Son xəbərlər:
Silahlı Qüvvələr döyüşə hazır vəziyyətə gətirildi – Rusiyaya qarşı                        BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü                        Ermənistanda əlil hərbçi təqaüd ala bilmir                        Acundan boşanan Şeymanın Çağatayla gecə klubundakı görüntüləri ortaya çıxdı - VİDEO                        Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı – VİDEO                        “Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun professoru                        Gürcüstanda bütün seçki məntəqələri prezident seçkilərinin ikinci turuna hazırdır                        Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı                        Sosial müavinətlərin məbləği artacaq                        Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu                        25 yaşlı rus gözəli 49 yaşlı müsəlman krala ərə getdi – FOTO                        Nazir açıqladı: "Bu qanunun qəbulu əhalinin bank kreditlərinə çıxışını artıracaq"                        Elzadan onu tənqid edən Rasim Balayevə cavab: "Sənə verdi, ona verdi..."                        Venediktov: Kerç böhranı Putinin işinə yarayır                        Spiker yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı nazirə təklif verdi                        2019-cu il üzrə dövlət büdcənin layihəsi II oxunuşda qəbul edildi                        İnam Kərimov: Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq                        Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib                        Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı bəzi təfərrüatları açıqlayıb                        “Müharibə edib torpaqlarımızı almalıyıq ki, əsirlərimiz də azad edilsin...”                        Milli Məclisə əlavə 10.1 milyon manat ayrıldı                        Xanım deputat nikbin danışdı: “Böyük uğurlar əldə ediləcək”                        ABŞ şahzadəyə sanksiya tətbiq edəcək                        ABŞ miqrantlara gözyaşardıcı qaz sıxdığını təsdiqlədi                        FHN: Dənizdə qalan balıqçıların xilas edilməsi üçün tədbirlər görülür                        Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb                        Sabah hava əsasən yağmursuz keçəcək                        Karaçidə “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb                        Kiyev vilayətində 100-dən çox aviabomba zərərsizləşdirilib                        Milli Məclisin növbəti plenar iclası keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-noy-2018 / ( 14:12 )
 
 
Tarix: 26-11-2018, 16:43
Azərbaycanlı jurnalistə silahlı hədə - FotoUkraynanın paytaxtı Kiyevə ezam olunmuş Report İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov mütəmadi naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə üzləşib.

Belə ki, noyabrın 20-də, yerli vaxtla saat 19:30-da Kiyevdə, "Şota Rustaveli" 4 ünvanında qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, "Şkoda" markalı avtomobildən naməlum şəxslər tərəfindən nümayişkəranə formada izlənərək fotosunun çəkildiyini görən M.Aslanov avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb. Avtomobildə 2 kişi, 1 qadın olub. Jurnalist atəş açılmasından ehtiyat edərək kafe qapısında daldalanıb və bir müddət sonra avtomobilə yaxınlaşmaq istəyəndə yenidən fotosu çəkilib. Sonra avtomobil hadisə yerindən uzaqlaşıb. Jurnalist hadisə ilə bağlı Ukrayna polisinin "102" xidmətinə və Azərbaycanın Ukraynadakı səfirliyində Daxili İşlər Nazirliyinin nümayəndəsinə məlumat verib.

Buna baxmayaraq, jurnalist növbəti günlərdə də izlənməsini hiss edib və noyabrın 23-ü gecəyə doğru, yaşadığı yerə qayıdarkən "Bassseyn" küçəsi ilə "Şota Rustaveli" küçəsinin kəsişməsində yenə, - bu dəfə üz-üzə namlum şəxs tərəfindən qarşısı kəsilərək fotoları çəkilib. Naməlum şəxs ondan kim olması ilə bağlı suallara cavab verməyərək hadisə yerindən qaçaraq uzaqlaşıb.

Bu gün, noyabrın 26-sı səhər saat 10:00-da isə həmin əraziyə yaxın, "Espaladnaya" küçəsi 20 ünvanında səki ilə gedərkən yolunun üstündə dayanan CİP markalı avtomobilin qəflətən arxa qapısı açılıb, naməlum şəxs əlindəki avtomatı M.Aslanova tuşlayaraq barmağı ilə "sus!" işarəsi verib. Jurnalist ondan "Siz kimsiniz? Nə istəyirsiniz?" sualı verərək yaxınlaşan zaman şəxs qapını bağlayıb. M.Aslanov avtomobilə yaxınlaşaraq qapını açmaq istəyəndə kənarda hündürboy, eynəkli bir şəxs onun qolundan tutaraq "Sizə dedilər axı, susun!" deyərək onu kənara itələyib və həmin avtomobilə əyləşərək oradan uzaqlaşıb.

Bununla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər "Peçerskiy" rayon polisinə müraciət olunub, Ukrayna Cinayət Məcəlləsinin 129-cu (Ölümlə hədələmə) maddəsi ilə "EO 57636" nömrəli cinayət işi qaldırılıb, həmin şəxslərin araşdırılması aparılır.

İlkin arşadırmalar ilə noyabrın 20-də jurnalisti təqib və təhdid edən "Şkoda" markalı avtomobilin həmin gün hərəkət istiqamətləri müəyyənləşdirilərək məlum olub ki, avtomobil bütün günü M.Aslanovu təqib edib, onun olduğu yerlərdə saatlarla jurnalisti gözləyib.

Qeyd edək ki, uzun illərdir Ukraynadakı diaspor fəaliyyətini və ölkənin ictimai-siyasi həyatını işıqlandıran M.Aslanov dəfələrlə bu ölkədə olsa da indiyə qədər belə bir hal ilə üzləşməyib. Jurnalist Ukraynada baş verən münaqişə zamanı da oradakı ictimai-siyasi vəziyyəti işıqlandırmaq üçün ezam olunmuş və peşə fəaliyyətinə heç bir maneə görməyib. Bu dəfə M.Aslanov Ukraynanın Ali Radasının (parlament) deputatları, Nazirlər Kabinetinin bir sıra nazirləri, ölkənin ictimai-siyasi xadimləri, deputatları və sair ilə Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafını əks etdirən müsahibələr, yazılar hazırlamaq məqsədi ilə ezam olunub.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar