Son xəbərlər:
Seçki İrəvana neçəyə başa gələcək?                        Avropada ən çox məvacib ödəyən 10 futbol klubu - SİYAHI                        Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində çıxış ediblər                        Sevgilisi üçün 2 uşağını qaynar suya atdı                        "Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                        Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb                        Rusiya və ABŞ prezidentləri neft bazarını müzakirə edib                        Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"                        Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır                        Səudiyyə prokurorluğu Cemal Kaşıkçını öldürənlərə edam cəzası tələb edəcək                        Abel Məhərrəmov vəzifəsindən azad edildi...                        Moskvada “Yeddi gözəl” sərgisi açılacaq                        “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq                        Kadırovun “Instagram” səhifəsi "blok" edildi                       
Xəbər lenti
 
 
 
 
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-11-2018, 13:23
Plastik cərrah: Bütün əməliyyatlarda ölüm riski var“İnsanı görünüşünə görə qarşılayıb zəkasına görə yola salarlar” deyimi XXI əsrdə özünü daha qabarıq şəkildə göstərir. Bəlkə də, bunun nəticəsidir ki, yüzlərlə insan bu gün sağlamlığını riskə atıb bıçaq altına yataraq, müxtəlif cərrahi prosedurlara meyil edir.

Sosial şəbəkələrdə keçirdiyimiz kiçik sorğunun nəticələrinə baxsaq, iştirak edən gənclərin 70 faizi, orta yaşlı insanların isə 40-50 faizi cərrahi prosedur keçirib. 5-6 faiz insan isə cərrahi əməliyyatlardan, sadəcə, qorxduğu üçün uzaq durduğunu etiraf edir.

11 ildir Azərbaycanda fəaliyyət göstərən, əslən iranlı cərrah Siruz Qoçxaninın Oxu.az-a verdiyi müsahibəni təqdim edirik:

- Bir anda insanların xarici görünüşünü dəyişdirə bilirsiniz. Plastik cərrahiyyə sektorunda, demək olar ki, adı ən çox hallanan cərrahlardan birisiniz.

- Təşəkkür edirəm. Əlbəttə ki, həkimlik çox çətin və məsuliyyətli peşədir. Bütün insanlar ölümlə yaşam arasındadır. Hər saniyə həyatımızı dəyişəcək ciddi dəyişiklik ola bilər. Amma həkimlər hər gün onlarla insanın həyatını müsbət istiqamətdə dəyişməyə çalışır. Təbii ki, bu, bütün savadlı, peşəkar həkimlərə, cərrahlara aiddir.

- Müxtəlif cərrahi prosedurlar həyata keçirirsiniz. İstərdim, bu əməliyyatlar haqqında məlumat verəsiniz.

- Əsasən, plastik əməliyyatlar həyata keçiririk. Bunlardan rinoplastika (burunun korreksiyası), mamoplastika (süd vəzlərinin böyüdülməsi və ya kiçidilməsi, dodaqların şişirdilməsi), liposaksiya (piy sovurma əməliyyatı), abdominoplastika (qarın gərmə), bodiliftinq (bədən şəkilləndirmə), bleforplastika (üz gərmə) və s. əməliyyatlarını deyə bilərəm.

- Son vaxtlar hansı prosedurla bağlı müraciətlər daha çoxdur?

- Daha çox liposaksiya, mamoplastika və popoliftinq, bədən şəkilləndirmə ilə bağlı müraciətlər daha çoxdur. Bu istiqamətdə ölkədə əməliyyat aparan cərrahlar olduqca azdır. Düşünürəm ki, kifayət qədər çətin olmasından irəli gəlir.

- Çətinlik deyərkən nəyi nəzərdə tutursunuz?

- Bütün əməliyyatlarda ölüm riski var. İstənilən prosedurlarda. Hətta bizim müəllimlərimiz bizə deyirdi ki, bədənin istənilən nahiyyəsində yerləşən xalın cərrahi üsulla götürülməsinə laqeyd yanaşmaq olmaz. O belə ölümlə nəticələnə bilər. Bədənşəkilləndirmə əməliyyatları, bədənin müxtəlif nahiyyələrinə piy vurulması, forma verilməsi çox riskli əməliyyatlardandır.

Məsələn, popolipofilinq (bədəndən alınan piyin omba nahiyəsinı vurulması) əməliyyatında ani bir səhv insanın sağlamlığına cidi ziyan vura bilər və ölümlə nəticələnə bilər. İkinci çətin məsələ isə kifayət qədər ağır çəkisi olan xanımların (80-95 kq) bədən quruluşuna normal şəkil verməkdir. 40-50 kq çəkisi olan xanımlar da bədən şəkilləndirməsi üçün müraciət edir, lakin onların bədən quruluşunu formaya salmaq nisbətən asandır.

- “Gözəllik qurban tələb edir” deyib bütün xanımlar əməliyyat üçün müraciət edir. Əslində, bu əməliyyat üçün yaş, çəki məhdudiyyəti varmı?

- Bilirsiniz, çəkidən asılı olmayaraq, bədənin gözəl olması üçün müəyyən normalara riayət etmək lazımdır. Ya sağlam qidalanmaq lazımdır, ya müntəzəm olaraq idmanla məşğul olmaq, pəhriz saxlamaq. Bütün bunlara riayət etmədikdə orqanizmdə balans pozulur.

Bu isə artıq çəkiyə və xoşagəlməz bədən quruluşuna səbəb olur. Nəticədə, müraciət edirlər həkimlərə. Mənim öz təcrübəmdə 47-100 kq çəkisi olan xanımlar bədən şəkilləndirməsi üçün müraciət edib.

47 kq çəkisi olan xanımdan iki litrə qədər piy götürmüşük. Alınan piy omba nahiyyəsinə vurulub və olduqca gözəl görünüş alınıb. Daha sonra 80-90 kq çəkisi olan xanımlardan 4-5 litr piy alınıb. Amma bunun, sadəcə, iki litrini istifadə edərək bədənin müxtəlif nahiyyələrinə forma vermişik. Əslində, bədən şəkilləndirmə çəki ilə deyil, yaş ilə bağlıdır. 18 yaşdan yuxarı bütün şəxslər müraciət edə bilər.

- Necə düşünürsünüz, 45 kq çəkinin əməliyyata ehtiyacı varmı?

- Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki hər bir insan özündə yaranan müəyyən komplekslərə görə cərrahlara müraciət edir. Bizə müraciət edən xanım braziliyalı xanımların bədən quruluşuna xas forma istədiyini dedi. Biz onun hələlik buna ehtiyacı olmadığını demişik.

Lakin xanım çox daha gözəl görünmək üçün buna ehtiyacı olduğu deyirsə və əməliyyat üçün heç bir mane yoxdursa, biz xəstələrin istəklərini yerinə yetiririk. Bu əməliyyatın özü də ilk dəfə Braziliyada meydana gəlib. Fərq etmir 47 kq ya 100 kq çəkisi olsun, bütün xanımlar istəyir ki, bədən cizgiləri daha gözəl olsun.

- Əməliyyat üçün müraciət edən pasiyentlər hansı mərhələlərdən keçirlər?

- Ən birinci ümumi analizlər verilir. Ürək, ağciyər, qaraciyər, böyrəklər və s. Bütün həkimlərdən yoxlanışdan keçir. İnfeksion xəstəliklərin olub-olmaması yoxlanılır. Qəti şəkildə qan azlığı olan pasiyentlərin əməliyyata alınması qadağandır. Bəzən pasiyentlər keçirdikləri xəstəlikləri gizlədirlər, bu, risk faktorunu daha da artırır.

- Bəs elə bir xəstəlik varmı ki, onu keçirən pasiyentləri qəti şəkildə qəbul etmirsiniz?

- Bəli, konkret şəkildə onkoloji xəstələri əməliyyata qəbul etmirik. Eyni zamada, böyrək çatışmazlığı, varikoz genişlənmə olan xəstələr, şəkərli diabetdən əziyyət çəkən pasiyentləri də əvvəlcə müalicəyə göndəririk. Orqanizmdə şəkərin miqdarı, böyrəklərin funksiyası konkret olaraq normada olmalıdır və həkim yazılı şəkildə pasiyentin əməliyyata daxil olmasına icazə verdiyini bildirməlidir.

- Pasiyentə birinci dərəcəli qohumlarının bədənindən alınan piy vurula bilərmi?

- Xeyr. Qətiyyən belə bir səhvə yol vermək olmaz. Yalnız pasiyentin öz bədənindən alınan piydən istifadə edilə bilər və ya slikon və (akkofilinq) gellərdən. Yaxşı olardı ki, bədənə yad cisim yeridilməsin. Elə bədənin öz yağından istifadə edilsin. Bundan başqa. məbləğ baxımından da bu gellərin 500 qramı iki min dollardan başlayır. Bunu omba, bud, baldır nahiyələrinə də vururlar ki, bu, sonradan fəsad verir.

- Bədən şəkilləndirmə əməliyyatları neçə saat davam edir?

- Bir saatdan 5-6 saata qədər davam edə bilir. Bu baxır xanımın çəkisinə və bədəndə olan piy miqdarına.

- Bədəndən maksimum nə qədər piy çıxarıla bilər?

