Son xəbərlər:
Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                        Pakistanda hərbçilərimizi ayaq üstə alqışladılar - VİDEO                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 5-01-2019, 10:33
Bakının Ermənistanı təşvişə salan iki mühüm gedişiİşğalçı ölkə Bakının son manevrlərindən aqoniya vəziyyətinə düşüb; ekspertlər müharibəni qaçılmaz sayır; İrəvanın son seçimi etmək şansı var...

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır. Bu barədə ilk olaraq “Report” diplomatik mənbələrə istinadən xəbər verir.

Məlumata görə, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb. Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq. Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

ATƏT-in bundan əvvəlki sədrinin də bölgəyə tanışlıq məqsədli səfərini nəzərə alsaq, budəfəki vizitdən də fövqəladə nə isə gözləməyə dəyməz. Ermənistanda yeni hakimiyyət formalaşsa da, mahiyyət etibarilə dəyişiklik müşahidə olunmur. Belə ki, Nikol Paşinyanın müvəqqəti hökuməti konstruktivlikdən uzaq mövqe sərgiləməkdə davam edir. Elə bir neçə gün öncə Ermənistanın XİN rəhbəri Azərbaycanı Dağlıq Qarabağ “xalqı”na (? - red.) xitab etməyə, danışıqları qondarma rejimlə aparmağa çağırmışdı. İşğalçı ölkənin təmsilçisi növbəti dəfə güzəştlərin qarşılıqlı ola biləcəyini iddia etmişdi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev problemin həlli üçün 2019-cu ildə əlverişli imkan yarandığını deyib və işğalçı ölkəni fürsətdən yararlanıb erməni xalqını da xilas etməyi tövsiyə edib. BMT-nin hesabatına görə, Ermənistan yoxsulluq həddində olan ölkələr sırasındadır və vəziyyət getdikcə pisləşəcək. Lakin İrəvan sərt ritorikanı davam etdirmətdə davam edir. Bakının isə mövqeyi dəyişilməzdir. “Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov son açıqlamalarından birində bildirib. Azərbaycan sülh danışıqlarına sadiq olmaqla yanaşı, hərbi sahədə də öz tədarükünü görməkdədir və düşmən də bunu aydın müşahidə edir.

Xüsusilə də Azərbaycan ordusunun Ermənistanla həmsərhəd bölgələrdə möhkəmlənməsi işğalçını vahiməyə salıb. Ermənistanın hərbi eksperti, Van Ambarsumyan bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacağını iddia edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkib. Van Ambarsumyan Azərbaycanın Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkdiyinə və həmin mövqelərin bundan sonra Dövlət Sərhəd Xidmətinin qoşunları tərəfindən qorunacağı barədə xəbərlərə diqqət çəkib. Onun fikrincə, Azərbaycan Milli Ordusunun həmin hissəsi Qarabağ istiqamətinə göndərilib.


Eyni zamanda, Azərbaycanın Naxçıvan istiqamətində neytral zonanın içərilərinə doğru irəliləməsi Ermənistan üçün şok effekti yaradıb. Nikol Paşinyan yalnız yarım il sonra etiraf edib ki, Azərbaycan bu istiqamətdən irəliləyib.

Qeyd edək ki, Yeni il ərəfəsində Ermənistanın prezidenti Armen Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhədə baş çəkib. Artıq Ermənistanda müxalifət qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə götürdüyünü etiraf edirlər. Erməni şərhçi Hakop Badalyan İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə atılacaq əsas addımların işarəsi olduğunu yazıb.

“Rəsmi İrəvan Azərbaycan Ordusunun hərəkətlərinin öz ərazisində olduğunu, erməni tərəfinin nəzarət səviyyəsini azaltmadığını iddia edir, hətta bildirilir ki, daha əlverişli mövqelərə sahib olmuşuq. Lakin əsas ağırlıq Azərbaycanın Qarabağa gedən yollara nəzarət etdiyi fikri üzərindədir. Ermənistan rəhbərliyinin Naxçıvanla sərhədə gedişi də hər hansı fors-major situasiya ilə bağlıdır və bu, nəzarət məsələsində Azərbaycanın üstünlük əldə etdiyi fikrini gücləndirir”, - deyə erməni şərhçi bildirib. Badalyan iddia edib ki, 2019-cu ildə Ermənistan əsas siyasi ağırlığı Naxçıvan istiqamətinə yönəldəcək: “Naxçıvanla sərhəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da məsələsidir. Təşkilatın keçmiş baş katibi Bordyuja Ermənistana səfərlərindən birində Naxçıvan sərhədində olub. Paşinyan çıxışında bildirdi ki, KTMT-də baş katiblik göründüyündən daha dərin məsələdir. Bu mənada Naxçıvan çoxfunksiyalıdır və KTMT-nin məsuliyyət zonasına daxildir. Lakin reallıq fərqlidir, bu bölgədə əsas gücə sahib olan Azərbaycan və Türkiyə KTMT üzvləri ilə çox yaxındır. Ermənistan buna görə diqqətini Naxçıvan istiqamətində cəmləməyə çalışır. Yeni İl ərəfəsində yüksək çinli rəsmilərin bu sərhədə gəlişi də İrəvanın bu il ərzində xarici siyasət prioritetlərinin açıq simvoludur”.

****

Düşmən işğala son vermədikcə, təbii ki, Azərbaycan bütün arsenalını işə salmalı olacaq, çünki artıq heç kim torpaqların sülh yolu ilə azad olunacağına inanmır. Ona görə də Ermənistanı üzük qaşı kimi halqaya salmağa zərurət yaranıb. Azərbaycanın Naxçıvan əməliyyatı isə həm Dağlıq Qarabağa gedən yollara nəzarət etməyə, həm də Ermənistanın İran qapısını nəzarət altında saxlamağa imkan verir.

“Belarusdan ”İsgəndər" raketlərinə uyğun olan “Polonez” havadan müdafiə sistemini tədarük etdik. Ermənistan bildirirdi ki, onlar “İsgəndər”lə Bakını, Mingəçeviri vuracaqlar. Lakin biz “Polonez”ləri Naxçıvana yerləşdirməklə İrəvana açıq-aşkar meydan oxuduq". Bu fikirləri publika.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə səsləndirib. Politoloq Azərbaycan ordusunun 2018-ci ildə əldə etdiyi nailiyyətləri konkret faktlar əsasında xatırladıb: “Ötən il biz yeni, daha müasir silahlar əldə etdik. Ermənistan bizi ”İsgəndər" raketləri ilə hədələyirdi. Bunun qarşılığında biz Belarusdan “İsgəndər” raketlərinə uyğun olan “Polonez” havadan müdafiə sistemini tədarük etdik. Ermənistan bildirirdi ki, onlar “İsgəndər”lə Bakını, Mingəçeviri vuracaqlar. Lakin biz “Polonez”ləri Naxçıvana yerləşdirməklə İrəvana açıq-aşkar meydan oxuduq. Onları cavab atəşi ilə susdurduq. Bu baxımdan, müdafiə sistemimiz daha da gücləndi. 2018-ci il uğurlarından biri də Naxçıvan istiqamətində mövqelərin möhkəmləndirilməsi oldu. Bu bölgədə dağlarda yerləşən erməni postlarının geri qaytarılması və dövlət sərhədinə çıxıb dayanmaq da Azərbaycan Ordusunun mövqeyini bərkitdi. Bu, böyük üstünlükdür".

Ekspert deyib ki, bundan başqa, Qazax və Ağstafa istiqamətindəki sərhədlərin Milli Ordudan alınıb Sərhəd Qoşunlarının oraya yerləşdirməklə ordunun bir hissəsi passivlikdən azad olundu: “Biz həmin ordunun xidmətindən, lazım gəlsə, aktiv şəkildə Dağlıq Qarabağda istifadə edə bilərik. Təki lazım olmasın, problem danışıq yolu ilə həll olunsun. Əks halda, Azərbaycan ordusu kifayət qədər zərbə vuracaq gücə malik olduğunu sübut etməyə hazırdır”.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında ermənilərin Naxçıvanla bağlı təşvişini əsaslı saydığını vurğuladı: “Ermənilər bu məsələni iki istiqamətdə daha çox hallandırırlar. Maraqlısı da odur ki, ən çox narahatlıq yaradan problem kimi bunu Paşinyana müxalif olan qüvvələr qabardırlar. Sərkisyanın Respublikaçılar Partiyasının mətbuat katibi Şarmazanov sosial şəbəkələrdə çıxış edərək Paşinaynın başının parlamentdə vəzifə bölgüsünə qarışdığını qeyd edir və Naxçıvan istiqamətindən xəbərsiz olduqlarını vurğulayır. Eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin 17 dekabrdakı çıxışına istinad edir və Naxçıvan istiqamətində 11 min hektar ərazinin Azərbaycan silahlı qüvvələri tərəfindən alındığını misal gətirir. Bu istiqamətdə strateji yüksəkliklərin də Azərbaycana keçdiyi onları narahat edir”.

A.Nağıyev erməni hay-küyündə xüsusi məkrin olduğunu da bildirdi: “Bu məsələni qaldırmaqla ermənilər həm də KTMT üzvü olduqlarını qabartmağa çalışırlar və bilərəkdən qeyd etmirlər ki, qaytarılan ərazilər vaxtilə özləri tərəfindən işğal edilən ərazilərdir. Bundan başqa, Azərbaycan rəhbərliyinin hərbi yolla münaqişənin həlli məsələsinin də gündəmdə olduğunu təkrar-təkrar ermənilər tərəfindən qabardılması da guya sülh danışıqlarının pozulmasına bir eyhamdır”.

Politoloq qeyd etdi ki, Naxçıvan tərəfdən hərbi əməliyyatların keçiriləcəyi tam inandırıcı olmasa da, bu istiqamət doğrudan da erməniləri narahat edən məsələdir: “Ermənistan rəhbərlərinin son bəyanatları da göstərir ki, Dağlıq Qarabağ ”kartı" daxili və xarici siyasət üçün ən vacib siyasi amildir. Buna görə də onlar bütün bu proseslərə həssas reaksiya verirlər. Qazax tərəfdən sərhədlərin bərpası da Azərbaycanın apardığı mühüm siyasətdir. Belə ki, həm sərhədlərin bərpasının təmin edilməsi və hərbi hissələrin dislokasiyasının aparılması mühüm əhəmiyyət kəsb edir. Ermənilər başa düşür ki, Azərbaycan Sərhəd Qoşunları həm də döyüşkən bir ordudur, onların əvəz etdikləri Müdafiə Nazirliyinin hərbi hissələri də Dağlıq Qarabağ və ya işğal olunan ərazilərə göndərilə bilər. Yəni həm sərhəd güclənir, həm də işğal olunaN ərazilərə əlavə qüvvə gəlir. Erməniləri təşvişə salan əsas məsələ də budur".

Erməni hərbi ekspert, keçmiş kəşfiyyatçı Vova Vartanov isə deyib ki, Azərbaycan ordusu bütün parametrlər üzrə erməni ordusunu üstələyib. “2018-ci ildə Su-30CM-ləri alacağımızla bağlı şayiələr gəzirdi. Biz hələ də onları görə bilməmişik. Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq. Mən il yarım əvvəl xəbərdar etmişdim ki, türklər Qarabağa gedən əsas nəqliyyat arteriyasını nəzarət altına alacaqlar. Mənə o zaman məsləhət gördülər ki, panika yaymayım. Türklər bizi İranla bağlayan və Qarabağ üçün əsas nəfəslik olan dövlətlərarası yolu Naxçıvan istiqamətindən vizual şəkildə nəzarətdə saxlaya bilir”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik vilayəti olacaq. O, Azərbaycan Ordusunun bununla Dağlıq Qarabağın xarici dünya ilə bütün əlaqələrini tam nəzarət altına alacağını deyib.

Ümumi müşahidələr göstərir ki, torpaqların azad olunması üçün savaş qaçılmazdır. Hətta Üçüncü Dünya Müharibəsinin Dağlıq Qarabağdan başlana biləcəyi barədə beynəlxalq səviyyədə xəbərdarlıq səslənirsə, təbii ki, ermənilər narahat olmaya bilməz. Üstəlik, erməni ekspertlər müharibəni qaçılmaz sayır. İrəvanın isə son seçimi etmək şansı var...(musavat.com)


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031