Son xəbərlər:
Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                        Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər.                        Prezident bu icra başçılarını işdən çıxardı - Yeni təyinat                        İlham Əliyev müsəlman diplomatlarla görüşdü - Foto                        Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU                        Azərbaycanın Baş Naziri Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb                        İlham Əliyev 2 fərman imzaladı                        Hacı Şahin maraqlı faktları açdı: "Ən bədbəxt insan odur ki..." - MÜSAHİBƏ                        Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib - İşçi qrupu yaradılıb                        Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi                        "Eurovision- 2019": Çingiz Mustafayev finalda - VİDEO                        Bakıda idman kompleksində yanğın olub                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-may-2019 / ( 13:25 )
 
 
14-may-2019 / ( 10:10 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 15-11-2018, 18:02
BDU-da seminar: dillə bağlı fərman müzakirə edildiBDU-da Jurnalistika fakültəsinin Tədris-Metodiki Şurasının və “Jurnalistika” Elmi-Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrə həsr olunmuş elmi seminar keçirilib.

Seminarın moderatoru, elmi işçi Samir Mirzəyev fakültənin professor-müəllim heyətinə, doktorant, magistrant və qonaqlara iştirak etdikləri üçün öz təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti fərmanının əhəmiyyətindən söz açıb.

Daha sonra Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mediada dil-üslub xətaları” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, dövlətin əsas atributlarından biri də onun dilidir:

“Hər bir azərbaycanlı dövlət dili haqqında imzalanan fərman və sərəncamların, qanun və qərarların tələblərinə əməl etməklə, müstəqil dövlətin möhkəmlənməsinə, inkişafına, təmsil olunduğu xalqın düşüncəsinin qlobal dünyaya çıxmasına böyük töhfə vermiş olar. Əfsus ki, son illər Azərbaycan dilinin geniş imkanlarından faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn qarşılığından daha çox istifadə edilir, xüsusən teleməkanda, mətbuatda və sosial mediada fonetik, qrammatik, leksik üslub qaydaları pozulur, terminlər, neologizmlər, xüsusi adlar və abreviaturalar düzgün səsləndirilmir”.

Tədbirdə iştirak edən Radio və televiziya jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, fakültənin Tədris-Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli, professor Alxan Məmmədli, professor Nəsir Əhmədli, dosent Təranə Mahmudova öz çıxışlarında fərmandan irəli gələn vəzifələrdən danışıblar.

Elmi seminarda fakültə əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun rəhbəri, dosent Xatirə Hüseynova və Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı da iştirak edib.

Sonda çıxış edən fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev media orqanlarında dilimizin saflığının qorunması probleminə fakültənin professor-müəllim heyətinin hər zaman həssas yanaşmalı olduğunu vurğulayıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031