Son xəbərlər:
Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                        Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər.                        Prezident bu icra başçılarını işdən çıxardı - Yeni təyinat                        İlham Əliyev müsəlman diplomatlarla görüşdü - Foto                        Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU                        Azərbaycanın Baş Naziri Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb                        İlham Əliyev 2 fərman imzaladı                        Hacı Şahin maraqlı faktları açdı: "Ən bədbəxt insan odur ki..." - MÜSAHİBƏ                        Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib - İşçi qrupu yaradılıb                        Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi                        "Eurovision- 2019": Çingiz Mustafayev finalda - VİDEO                        Bakıda idman kompleksində yanğın olub                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-may-2019 / ( 13:25 )
 
 
14-may-2019 / ( 10:10 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 15-11-2018, 20:46
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"Abel Məhərrəmov rektorluğunun 20 ilinə çatmadı. Cəmi 2 ay dözə bilmədi. BDU-nu, xüsusilə onun Hüquq fakültəsini və bununla da ölkədə hüquq təhsilini böyrü üstə qoymuş bu adamın necə rektor olması yaxşı yadımdadır. 1998-1999-cu illər idi. Sabiq rektor Misir Mərdanov təhsil naziri olmuşdu. Rektorluq uğrunda mübarizə gedirdi. O zaman mən (21 yaşında) BDU-nun Tələbə Şurasının sədri idim (eyni zamanda Təhsil naziri yanında Tələbə Şurasının da sədri idim). Məhərrəmov da Kimya fakültəsinin dekanı idi. Özünü tələbələrin dostu, daha nə bilim nə kimi göstərməyə çalışırdı. Hətta bir dəfə məni yolda görüb maşınına da otuzdurub apardı. Yolboyu tələbə demokratiyasından dəm vururdu. Rektor olmaq istədiyini bilirdim. Düşündüm ki, elə bu olsa yaxşıdır, tələbələrə əl tutar (bununla belə, bəzi mənfi cəhətlərini də bilirdim, bir dəfə hətta sözləşmişdik də). Misir Mərdanova bunu deyəndə ironiya ilə gülümsədi. Misir müəllim prorektor və rektor əvəzi Bəhram Əsgərovun rektor olmasını istəyirdi. Bunu da bilirdim. Amma üzünə dedim ki, Bəhram müəllimdən rektor olmaz, alim kimi yaxşıdır, amma idarəçi deyil. Hətta 11 yanvar 1999-cu ildə Bəhram Əsgərov mənimlə bir neçə saat söhbət edib, tələbə hüquqlarını qoruyacağını vəd etdi. Söhbət əsnasında Abel Məhərrəmov gəldi və Bəhram müəllimdən bir neçə saatlıq harasa (sonra bəlli oldu hara) getmək üçün icazə alıb getdi. Həmin gün axşam Abel Məhərrəmovun rektor təyin olunduğu elan olundu. Səhər Misir Mərdanov BDU-ya gəlib yeni rektoru təqdim etdi. Misir müəllimi heç vaxt belə bikef görməmişdim.

Bir neçə gün sonra isə mən bikef oldum. Abel Məhərrəmovun işçilərlə necə kobud davrandığını görəndə. Sanki həmin Abel müəllim deyildi. Rektorluğun iclasında Bəhram müəllimi aşağılayanda isə lap gözümdən düşdü, hətta ona etirazımı da bildirdim. Sonra isə BDU-da irimiqyaslı təmir işlərinə başladı. Bir dəfə məni çağırıb dedi ki, gedək universiteti gəzək. Gəzdik. Sonda soruşdu ki, görürsən nələr edirəm, necədir? Cavab verdim ki, “Abel müəllim, forma yaxşıdır, amma məzmun pis gündədir”. Həmin andan aramız tam dəydi. Bir neçə aydan sonra isə universitet təhsilimi bitirib getdim.

Mənə elə gəlirdi ki, Abel Məhərrəmov BDU-ya etdiyi pisliyin pik həddindədir. Nə biləydim, hər şey hələ qabaqdadır. İllər sonra BDU ilə maraqlananda xəbər tuturdum ki, vəziyyət daha da pisləşir. Xüsusilə Hüquq fakültəsində. Demək olar ki, orada normal müəllim qalmadı. Dekanlığın rəhbərliyinə və kafedra müdirləri vəzifəsinə belə yoldan keçən, heç ağzının danışığını bilməyənlər gəldi. Odur ki, ölkəmizdə hüquq təhsilinin və hüquq elminin (yekunda isə hüquq sisteminin) mövcud problemləri əsas etibarı ilə Abel Məhərrəmovun fəaliyyəti ilə bağlıdır…

Əkrəm Həsənov, hüquqşünas


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031