Son xəbərlər:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi                        Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO                        Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi fevralın 27-də Praqada keçiriləcək                        Martın 19-da keçiriləcək hərracda 99 dövlət əmlakı üzrə seçim imkanı var                        Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi                        Sabah Ay Yerə ən yaxın məsafədə olacaq                        “Mançester Yunayted” klubu hücumçusu Romelu Lukakunu satmaq niyyətindədir                        Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür                        ® “Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb                        “Anamı və iki bacımı üç uşaqla əsir götürüblər...” Xocalı sakini...                        İranın yeni “Fateh” adlı sualtı qayığı hərbi dəniz qüvvələrinin istifadəsinə verilib                        Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib                        “Ən çətini oxucularımın məndən razı qalmasıdır...”                        Saatlıda 2018-ci ilin yekunları müzakirə olundu                        Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub                        Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək                        Rokfellerlər işğalçı ölkə prezidentini qəbul etdi- FOTO                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir                        Neftin qiyməti bahalaşır                        İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib                        ABŞ-da atışma nəticəsində 4 nəfər ağır yaralanıb                        Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik                        “Onun adıyla bağlı keçirilən yarışlar bizim üçün böyük təsəllidir...” -Aprel şəhidimizin atası...                        Leyla Əliyeva “Zima” festivalını izlədi - FOTOLAR                        Ramzan Kadırov məşhur azərbaycanlı ilə şəklini paylaşdı - FOTO                        Astanada SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb                        Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb                        Ermənistanın xarici işlər naziri: “Məmmədyarovla dəhlizdə salamlaşa bilərik...”                        24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq                        "Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq" -Angela Merkel                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-fev-2019 / ( 09:39 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-fev-2019 / ( 09:30 )
 
16-fev-2019 / ( 09:14 )
 
 
 
 
 
Tarix: 6-02-2019, 22:30
İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilirFevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.

AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir “Gələcək üçün məsuliyyət” devizi altında keçirilir.

İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.

Tədbir Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib.

Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.

Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə “STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.

Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışının əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib. O deyib ki, Azərbaycan indiyə qədər keçirilən 22 zirvə toplantısının hamısında fəal şəkildə iştirak edib. Ölkəmizin bu Zirvə toplantılarının keçirilməsində həmişə təşkilatçı kimi iştirak etdiyini vurğulayan A.Suver buna görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə şəxsən təşəkkür edib. O vurğulayıb ki, Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədər dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyini qeyd edib.

Binəli Yıldırım deyib ki, biz Avrasiya ölkələri olaraq xalqlarımızın və dövlətlərimizin gələcəkdə davamlı inkişafını təmin etmək məqsədilə hər bir sahə üzrə əməkdaşlıq etmək məcburiyyətindəyik. İqtisadi baxımdan tarixi İpək Yolunun yenidən canlandırılmasının əhəmiyyətini vurğulayan TBMM-in sədri bu baxımdan Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə parlamentinin sədri gələcəkdə dünyada süni intellektin daha da inkişaf edəcəyini bildirib. O qeyd edib ki, hazırda mövcud olan sahələrin bir çoxu gələcəkdə aradan qalxacaq və onları rəqəmsal texnologiyalar əvəz edəcək. Buna görə də gələcək inkişafı təmin etmək üçün indidən rəqəmsal texnologiyalar sahəsinə investisiyaların yatırılması önəmlidir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına töhfələr verdiyini qeyd edib. Bildirib ki, builki sammitin “Gələcək üçün məsuliyyət” devizi altında keçirilməsini zəruri edən amillər hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlərarası, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir.

Nazir dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə böyük rolu olan enerji amilinin hazırda texnologiyaların inkişafı ilə yeni bir məzmun qazandığını söyləyib. O, Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyini və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən yeni texnologiyaların neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasına imkan yaratdığını diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizin neft-qaz potensialı və enerji resurslarının reallaşdırılmasında beynəlxalq enerji şirkətləri ilə birgə həyata keçirilən layihələr barədə məlumat verib.

Pərviz Şahbazov Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığını vurğulayıb. “İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şaxələndirilməsi ideyası gerçəkləşir, TANAP-ın, bütövlükdə isə Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırır, enerji sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya tanıdır. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın xəritəsini yenidən tərtib edir”, - deyə o bildirib.

Toplantıda, həmçinin Şimali Makedoniya Respublikasının Prezidenti George İvanov, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavara, Sloveniya Baş nazirinin müavini Alenka Bratuşek, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Gülrü Qayumova, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Silap Velbeqov və başqaları çıxış ediblər.

Rəsmi açılışdan sonra “Rəqəmsal texnologiyaların inkişaf etdirilməsi və insanlığın gələcəyi”, “Su və miqrasiya”, “Qloballaşmanın yeni standartları, populizm, sağlam işbirliyi” mövzularında panel iclaslar keçirilib.

Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
10-02-2019 17:36