Son xəbərlər:
Bayram günləri işə çağırılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA                        Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 8-01-2019, 20:09
“Ayrapetyan cavab verdi ki, Şükür müəllim, sabah hara gəlirsiniz, sizi də, məni də güllələyərlər...”
“Vəzirov istehza ilə dedi ki,  Xankəndində səni öldürsələr - abidəni qoyarıq!..”(Əvvəli bu linkdə: http://qafqazinform.az/manset/13019-kryan-azrbaycanl-qadnlar-i-qaytarmaa-mcbur-etdim.html)Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11 büro üzvündən yeganə azərbaycanlı) Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır

“Ermənilər kabinetimə doluşub məni təpiklə, dəyənəklə o qədər döydülər ki, dişlərimin hamısı töküldü...”

“...1989-cu il aprelin son günləri idi. Vəzirovun DQMV-nin erməni büro üzvləri öncə bəhs etdiyim biabırçı, utancverici görüşündən təxminən iki həftə keçmişdi... 28 aprel(Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyi və sovet hakimiyyətinin qurulduğu gün- S.L.) və 1 May beynəlxalq zəhmətkeşlər günü münasibəti ilə Xankəndində təntənəli mərasim keçirilirdi. Artıq Moskva Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaratmış və Arkadi Volski Komitəyə sədr təyin olunmuşdu. O, açıq-aşkar ermənilərə dəstək verirdi. Həmin tədbirdə Volskiyə dedim ki, Arkadi İvanoviç, burada hamınız 1 Maydan danışırsınız, axı bu yığıncaq həm də 28 aprel -Azərbaycanda sovet hakimiyyətinin qurulması münasibəti ilə təşkil olunub. Bəs niyə 28 apreli heç kəs xatırlamır? Cavab verdi ki, Fərrux müəllim, bilirsiniz, indi şərait başqadır... Volski mənə cavab verən məqamda gördüm ki, Paqosyana göz vurur. Kremlin adamının erməni birinci katibə göz vurması o demək idi ki, yəni bu, çox danışır, başını əkin, getsin...

Tədbir başa çatdı. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə Xankəndində ucaldılmış abidəni ziyarət edib işə qayıtdıq. Mən də gəldim kabinetimə. Elə təzəcə oturmuşdum ki, bir dəstə erməni icazəsiz-filansız qapını açıb hay-küylə, söyüşlə doluşdu içəri. Onlardan biri dedi ki, Sumqayıt qaçqınıyam və başladı məni söyməyə. Üstümə bağırdı ki, nə qədər əlimiz sənin qanına bulaşmayıb, çıx get buradan. Masamın altında ehtiyat üçün 50-60 sm-lik armatur saxlayırdım. Əyildim ki , özümü müdafiə üçün onu götürüm. Ancaq çatdıra bilmədim. Ermənilər hamısı tökülüşdü üstümə. Var gücləri ilə bədənimə, başıma, üz-gözümə təpik, yumruq, milis dəyənəyi ilə və s. zərbələr endirməyə başladılar. Dişlərimin hamısı ağzıma töküldü(o vaxtdan bəri protez gəzdirirəm). Bu minvalla məni təpikləyə-təpikləyə bayıra çıxardılar. Dedilər ki, bu saat buranı tərk etməlisən. Ağzım- burnum qan içində Volskinin yanına getdim və ermənilərin başıma gətirdiyini ona danışdım. O isə həmin quldur, millətçi erməniləri tapıb cəzalandıracağına söz vermək əvəzinə, dedi ki, mən səni xəbərdar etmişdim ki, vaxtında buradan çıx get, onlar səni bir təhər edəcəklər...

Mən Azərbaycan KPMK-nın 1-ci katibi, respublikanın rəhbəri Vəzirova telefon açıb vəziyyətin ağır olduğunu, həyatımın təhlükə altında qaldığını ona anlatdım. Cavabında respublika rəhbəri mənə rus dilində belə dedi: “Tы что, хочешь дезертировать? Убьют тебя, памятник поставим!”(Nədi, sən fərarilik etmək istəyirsən? Səni öldürsələr -sənə abidə qoyarıq)...

Bu hadisədən sonra Xankəndindən məcburən çıxdım. Amma vəzifəmdə qalırdım, yəni yenə də Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini idim. Şuşa rayon Partiya Komitəsində mənə bir otaq ayırdılar. 1990- cı ilin mayına qədər orada fəaliyyət göstərdim...

1990-cı ilin əvvəllərində Dağlıq Qarabağda Polyaniçkonun rəhbərliyi ilə Respublika Təşkilat Komitəsi fəaliyyətə başladı Polyaniçko mənim və digər azərbaycanlıların Xankəndinə - öz iş yerlərimizə qayıtmağımıza şərait yaratdı. Beləliklə, vəzifəmi yenidən Xankəndində, öz kabinetimdə icra etməyə başladım...

“Xankəndindəki kabinetimdə kiflənmiş çörək qırıntılarını yeyib bir təhər dolanırdım...”

