Son xəbərlər:
Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb                        Lazarev "Eurovision 2019"da Rusiyanı təmsil edəcək                        "Nərd oynayıram, həftədə 13 ayaqqabı qazanıram"                        Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin sirri ortaya çıxdı                        Bakıda güclü küləyin fəsadları... - Foto                        "Bakının meri zəhmət çəkib Hacıbala Abutalıbovdan qalma problemləri həll etsin..."                        Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı                        70 ildir evli olan cütlük eyni gündə həyata gözlərini yumdu "Bir-birilərini gözləyirmişlər"                        Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu müzakirə olundu                        Rusiyada bəbir təlimçiyə hücum etdi                        Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”                        Ermənistan ordusunun bölmələrində problem və çatışmazlıqlara zabitlər də etiraz edirlər                        Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər                        Marneulidə iki azərbaycanlı “donuz qripi”nə yoluxub                        Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib                        Ermənistanın iki hərbçisi minaya düşüb                        Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
Tarix: 5-01-2019, 16:11
“Bura bax, sən erməni xalqından Azərbaycana düşmən düzəltmisən! Niyə belə edirsən?!.”
“Köçəryanı azərbaycanlı qadınları  işə qaytarmağa məcbur etdim...”Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11 büro üzvündən yeganə azərbaycanlı) Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır

“Köçəryanı kabinetimə çağırıb bərk danlayaraq soruşdum ki, niyə azərbaycanlı qadınları işdən çıxartdırmısan?..”

“O vaxt (1987-ci ildə) Henrix Poqosyanın DQMV İcraiyyə Komitəsinin sədri olmasına imkan vermədim. Ancaq təəssüf ki, bir il sonra, yəni 1988-ci ildə bu daşnak erməni daha böyük vəzifəni tutmağa nail oldu -Vilayət Partiya Komitəsinin birinci katibi oldu...

O ərəfədə məni yenə Bakıya çağırmışdılar. Məlumat verdilər ki, Kamran Bağırov tapşırıb, təcili gəlsin - Sov.İKP MK -nın katibi Razumovski onunla görüşmək istəyir. Gəldim Mərkəzi Komitənin binasına və gördüm ki, DQMV-nin o vaxtkı 1-ci katibi Boris Gevorkov qanıqara halda Kamran Bağırovun qəbul otağında oturub. Dedi, Fərrux müəllim, deyəsən, məni vəzifədən çıxardırlar, yəqin, səni çağırıblar ki, birinci katibliyə kimin yaxşı namizəd olduğunu soruşsunlar; Azərbaycana yaxın kimdir, onu deyərsən...

Amma mən belə bir adam görmürdüm onların arasında... Kamran Bağırov Razumovski ilə birlikdə məni qəbul etdilər. Razumovski bildirdi ki, Vilayətdə əhali Gevorkovun istefasını tələb edir və biz də bu məsələni artıq həll etmişik. Səni ona görə çağırmışıq ki, soruşaq; Vilayət Partiya Komitəsinin büro üzvləri arasında elə bir erməni varmı ki, Azərbaycanın mənafeyini müdafiə etsin və bu çaxnaşmanı sakitləşdirə bilsin?

Moskvadan gəlmiş Mərkəzi Komitə katibinə cavab verdim ki, erməni büro uzvləri arasında elə bir adam yoxdu. Soruşdu ki, bəs plenum üzvləri arasında. Buna da “yox” cavabı verdim. Razumovski əsəbi halda soruşdu:

“Nə oldu, bu ermənilərin içindən Azərbaycana yarayan bir adam tapmadın?!.”

Kamran Bağırov Razumovski ilə söhbətimizə müdaxilə edərək bildirdi ki, mən Fərrux Hüseynovun səmimiliyinə inanıram, düz deyir, onların arasında elə bir adam yoxdur.

Sonda bildirdim ki, Azərbaycana nisbətən loyal yanaşan bircə nəfər var: Hadrutun birinci katibi. Onun da ağzının kəsəri yoxdur deyə, Vilayətin birinci katibi işləyə bilməz.
Razumovski gözlənilmədən soruşdu: “А kak Poqosyan?”(Bəs Poqosyan necə?).
Mən bu suala da sərt cavab verdim:
“Пагосян ярый враг Азербайджанского народа” (Poqosyan Azərbaycan xalqının ən qəddar düşmənidir”.
Və izah etdim ki, Poqosyan bunu bir neçə dəfə özü etiraf edib. Dedim, inanmırsınız zəng edib şahidlərdən soruşun ki, SSRİ DTK sədrinin 1-ci müavini Sviqun Xankəndinə gələndə onun yanında Poqosyan Azərbaycan haqda nələr danışıb.
Cavabında Razumovski mənə çox ciddi şəkildə, amma tamamilər haqsız irad bildirdi:
“Bura bax, sən erməni xalqından Azərbaycana düşmən düzəltmisən! Niyə belə edirsən?!.”
Cavab verdim ki, mən bildiyimi söyləyirəm, yoldaş Razumovski. Və ona Sviqunun yanında baş verən hadisəni ətraflı danışdım.
Razumovski isə yenə dolayısıyla Poqosyanı müdafiə edərək bildirdi: “Yəqin o, sərxoş olub ona görə elə danışıb. Sonra bildirdi ki, sabah Vilayətdə plenum keçirəcəyik və Poqosyanı da birinci katib seçəcəyik. Get gözlə, sənlik deyil. Sabahkı plenuma hazırlaşın...”

Bu minvalla Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin inzibati binasında plenum keçirildi. Yığıncaqda Kamran Bağırov və Razumovski də iştirak edirdi. Qısa çıxışlardan sonra H.Poqosyan B.Gevorkovun yerinə seçildi. Bununla Kamran Bağırova qarşı çox böyük hörmətsizlik etdilər. Həmin qərarın əleyhinə üç-dörd nəfər - mən və Poqosyandan narazı olan iki-üç erməni çıxdı. Qalan hamısı tökülüşdü Gevorkovun üstünə: Poqosyan özü, Manuçarov, Dadamyan, Köçəryan və s...

Robert Köçəryan o vaxt Qarabağ ipək kombinatı partiya komitəsinin katibiyidi. O qədər də üzdə ola fiqur deyidi. Amma deyim ki, Köçəryan elə o vaxtdan faşist əqidəli idi- Poqosyandan da qatı millətçi idi. Həmin plenumdakı çıxışında Köçəryan üzünü Razumovskiyə tutub dedi:

“Yoldaşlar! Aərbaycan bizə ögey münasibət bəsləyir, ona görə də biz heç vaxt Bakıya tabe olan deyilik. Gəlirsiniz, birini çıxarıb o birini qoyursunuz - yaxşı edirsini. Ancaq indi sizə qəti deyirik, bizim Azərbaycanın tərkibində qalıb onlarla işləməyimiz mümkün olmayacaq...”

Poqosyan Vilayət Partiya Komitəsinin birinci katibi seçilən kimi plenum keçirilən zaldan birbaşa Xankəndinin mərkəzi meydanında mitinq keçirən separatçı və ekstremist daşnakların yanına gedib onlara belə müraciət etdi:
“Sizi təbrik edirəm! Qələbə bizimdir!..”

Bu arada mərhum Fərrux Hüseynov işğalçı ölkənin qaniçən, terrorçu eks-prezidenti Robert Köçəryan haqda bir epizodu da xatırlayır:

“Köçəryanı kabinetimdən zəng vurmağa məcbur etdim...”

“1988-ci ilin ortaları olardı. Artıq Qarabağda hadisələrin qızışan vaxtı idı... Xankəndində 11-12 nəfər azərbaycanlı qadını bir əmrlə Qarabağ ipək kombinatından işdən çıxarmışdılar. Çox hiddətləndim. Həmin kombinatın “partkom”u olan Robert Köçəryanı kabinetimə çağırıb bərk danlayaraq soruşdum ki, niyə azərbaycanlı qadınları işdən çıxartdırmısan?..

Mən yaxşı bilirdim ki, kombinatın erməni fəhlələri Köçəryanın öyrətməsi ilə azərbaycanlıları müxtəlif yollarla incidir, işləməyə qoymurlar. Odur ki, ondan sərt şəkildə tələb etdim:

“Məlumatım var ki, kombinatın direktoru o azərbaycanlı qadınları sənin göstərişinlə işdən çıxarıb. Əgər onlar işə bərpa olunmasalar, sən buna vəzifənlə, partiya biletinlə cavab verəcəksən!.. Özü də günü sabah!..

Bildirdi ki, mənim günahım yoxdur, mən heç kimi öyrətməmişəm, qadınlar işə gəlmirdilər... Dedim, onların təhlükəsizliyini təmin etməmisiniz, ona görə də işə gəlməyiblər. Götür telefon dəstəyin, bu dəqiqə mənim yanımdan zəng elə kombinatın direktoruna, çatdır ki, qadınları təcili işə bərpa etsin...”

Nəhayət, Köçəryan məcbur olub mənim yanımdan direktora zəng vurdu. Azərbaycanlı qadınlar dərhal işə bərpa olundu. Və etəsii gündən mənim tapşırığımla onları işə aparıb gətirmək üçün xüsusi avtobus da ayrıldı...


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar