Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-11-2018, 13:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri çərçivəsində növbəti səfəri İsveçdə olub.

Əvvəlcə Azərbaycan Respublikasının Stokholmdakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub. Daha sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.

Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib.

Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət Komitəsinin sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən Təsis konfransında da iştirak edib. Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.

“Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının” sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Azərbaycan heyəti Nobel muzeyində - Foto

Axar.az


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar