Son xəbərlər:
Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb                        Lazarev "Eurovision 2019"da Rusiyanı təmsil edəcək                        "Nərd oynayıram, həftədə 13 ayaqqabı qazanıram"                        Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin sirri ortaya çıxdı                        Bakıda güclü küləyin fəsadları... - Foto                        "Bakının meri zəhmət çəkib Hacıbala Abutalıbovdan qalma problemləri həll etsin..."                        Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı                        70 ildir evli olan cütlük eyni gündə həyata gözlərini yumdu "Bir-birilərini gözləyirmişlər"                        Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu müzakirə olundu                        Rusiyada bəbir təlimçiyə hücum etdi                        Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”                        Ermənistan ordusunun bölmələrində problem və çatışmazlıqlara zabitlər də etiraz edirlər                        Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər                        Marneulidə iki azərbaycanlı “donuz qripi”nə yoluxub                        Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib                        Ermənistanın iki hərbçisi minaya düşüb                        Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
Tarix: 19-12-2018, 10:21
Baş konsul Nəsimi Ağayev: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir”Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ televiziyasına geniş müsahibə verib

Musavat.com xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev Los Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib.

Müsahibə “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur Emmi mükafatına namizəd olub.

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verir. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev bu gün Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırır. Baş konsul, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edir. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırır. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayır.

Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar