Son xəbərlər:
Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb                        Lazarev "Eurovision 2019"da Rusiyanı təmsil edəcək                        "Nərd oynayıram, həftədə 13 ayaqqabı qazanıram"                        Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin sirri ortaya çıxdı                        Bakıda güclü küləyin fəsadları... - Foto                        "Bakının meri zəhmət çəkib Hacıbala Abutalıbovdan qalma problemləri həll etsin..."                        Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı                        70 ildir evli olan cütlük eyni gündə həyata gözlərini yumdu "Bir-birilərini gözləyirmişlər"                        Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu müzakirə olundu                        Rusiyada bəbir təlimçiyə hücum etdi                        Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”                        Ermənistan ordusunun bölmələrində problem və çatışmazlıqlara zabitlər də etiraz edirlər                        Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər                        Marneulidə iki azərbaycanlı “donuz qripi”nə yoluxub                        Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib                        Ermənistanın iki hərbçisi minaya düşüb                        Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
Tarix: 8-01-2019, 14:30
“O səs Türkiyə”nin qalmaqallı iştirakçısı: “Azərbaycanda mənim tərzimdə ifaçı yoxdur” – VİDEODaha çox “O səs Türkiyə” yarışmasından məşhurlaşan pop-opera ifaçısı Gülşən Akın İbadova musavat.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Bir müddət bundan əvvəl Türkiyəyə köçdüyünüz barədə məlumatlar yayılmışdı. Bu, doğru idimi? Yenidən Bakıya dönüşünüzün səbəbi nə oldu?

- Bəli doğrudur. Artıq 1 ildən çoxdur ki, yaradıcılığım və nişanlanmağım əlaqədar olaraq Türkiyəyə köçmüşəm. Vətənə dönməyimin səbəbi isə əsasən Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə 27 oktyabr Heydər Əliyev adına sarayında baş tutmuş, bəstəkarı Rizvan Sədirxanov olan, türk dünyasının ilk rok-operası “Səyyah Sindibad”la bağlı oldu. Bildiyiniz kimi rok-operada baş rolu, Sindibadin nişanlısı Zəhra obrazını canlandırırdım.

- Maraqlıdır, bu yeni operanın fərqliliyi nədədir?

- Əslində adı çəkilən rok-opera Rizvan Sədirxanov tərəfindən 40 il bundan öncə yazılmışdı. Amma Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində son iki ildə tamamlanıb. Rok-operanin fərqliliyi ondan ibarətdir ki, burada həm klassik vokal həm də rok, muasir pop janrlarını birləşməsi, fərqli janrların, ifaların əsrarəngiz harmoniyası var.

Bundan əlavə rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dillərində mətnlər var. Həmçinin mənim ifamda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Poslanı notı s nebes” adlı şeirinə yazılmış mahnı da bu operaya daxil edilib.

- Bu arada soyadınıza Akın əlavə etmisiz. Türkiyəli sənətçi Mahmud Akın ilə ailə qurduğunuz doğrudurmu?

- Bəli, ötən ilin öktyabr ayında türkiyəli sənətçi və iş adamı Mahmut Akınla rəsmi nikah mərasimimiz oldu. O zamandan sənədlərdə soyadim Akın olaraq qeyd edilir.

- Bəs, toy mərasimi olacaqmı?

- Əlbəttə...

- Toy mərasimi Azərbaycanda, yoxsa Türkiyədə keçiriləcək?

- Ailələrimizin və bizim ortaq qərarımız ilə toy mərasimi hər iki ölkədə baş tutmalıdır.

- Geridə qoyduğumuz ötən ildə daha hansı uğurlarınız oldu?

- Bir neçə ay bundan əvvəl Serbiyanın 1-ci radiosunun “Slaqa Naroda” adlı musiqili proqrama dəvət almışdım. Müsahibəmdə çalışdığım qədər Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etdim, həmçinin üç ifam səsləndi.

- Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə opera ifaçıları da şou-biznesə qatılır, rok, pop üslubunda ifalar edir, daha da məşhurlaşır. Siz necə, bu haqda düşünmüsünüzmü?

- Bəli, əlbəttə ki, artıq 2 ildir, Londonda birgə əməkdaşliq etdiyim “Artist Menecmentliyi Agentliyi” tərəfindən bir neçə Avropa ölkələrində musiqili radio verilişlərində və müsahibələrdə azərbaycanlı pop-opera sənətçisi kimi təqdim olunaram.

Onu da nəzərinizə çatdirmaq istərdim ki, bu muddət ərzində mən bir neçə yerli və avropalı bəstəkarlar, musiqi produserləri ilə əməkdaşlıq etmişəm. Xüsusi olaraq mənim səsim ucun pop-rok və pop-opera uslubunda əsər və mahnılar bəstələnir. Onlardan bir neçəsi artıq hazırdır və Avropada yayımlanmaqdadır.

