manatadək artırılması cəmiyyətimizdə ciddi müzakirə mövzularındandır. Bu təkcə iqtisadi deyil, eyni zamanda sosial-siyasi hadisədir".

Publika.az xəbər verir ki, bu fikirləri vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, minimum əmək haqqının birdən-birə 40 faizədək qaldırılması Azərbaycanda 600 minədək insanın sosial vəziyyətinə təsir edəcək.

"Adından da göründüyü kimi, bu minimum əmək haqqıdır. Hələ də qarşımıza qoyduğumuz məqsədə, yəni minimum əmək haqqının orta əmək haqqının 60 faizinə bərabər olması həddinə çatması üçün çox işlər görməliyik. Bununla belə, müharibə vəziyyətində olan 1,2 milyon məcburi köçkünü olan bir dövlətdə 600 min nəfərin həyatına təsir edəcək qərarın qəbul edilməsi ölkə rəhbərliyinin siyasi iradəsindən və bu problemi həll etmək üçün gördüyü böyük işlərdən xəbər verir. Sərəncamda göstərilən məbləğın ödənilməsi üçün büdcəyə əlavə 450 milyon manat vəsait lazımdır. Nəzərə alsaq ki, bu ilki büdcə ötən ilkindən təqribi 4 milyarda qədər çoxdur, bu onu göstərir ki, böyük əhəmiyyətli hissə minimum əmək haqqının ödənilməsinə sərf olunacaq. Bu təkcə dövlət təşkilatlarında deyil, özəl təşkilatlarda çalışanların əmək haqqına da təsir etməlidir. Digər tərəfdən müəyyən ödənişlər minimum təhsil haqqından hesablanır ki, digər dərəcədə məvacib alanların da maaşı artacaqdır. Qeyd edim ki, bu son hədd deyil. Bundan sonra da maaş və pensiyaların artması üçün dövlət tərəfindən böyük işlər görüləcək.

Cənab prezidentimizin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq atdığı addımlar, onun cəmiyyət qarşısında öz öhdəliyini çox böyük məsuliyyətlə həyata keçirdiyini göstərir. Onun bütün addımları özünün də vurğuladığı kimi hər bir azərbaycanlının prezidenti olduğunu göstərir. Təbii fəlakət nəticəsində evləri dağılan insanları ziyarət edib birbaşa təmasda olması, şəhid ailələri ilə görüş keçirməsi, Nazirlər Kabinetinin iclasında sosial məsələlərlə bağlı hökumət qarşısında vəzifələr qoyması da bu qəbildən olan məsələlərdir. Həmçinin biz vaxtaşırı Azərbaycanın müxtəlif regionlarında əhəmiyyətli iş yerlərinin açılmasının şahidi oluruq. Dünən Hacıqabul rayonunda Rusiyanın Qaz Avtomobil şirkətilə birgə Azərbaycan Avtomobil zavodunun tikintisinin əsasının qoyulması göstərir ki, iş yerlərinin yaradılması, işlə təminat sosial proqramların həyata keçirilməsi üçün aparılan böyük ishalatlardır.

Minimum əmək haqlarının artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncam cəmiyyət tərəfindən rəğbətlə qarşılandı, bu bir daha göstərdi ki, bu tip addımlar bundan sonra da həyata keçiriləcək. Hər bir azərbaycanlının problemlərinin həlli daim dövlətin nəzarətində olacaq".


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930