...1991 -ci ilin sentyabr-oktyabr aylarıydı.Vəziyyət günü-gündən gərginləşirdi. Artıq Polyaniçko Təşkilat Komitəsi rəhbərliyindən çıxmış, Komitənin qərargahı Ağdama köçürülmüşdü. Rəhmətlik Zülfü Hacıyev komitəyə yeni sədr təyin olunmuşdu. Amma respublika rəhbərliyi Xankəndindən çıxmağıma icazə vermədi. Bildirdilər ki, sən Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini kimi orada qalmalı, oturmalısan bayrağımızı yanında və onu qorumalısan(Həmin bayrağı mən Bakıda məskunlaşdığım mənzilimdə saxlayıram)...

...Sürücüsüz qalmışdım, Şuşadan Xankəndinə gedib- gəlmək çox təhlükəli idi.. Noyabrda vəziyyət elə bir həddə çatdı ki, yeməyə çörək tapmırdım. Xankəndində, bir nəfər də olsun, azərbaycanlı qalmamışdı. Əvvəllər Təşkilat Komitəsində çalışan əsgərlərə, zabitlərə Ağdamdan yemək bişirtdirib gətirtdirirdik. Ancaq indi həmin hərbçilər mənə bir tikə çörək də vermirdilər. Kiflənmiş qırıntıları yeyib bir təhər dolanırdım...

“Rəhmətlik Tofiq İsmayılovla İrəvan vasitəsi ilə telefon əlaqəsi yaratdım...”

...Telefonlarımı da kəsmişdilər. Moskvaya, Bakıya rabitə çıxışı bağlanmışdı. Yalnız Yerevana rabitə çıxışı var idi. Zəng etdim Yerevana, Yerevandan Moskvaya, Moskvadan Bakıya, Bakıdan isə Respublikanın ilk Dövlət Katibi- rəhmətlik Tofiq İsmayılovun evinə calaşdırdılar. Bax belə bir çətinliklə Tofiq müllimlə danışa bildim. Evində idi, dedim, Tofiq müəllim, tək-tənha qalmışam burada, millətçi, daşnak ermənilərin arasında... Siz dövlət katibisiniz, xahiş edirəm icazə verin, mən buradan çıxım. Dedi ki, Fərrux, əsla Xankəndindən çıxma(Allah ona rəhmət eləsin), sən dövlətimizin təmsilçisi kimi orada olmalısan. Əlavə etdi ki, arxayın ol, Azərbaycan hökuməti olaraq arxanda duracağıq, indi gedirəm işə, on dəqiqəyə telefonlarını açdıracam və yanına hökumət adamları da göndərəcəm...

Doğrudan da, az keçməmiş, telefonlarım bərpa olundu. Birbaşa hökumət telefonu ilə zəng vurdum Tofiq müəllimə. Bildirdim ki, telefonlarım bərpa olundu, sizə təşəkkür edirəm. Dövlət katibi dedi ki, artıq göstəriş vermişəm, Respublika Baş prokurorunun böyük köməkçisi, Daxili İşlər nazirinin müavini, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini sabah gələcəklər Xankəndinə. Bu günlük bir təhər döz. Amma təşkil elə, onları aeroportda qarşılasınlar...

“Rəhmətlik Şükür Rzayev və digər yoldaşlarla birgə kabinetimdə döşəmənin üstündən buşlat, adyal saldıq ki, yataq...”

Ertəsi gün, səhv etmirəmsə, 1991-ci il noyabrın 14-də Respublika Baş prokurorunun böyük köməkçisi mərhum Şükür Rzayev və Daxili İşlər Nazirliyinin məsul işçisi Asif Eminov Xankəndi şəhərinə gəldi. Çox çətinliklə hərbi komendaturadan hərbçilər yolladım və onları aeropotdan mənim kabinetimədək müşayiət etdilər. Özləri ilə çörək, yemək gətirmişdilər. Kabinetimdə oturduq, yedik, toxtadıq... Rəhmətlik Şükür müəllim və digər yoldaşlarla birgə döşəmənin üstündən buşlat(hərbi gödəkçə), adyal saldıq ki, yataq... Yatmamışdan əvvəl Şükür Rzayev dedi ki, Fərrux müəllim, Vilayət Prokurorunun birinci müavinini çağırtdırmaq lazımdır. Zəng elədim həmin vəzifəni daşıyan Ayrapetyana ki, Respublika Prokurorunun böyük köməkçisi Şükür Rzayev səni çağırır, tez bura gəl. Erməni prokuror müavini gəldi mənim kabinetimə. Şükür müəllim Ayrapetyana dedi ki, get Manuçarovun işi ilə bağlı sənədləri hazırla. Sabah gələcəm yoxlamağa, görüm, onunla bağlı cinayət işi niyə bağlanıb. Manuçarov daş karxanasının direktoru idi və eyni zamanda “Krunk”un liderlərindən biri idi. Manuçarovu və onun əlaltısı olan bir neçə ermənini bizimkilər tutub Şuşa türməsinə salmışdılar. Ancaq sonradan Moskvanın diktəsi və təyziqi ilə onlar azadlığa buraxılmışdı. Nə isə.... Şükür Rzayev belə deyəndə Ayrapetyan cavab verdi ki, əşşi, Şükür müəllim, nə danışırsız, sabah hara gəlirsiniz, sizi də, məni də orada güllələyərlər...


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031