Son xəbərlər:
Yüzlərlə qadınla xəyanət edən ərini sona qədər müdafiə edən qadın – Nina Beriya                        “Taliban” hərəkatı ilə danışıqlar səbəbindən Vaşinqton və Kabilin münasibətləri korlanıb                        Terrorda müsəlmanları günahlandıran senatorun başına - Yumurta çırpdılar/Video                        Dövlət Sərhəd Xidməti: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir                        Rus kəşfiyyatından şok açıqlama: "İŞİD bizim regiona köçür"                        İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - AÇIQLAMA                        Bakıdan Ankaraya gedən tələbə qız itkin düşdü                        Müsəlman qatilinin məhkəmədə göstərdiyi işarə - Foto                        "5 yox, 10 uşaq istəyirəm"                        "Avro 2020": Final mərhələsinin püşkü Buxarestdə atılacaq                        “Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı                        Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb                        Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib                        “Azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı” - Şahlar Əsgərov                        “Bəzi ünsürlər media mühitindən öz şəxsi maraqlarını güdmək üçün istifadə edirlər...”                        “Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi                        Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO                        Bolqarıstanda yenidən quş qripi aşkarlanıb                        Natavan evli kişi ilə görüşən həmkarı üçün AYAĞA QALXDI və görün NƏLƏR DEDİ                        ABŞ ordusu üçün kommunikasiya peyki kosmosa göndərilib                        Sabah 29 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcəklər                        Daşkənddə çoxfunksiyalı buz kompleksi açılıb                        Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür                        Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 21 dəfə pozub                        İki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin 91 yaşında vəfat edib                        Martın 20-də əlavə Bakı-Gəncə sürətli sərnişin qatarı fəaliyyət göstərəcək                        Nüvə bombardmançıları Rusiya sərhədlərində                        FBİ Eynşteyni niyə axtarırdı: sovet xəfiyyəsi və...                        Aprel döyüşlərində və Naxçıvan əməliyyatında... - Bakıdan alternativ üsul                        Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edildi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-11-2018, 15:05
Azərbaycan yeni silahların istehsalına başladıMüdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 7,62 x 54 mm çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, cari ilin sentyabrında Azərbaycanda keçirilmiş "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş, iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmış hücum pulemyotu yerli mütəxəssislər tərəfindən hazırlanıb və sınaqları uğurla başa çatdırılıb.

HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

HP-7,62 tipli hücum pulemyotundan atəş iki ayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən “Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəf göstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7,62 x 54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.

HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır.

Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər.
Publika.az


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar