Son xəbərlər:
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                        Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb                        Rusiya və ABŞ prezidentləri neft bazarını müzakirə edib                        Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"                        Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır                        Səudiyyə prokurorluğu Cemal Kaşıkçını öldürənlərə edam cəzası tələb edəcək                        Abel Məhərrəmov vəzifəsindən azad edildi...                        Moskvada “Yeddi gözəl” sərgisi açılacaq                        “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq                        Kadırovun “Instagram” səhifəsi "blok" edildi                        Ürəyim-Mehri Səfərli                        Postancyan: Nikol Qarabağı pul əvəzinə qaytarmağa hazırdır                        Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO                        “Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən xəbədarlıq                       
Xəbər lenti
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-11-2018, 11:35
Rusiyalı milyarder Monakoda həbs edildi – çirkli pulları "yumaqda" ittiham olunurFransanın “Le Monde” qəzeti xəbər verir ki, rusiyalı milyarder və “Monako” futbol klubunun sahibi Dmitri Rybolovlev korrupsiya ilə bağlı işlə əlaqədar dindirilmək üçün Monakoda saxlanıb.

Qəzet mənbələrə istinadən yazır ki, Rybolovlev noyabrın 6-da, səhərin erkən saatlarında saxlanıb və onun evində axtarış aparılıb. Bu işlə bağlı təfərrüatlar barədə hələlik xəbər verilmir.

“Monako” klubu noyabrın 6-da Fransanın Mediapart saytının Rybolovlevin Avropanın “Təmiz Maliyyə Oyunu” qaydalarından yayınmağa görə saxlandığı barədə xəbərləri təkzib etmişdi. Sayt yazırdı ki, milyarder, qaydalardan yan keçərək maliyyə çətinlikləri içində olan kluba vəsait ötürmək üçün saxta marketinq sazişi imzalayıb. Mediapart bunu da iddia edirdi ki, sözü gedən pul əslində Rybolovlevin ofşor şirkətlərindən gəlib.

Rybolovlev 2011-ci ilin dekabrında AS Monaco klubunun səhmlərinin 66 faizini almaqla onu müflislikdən xilas etmiş və maliyyə dəstəyi göstərmişdi.

Bu klub sonradan, 2017-ci ildə Fransa çempionu olmuş və Çempionlar Liqasının dörddə bir finalına çıxmışdı.

Rybolovlev 2017-ci ilin əvvəllərində indiki ABŞ prezidenti Donald Tramp-ın Floridadakı daşınmaz əmlak sövdələşməsinin vergi detalları aşkar olunandan sonra təkrar təhqiqata cəlb olunmuşdu. Vergi sənədləri 2005-ci ilə aid idi.

Bu sənədlərdən görünürdü ki, rusiyalı milyarder sözü gedən malikanəni 2005-ci ildə 41 milyon dollara alıb və 2008-ci ildə 95 milyon dollara satıb. Trampın tənqidçiləri sual edirdilər ki, daşınmaz əmlak qiymətlərinin düşdüyü bir vaxtda malikanənin qiyməti nə səbəblə belə kəskin arta bilərdi.

Rybolovlev “Forbes” jurnalına görə dünyanın 242-ci ən zəngin adamıdır. Onun sərvəti 6, 8 milyard dollar olaraq təxmin edilir.((Azadlıq radiosu))


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930