Son xəbərlər:
Bayram günləri işə çağırılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA                        Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-01-2019, 10:33
İnternet Azərbaycanda boşanmaların sayını artıracaqAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib.

Moderator.az xəbər verir ki, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E. Səfərov hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu:

"Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilr. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar. Digər tərəfdən, 2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdi. 2012-ci ildən isə məişət zorakılığı ailədə boşanmaya səbəb olan əsas faktor kimi göstərilir".

E.Səfərovun sözlərinə görə, problemlərdən biri nikaha daxil olan gənclərin və onların ailələrinin bir-birini yaxşı tanımamasıdır. Digər tərəfdən, ailəli gənclər problemlərinin olduğunu bilsələr də, onun həlli üçün heç bir tədbir görmürlər:

"Bu gün ailənin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk edib getməkdə, ya da boşanmaqda görürlər. Amma həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur. Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Digər dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internet cəmiyyətinin insanların həyatına, insanların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bu gün Böyük Britaniyada əhalinin 28 faizi tənhalıqdan müxtəlif problemlər yaşayır. Belə problem digər dövlətlərdə də var. Ona görə də Azərbaycanda bu kimi halların qarşısını almaq üçün ailə dəyərlərini qoruyaraq, gender prinsiplərinə əməl edərək cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradılmalıdır. Cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradıldıqda – ona təhsilini davam etdirmək, məşğulluğa cəlb edilmək imkanı verdikdə və s. işlər gördükdə müsbət nəticələr əldə ediləcək. Bu səbəbdən həm gender təminatı, həm də məişət zorakılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir".

E.Səfərov əlavə edib ki, bu problemlərin həlli üçün internet resursların müsbət təsirindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işini gücləndirmək, faydalı portalların saylarını artırmaq lazımdır.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031