Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 9-02-2019, 11:58
Lüks avtomobillər, cah-cəlallı villalar, dəbdəbəli həyatlar...

Daşdan belə pul çıxaran ulduzlar təkcə sənətlə qazanmırlar, onlar özlərini biznes sahəsində də sınayıblar. Bəziləri bunu etiraf edir, digərləri həqiqətə uyğun olmadığını vurğulayırlar.

Oxu.az şou əhlinin hər kəsdən gizli saxladıqları bizneslərini araşdırıb.
Azərbaycanlı məşhurların şəxsi biznesləri - FOTO

ATV-nin məşhur siması, “Bozbaş pictures”in yaradıcılarından sayılan İlkin Həsəni təkcə aparıcılıqla pul qazanmır. O 2014-cü ildə “İlk media” şirkətini təsis edib açıb. İlkin biznesi ilə bağlı açıqlamasında deyib:

“İlk media” sırf mənə aid bir qurumdur. Burada reklam, film çəkilişləri edilir, piar işləri görülür. Öz peşəmə yaxın bir işdir”.

Əməkdar artist Röya Ayxan zəngin məşhurlar sırasındadır. Şou göstərib özünə gəlirli biznes quran sənətçinin Nabranda villası var.

Röya villasının yanında istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik ev tikdirib. Adıçəkilən mənzillər Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayəyə verilir. İstirahət mərkəzində həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.

Qeyd edək ki, Röyaya bahalı villanı toyundan sonra qayınatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib.

yaxınlarda cərrah bıçağı altına uzanaraq, özünü incəldən müğənni Xatirə İslam ifaçılıqla yanaşı, şəxsi bizneslə məşğul olur.

O, xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Burada qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlinin oturacağı yerin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, “haxışda” oxuyan ifaçı da daxildir.

Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçirsə, onda bir az da xərc çəkməli olacaqsınız. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox - düz 5 min manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.

Xına məclislərində “haxışda” oxuyan tək Xatirə deyil. Rəqqasə Fatimə Fətəliyeva da bu biznesə əl atıb.

Dekor, ansambl, çəkiliş, “haxışda” ifaçısı və Fatimənin aparıcılığı sizə iki min manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə qiymət də artır.

“Mon Amour”a bir çox xınayaxdı mərasimlərində rast gəlmək mümkündür. F. Fətəliyevanın şəhərin mərkəzində “Banu” adlı gözəllik salonu fəaliyyət göstərir.

Xınayaxdı biznesi Azərbaycanda o qədər gəlirli sahə sayılır ki, bu işlə məşğul olanların sayı-hesabı yoxdur.

Bu sahə ilə məşğul olan məşhurlar sırasında xərçəng xəstəliyi ilə mübarizə apararaq ona qalib gələn Əməkdar artisti Tünzalə Əliyeva, məşhur şair və qiraətçi Nazilə Səfərli, müğənnilər Xuraman Şuşalı və Rahidə Baxışova da var.

Həkim olsa da, hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da şəxsi biznesi var. Rəqqasə “OksiMedia production”ın sahibidir. Sözügedən şirkət kliplərin, serialların və filmlərin istehsalı ilə məşğul olur. Bununla yanaşı, Oksananın rəqs məktəbi var.

Ailə həyatı qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılovanın Moskvanın mərkəzində “Farrof palace” adlı şadlıq sarayı var. İsmayılova həmin şadlıq evində həmkarları ilə çıxış edir.
Onun böyük qızı Aysun İsmayılova öncə dizayner kimi çalışsa da, sonradan müğənnilik etməyə başlayıb.
Ruhi Əliyeva müğənnilikdən uzaqlaşıb bizneslə məşğul olmağı daha üstün tutub.

O, “Emerald” adlı lüks və yüksək keyfiyyətli zərgərlik butikinin sahibidir.

Bununla yanaşı, Ruhinin həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən “Liatris” adlı holdinqi var.

R.Əliyeva “Liatris Holdinq” şirkətlər qrupuna aid olan “Liatris Travel” Tibbi və Səyahət Şirkətinin rəhbəridir. Bu şirkət 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayıb.

Əməkdar artist Abbas Bağırov yüksək qiymətə toy idarə edən sənətçilərdəndir. A.Bağırovun “ABA” adlı şirniyyat evi var.

Şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevincin “SS” adlı ayaqqabı butikləri var. Ötən gün isə əkizlər “Instagram” hesablarında ayaqqabı mağazası bağlandığı haqda məlumat paylaşıblar.
Onlar sosial şəbəkədə açıqlama yayaraq məkanda olan məhsulların ucuz qiymətə satışa çıxarıldığını qeyd ediblər. Qeyd edək ki, Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.
Əməkdar artisti Nüşabə Ələsgərli əldə bir neçə qarpız tutan məşhurlardandır. Müğənninin şəhərdə bir neçə gözəllik salonu var.

Əməkdar artist, aktrisa Vəfa Zeynalova da gözəllik salonu işlədən sənətçilər sırasındadır. “LS” salonunun adı V.Zeynalovanın qızlarının adları ilə bağlıdır.

Bir ayağı Bakıda, bir ayağı isə Moskvada olan müğənni Xəyyam Nisanovun adını şou-biznesin ən varlı sənətçiləri arasında çəkirlər. Xəyyamın “Little Smile” adlı uşaq əyləncə mərkəzi var.

Müğənni Emil Bədəlov bir neçə çay evinin sahibidir. O, üç il öncə qızının adı ilə bağlı olan “S Group Travel” turizm şirkətini yaradıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930