- Maksimum yeddi litr piy çıxarıla bilər. Amma risk faktorunu nəzərə alaraq mən öz təcrübəmdə yalnız bir dəfə yeddi litr piy götürmüşəm. Hər zaman beş litr və beş litrə qədər piy götürülməsini məqbul hesab edirəm. Bu istiqamətdə qətiyyən xəstələrin fikirlərini nəzərə almırıq, onların sağlamlığını riskə atacaq heç bir tələbləri nəzərə almıram.

- Bəs bir əməliyyatda ardıcıl olaraq liposaksiya, mamoplastika və popoliftinq prosedurlarını keçirmək olarmı? Ümumiyyətlə, bir əməliyyatda maksimum neçə prosedur gerçəkləşdirmək olar?

- Bəli, çox doğru məqama toxunursunuz. Bəzən xanımlar müraciət edir ki, bir dəfə daxil oluram əməliyyata, bütün prosedurları gerçəkləşdirin. Amma bu, həddən artıq risklidir. Çünki bu prosedurların hər biri olduqca ciddi və çətindir.

İstisna hallar olub ki, xaricdən gələn pasiyentlərimiz olub. Ciddi şəkildə yoxlanılıb və orqanizmdən asılı olaraq heç bir problem olmadığına dair ona bir əməliyyat xamanı iki prosedur həyata keçirilib.

Amma ümumi olaraq, bütün xəstələrimə yaxşı nəticə əldə etmək üçün prosedurları bir-bir gerçəkləşdirməyi tövsiyə edirəm. Əməliyyatlar arasında mütləq şəkildə minimum altı ay vaxt olmalıdır. Məqsədimiz pul yox, pasiyentlərin sağlamlığı və razı qalmasıdır.

- Əməliyyatdan sonra xəstələrə hansı təyinatlar verirsiniz?

- Əməliyyat sonrasında pasiyentlərə bir həftə müddətinə antibiotiklər, göbələk əleyhinə preparatlar, qan preparatları təyin edilir. Bir ay sonra, demək olar ki, normal həyat tərzinə qayıda bilərlər. Sadəcə olaraq, mütəmadi şəkildə həkim nəzarətində qalmaq, ağır, fiziki işlə məşğul olmamaq məsləhətdir.

Bədən şəkilləndirmə ən az altı ay sonra özünün tam formasını alır. Mamoplastika, demək olar ki, iki aya özünü büruzə verir. Digər prosedurlarda bu aralıqda öz nəticələrini göstərirlər.

- Əməliyyat sonrası bədəndə göyərmə, yara izləri qalırmı?

- Orqanizmdən asılı olaraq dəyişir. 2-3 ay ərzində bədəndə göyərmə, yaralar sağalır. Çapıq isə qalmır. Bu, o hallarda baş verir ki, pasiyentlər onlara təyin edilən təlimatlara riayət etmirlər. Yaralarda iltihablaşma gedir və bu da sağalma prosesini uzadır. Digər hallarda hər şey öz qaydasında gedir.

- Liposaksiya əməliyyatına qayıdaq. Bu əməliyyat zamanı və əməliyyatdan sonra damarlarda qan laxtaları yığılaraq ağciyərdə tromblaşır. Bu isə ölümlə nəticələnə bilir. Bunun səbəbi nədir?

- Bəli tam əməliyyatlarda pasiyentlər bir saatdan çox eyni vəziyyətdə hərəkətsiz şəkildə qaldıqları zaman damarlarda laxtalanma artır. Amma bu zaman xəstələrin əllərinə, ayaqlarına masaj edilir ki, qan tromblaşmasın. Eyni zamanda, biz xəstələri əməliyyat zamanı hərəkət etdiririk. Bədəndən götürülən piylərin müxtəlif nahiyələrə vurulması zamanı pasiyent fərqli şəkildə yatırılır.

Bundan başqa, əməliyyatdan səkkiz saat sonra mütləq şəkildə bu riskin qarşısını almaq üçün qan durulaşdırıcı preparatlar təyin edirik. Bizim əməliyyatlardan sonra xəstələrə yataq rejimi təyin edilmir. Palataya keçirildikdən 3-4 saat sonra tibb bacıları xəstələrin gəzməsinə, oturub-durmasına kömək edir və bu şəkildə də bədən hərəkətdə olur. Abdominoplastika (qarın gərmə) əməliyyatlarında qarın nahiyəsində əzələlər tikilir, kəsim sayı çox olduğu üçün 1-2 ay normal həyat tərzinə məhdudiyyətlər olur.

- Liposaksiya əməliyyatı iki üsulla aparılır. Quru və maye üsulları. Siz ən çox bunlardan hansına üstünlük verirsiniz və niyə?