Məsələn bunlardan ingiltərəli bəstəkar və musiqi prodüseri Chris Daviesin “When I am away from you” pop-opera janrında yazdığı mahnımı, italiyalı modern-klassik film bəstəkarı Pierpaolo Luccanın səsim üçün bəstələdiyi “The Miracle of Love” əsərini misal gətirmək olar. Hətta bu yaxınlarda məşhur italiyalı film bəstəkarı Matteo İaneodan iş birliyi təklifi aldım və bu təklifi dəyərləndirməyə calişacağam. Avropa bəstəkarları ilə yanaşı olaraq yerli gənc istedadlı bəstəkarlarımızla da calışıram. Sevda Rəhimova, Sevinc Kazımova, Saleh Nəzərov və s. Bir il bundan əvvəl gənc bəstəkarımız Saleh Nəzərovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Ömür” romansı Azərbaycan Radio və televiziyasının Qızıl Fonduna daxil edilmişdir. Və bu zamana kimi Rizvan Sədirxanovla, Saleh Nəzərovla yeni mahnilar üzərində işləyirik.

- Ümumiyyətlə, bir opera ifaçısı Azərbaycanda nə qədər uğur qazana bilir?

- Opera sənəti çox gozəl və yüksək olduğu qədər də çətindir. Düşünürəm ki, bizim ölkə də Şərq ölkəsi olduğu üçün auditoriyanın boyük olmaması təbii haldır. Bu səbəbdən gənc opera ifaçılarımız karyeralarını Avropa ölkələrində davam etdirməyə məcbur olurlar. Əlbəttə ki, təbliğatın da böyük rolu var. Amma bu reallıq məni daha da irəliləməyə sövq edir.

- “O səs Türkiyə” yarışmasında yenidən iştirak etməyi düşünürsüzmü?

- O vaxtkı müsahibələrimi xatırlayırsınızsa, orada qeyd etmişdim ki, əslində “O səs Türkiyə”yə mən öz arzumla getməmişdim. Həyat yoldaşım Mahmut Akın hələ o zaman, biz sadəcə duet ortağı olduğumuz dövrdə məni yarışmanın qeydiyyatından keçirmişdi. Qeydiyyatdan 2 gun sonra məni “Tv8” kanalına dəvət etdilər. Oradakı çıxışım tam bir ekspromt idi. 2016 cı il O səs Türkiyə yarışmasındakı uğurlu çıxışım mənim xatirimdə həyat yoldaşımın xoş surprizi kimi, xoş xatirə və uğurlarımdan biri kimi yadda qalacaq. Yenidən yarışmada iştirak etməyimə gəldikdə isə, əlbəttə ki, bu haqda düşünmürəm (gülümsəyir).

- Ümumiyyətlə, yarışmanı, orada iştirak edən azərbaycanlı ifaçıların performanslarını izləyirsizmi?

- Tək “O səs Türkiyə” deyil, ümumiyyətlə dünyadakı bütün səs yarışmalarını izləyərkən həmvətənlərimizin uğurlu çıxışlarını gördükdə qürur hissi keçirirəm.

- Bu layihə dünyanın bir çox ölkələrində keçirilir. Həmin ölkələrin birində özünüzü sınamağı düşünmüsüzmü?

- Əlbəttə ki, istisna deyil, düşünürəm.

- Ötən il Londonda Azərbaycanın musiqi səfiri seçildiniz. İstərdik ki, bu haqda ətraflı məlumat verəsiniz...

- Bəli. Artiq 2-ci ildir ki, Londonda FFM – Beynəlxalq Dünya Musiqiçiləri Azadlığı Federasiyasının Azərbaycanlı Səfiriyəm. Vəzifəm isə öz ölkəmin mədəniyyətini tanıtmaqdır.

- Azərbaycanda hansı ifaçını özünüzə rəqib bilirsiniz?

- Rəqib deməzdim, sadəcə mənim tərzdə ifaçı hələ ki görmürəm, çünki mən pop-opera ifaçısıyam. Avropada bu tərzin konkret adi “Crossover” janrıdır.

- Bəs, kiminlə duet oxumaq istərdiniz?

- Hələlik o haqda düşünməmişəm.

- Klip çəkdirməyi düşünürsüzmü?

- Əslində, ilk klipim ötən il Türkiyədə çəkildi. Klip Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə Rizvan Sədirxanov tərəfindən bəstələnmiş “Yesli b zvezdı stupenkami stali” adlı mahnıya çəkildi. Klipin rejisoru və idea müəllifi Mahmut Akındır. Klip və musiqi mərhum prezidentimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. Klipdə müəllifin adından mərhum babasını xatırlayıram.

- 2019-cu ilin ilk günlərini yaşayırıq. Bu ildən hansı gözləntiləriniz var?

- Bu ildən çox gozəl gözləntilərim var. İnanıram ki, bu il yaradiciliğımda cox ciddi müsbət çevrilişləri reallaşdıracağam”.



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar