Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 13-11-2018, 14:08
“Bank of Baku”ya borcu olan Qarabağ qazisi böyrəyini satışa çıxarmaq istəyir - Ölkə rəhbərliyinə şikayətQarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Abduləli Rəsulov "Bank of Baku” ilə bağlı ölkə rəhbərliyinə şikayət edib.

Bir böyrəyini müharibədə itirmiş qazi digər böyrəyini də banka görə satmaq məcburiyyətində qaldığını deyir.

A.Rəsulovun sözlərinə görə,döyüşlərin birində bir böyrəyini itirdikdən sonra ağır fiziki işlə məşğul ola bilməyib. Bu səbəbdən kiçik sahibkarlıqla məşğul olmaq qərarına gəlib və ailəsini dolandıra bilmək üçün dükan açıb.

O, bəzən "Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb və işinə davam edib. İlk devalvasiyadan bir qədər əvvəl, 2014-cü ilin sentyabrın 18-də bankdan onu çağıraraq 10 000 ABŞ dolları kredit götürməsi təklif edilib.

"Məbləğin çoxluğuna etiraz etsəm də bank işçiləri məni narahat olmamağa çağırdı. Krediti götürərək az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər. Halbuki bankın qanunvericiliyə görə xarici valyuta ilə kredit verməyə səlahiyyəti çatmır. Hər ay 700 dollar əvəzinə, ardıcıl olaraq 800 dollar pulu banka ödəməkdə davam edirdim.

2015-ci ilin fevralında baş vermiş ilk devalvasiyadan sonra qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan qalan borcumu dərhal ödəyim. "Bank of Baku” ASC-nin Şəki filialınınm mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursa banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Mən də cavab olaraq banka 3 mart 2015-ci il tarixli məktubla yazdım ki, yeni kursla bankın borcunu ödəyə bilməyəcəyəm. Bank da öz növbəsində "borcun ödənilməsi” barədə yerli məhkəməyə müraciət etdi. Şəki rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinə görə mənim banka olan 7287 ABŞ dollar əsas borcumun və 1425 dolların müştərək qaydada ödənilməsi qət edilib”, - deyə qazinin prezident İlham Əliyevə, 1-ci vitse prezident Mehriban Əliyevaya və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanan şikayət ərizəsində qeyd edilir.

O, prezidentdən xahiş edib ki, banka olan borcunu əvvəlki qaydada ödəyib yekunlaşdırması üçün köməklik edilsin: "Hazırda maliyyə vəziyyətim ağır olduğuna görə bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən itirdiyim böyrəyimdən sağ qalan digər böyrəyimi satışa çıxarıb "Bank of Baku”ASC-yə ödəyim”.
BakuPost


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}