- Təbii ki, maye vasitəsilə. Maye riskləri azaldır. İçərisində adrenalin olan damarları əməliyyat zamanı yığır. Eyni zamanda, sağlamlıq və təhlükəsizlik baxımından da maye üsulu ilə liposaksiya daha uğurludur. İnanmıram ki, bu gün kimsə quru üsulla liposaksiya proseduru gerçəkləşdirsin.

- Bəzən uyğunsuz ölçülərdə karset istifadə etmək də əzələlərdə deformasiyaya gətirib-çıxarırmı?

- Bəli, doğrudur. Bəzən standartlara cavab verməyən karsetlər qarın nahiyəsində düz əzələni sıxır və xoşagəlməz formaya salır. Amma biz həm popoliftinqdən, həm də mamoplastika əməliyyatından sonra xüsusi karsetlər təyin edirik ki, bu, bir növ qəlib rolunu oynayır və bədənin daha yaxşı formaya düşməsinə kömək edir.

- Mamoplastika əməliyyatı keçirən xanımlar gələcəkdə ana olduqları zaman hər hansı problem yaşaya bilərmi? Məsələn, uşaqlara süd verərkən ziyan ola bilərmi?

- Maraqlı sualdır. Bilirsiniz, bədənin sağ və sol tərəfi bir-birinə asimmetrikdir. Bəzən mamoplastika zamanı iki döş arasında asimmetrlik sezilir. Xəstə bununla bağlı müraciət edən zaman biz bunu ona izah edirik. Yaxşı olar ki, mamoplastika əməliyyatına xanımlarımız ana olduqdan sonra müraciət etsinlər. Bəzən hormon pozuntusu ilə bağlı problemli qızlarımız müraciət edir.

Bu, istisna hal kimi dəyərləndirilir. Amma digər bütün hallarda əgər mamoplastika zamanı süd vəzinin kanallarına toxunulmayıbsa, gələcəkdə uşaq əmizdirmək üçün heç bir problem yaşanmayacaq. İstər slikonların, istərsə də piy vasitəsilə süd vəzinin dikləşdirilməsi əməliyyatının uşaqların ana südü ilə qidalanmasına heç bir fəsadı ola bilməz.

- Nadir rast gəlinsə də, əməliyyat sonrası döş ətrafında fibroz toxumaların bərkiməsi gedir. Bəs bu, fəsad hesab olunurmu?

- Yox, bu fəsad sayılmır. Sadəcə olaraq, yüngül masajlarla aradan qaldırıla bilir. Mənim xəstələrimdə də yaşanıb. Tikişlərdən də asılı olur, dediyim kimi, təyinatlara düzgün riayət edilmədikdə də olur. Amma dərmanlarla bunu aradan qaldırmaq mümkündür.

- Əməliyyatda ölüm riski nə qədərdir?

- Bütün əməliyyatlarda 1-4 faiz ölüm riski var.

- Fransadan, Almaniyadan, bir çox Avropa ölkələrindən lipoasaksiya və popoliftinq əməliyyatları üçün məhz Azərbaycana müraciətlərin sayı çoxalıb. Demək olar ki, istifadə etdiyiniz tibbi avadanlıqların vətənindən buraya xəstələr gəlir, bunu nə ilə əlaqələndirirsiniz?

- Çox sevindirici haldır. Bu, o deməkdir ki, biz hər birimiz Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edirik. Mən çox sevinirəm ki, ölkə xaricindən mənim qəbuluma xəstələr gəlir. Bu, həm də Azərbaycanın tanınmasıdır. Bizim səhiyyə sistemimizdə xəstələrin rahat şəraitlə təmin edilməsinə xüsusi diqqət ayrılır. Düşünürəm gülərüzlü qarşılanmaları da onların seçimlərinə təsir edən faktorlar arasındadır.

- Kişilər bu prosedurlarla bağlı müraciət edirlərmi?

- Əslində, ölkəmizdə bununla bağlı müraciət edənlər yoxdur. Amma xarici vətəndaşlardan liposaksiya abdominoplastika üçün müraciət edənlər olub. Təbii ki, xanımlarla müqayisədə, bu, çox azdır.

Azərbaycanda bəylər yalnız rinoplastika (burun əməliyyatı) və saç əkimi ilə bağlı müraciət edir. Kişilərdə qadınlara nisbətən qanamalar çox olur. Amma sağalma baxımından kişilərdə bu proses daha tez gedir.

- Təcrübənizdə ən gənc və ən qocaman xəstənizin yaşı?

- Ən gənc 18, ən yaşlı pasiyentimin isə 73 yaşında olub.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930