Son xəbərlər:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi                        Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO                        Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi fevralın 27-də Praqada keçiriləcək                        Martın 19-da keçiriləcək hərracda 99 dövlət əmlakı üzrə seçim imkanı var                        Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi                        Sabah Ay Yerə ən yaxın məsafədə olacaq                        “Mançester Yunayted” klubu hücumçusu Romelu Lukakunu satmaq niyyətindədir                        Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür                        ® “Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb                        “Anamı və iki bacımı üç uşaqla əsir götürüblər...” Xocalı sakini...                        İranın yeni “Fateh” adlı sualtı qayığı hərbi dəniz qüvvələrinin istifadəsinə verilib                        Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib                        “Ən çətini oxucularımın məndən razı qalmasıdır...”                        Saatlıda 2018-ci ilin yekunları müzakirə olundu                        Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub                        Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək                        Rokfellerlər işğalçı ölkə prezidentini qəbul etdi- FOTO                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir                        Neftin qiyməti bahalaşır                        İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib                        ABŞ-da atışma nəticəsində 4 nəfər ağır yaralanıb                        Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik                        “Onun adıyla bağlı keçirilən yarışlar bizim üçün böyük təsəllidir...” -Aprel şəhidimizin atası...                        Leyla Əliyeva “Zima” festivalını izlədi - FOTOLAR                        Ramzan Kadırov məşhur azərbaycanlı ilə şəklini paylaşdı - FOTO                        Astanada SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb                        Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb                        Ermənistanın xarici işlər naziri: “Məmmədyarovla dəhlizdə salamlaşa bilərik...”                        24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq                        "Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq" -Angela Merkel                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-fev-2019 / ( 09:39 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-fev-2019 / ( 09:30 )
 
16-fev-2019 / ( 09:14 )
 
 
 
 
 
Tarix: 6-02-2019, 21:18
Son vaxtlar Gürcüstanda qənaətbəxş olmayan epidemik vəziyyətin yaranması ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir.

Komitədən verilən məlumata görə, bu işə cavabdeh olan Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi müvafiq öhdəliyin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atır.

Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi üçün DGK sədrinin sərəncamı ilə Komitənin Tibbi Xidmət İdarəsinə də müvafiq tapşırıqlar verilib. Həmin sərəncama əsasən Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub.

Qeyd edək ki, Tibbi Xidmət İdarəsi tərəfindən Gürcüstanla sərhəddə yerləşən bütün sərhəd buraxılış məntəqələrində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İlk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsi məsələsinə metodik dəstək verilir. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçirilir, gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.

Məlumat üçün bildirək ki, artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, DGK-nin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələrinin təşkil edilməsi planlaşdırılır. Tibb məntəqələri vətəndaşlarda və gömrük işçilərində hər hansı sağlamlıq problemi müşahidə olunarsa ilk yardımın göstərilməsi üçün avtomatik defibrillator, ilk yardım ləvazimatları, dərman preparatları və digər vasitələrlə təchiz olunacaqdır. Həmçinin, sərhəd-buraxılış məntəqələrində çalışan gömrük işçilərinə Komitənin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ilk yardım təlimləri təşkil ediləcək.
“Qırmızı Körpü”də səyyar hospital xidmətə başladı - Foto




Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
10-02-2019 17:36