Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 5-11-2018, 17:07
Noyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə xarici ölkə səfrliklərinin və beynəlxalq təşkilatların nümyəndələrinin, həmçinin dövlət və hökumət orqanları nümyəndələrinin, tarxçi-alimlərin, QHT və KİV təmsilçilərinin iştirakı ilə “Separatizmə, işğala və terrora son! İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova Publika.az-a müsahibəsində bu mövzuda gördükləri işlər, İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamlarından danışıb.

- Nüşabə xanım, ilk olaraq beynəlxalq konfransla bağlı məlumat vermənizi istərdik ?

- Noyabrın 2-də keçirilən beynəlxalq konfrans İsveç Krallığının Stokholm şəhərində keçirilən tədbirin davamı idi. Beynəlxalq Dialoq və İnkişaf Alyansı 20-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İsveç Krallığının Stokholm şəhərində “Irəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı layihə həyata keçirib.

Layihədə 100 il bundan öncə Azərbaycanın qədim torpağı, tarixi mədəniyyət mərkəzi olan İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamları, qarşılıqlı razılaşma, Batumda imzalanan müqavilədə Azərbaycan və Osmanlı dövlətlərinin Ermənistan qarşısında qoyduğu şərtlər, hər iki dövlət qarşısında Ermənistanın üzərinə götürdüyü öhdəliklər və digər məsələlər arxiv sənədləri əsasında araşdırılıb, sənədli film və buklet formasında öz əksini tapıb. Stokholm şəhərində keçirlən tədbirin davamı olaraq, biz Bakı şəhərində də xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümyəndələrinin, həmçinin dövlət və hökumət orqanları nümyəndələrinin, tarxçi-alimlərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə “Separatizmə, işğala və terrora son! Irəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı beynəlxalq elmi konfrans keçirdik.

- Nəyə görə məhz İrəvan mövzusu?

- Bu mövzu tarixi bir mövzudur və böyük məsuliyyət tələb edir. İrəvanın tarixinin araşdırılması və bu məsələ ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılması möhtərəm Preidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində cənab Preidentimiz xüsuslə qeyd etmişdir ki, İrəvanla bağli tarixi həqiqətlərin dünyaya çatdirilmasi ölkə diplomatiyasinin əsas vəzifələrindən biridir.

Bu sözlər eyni zamanda, ictimai təkilatlar, xüsusilə beynəlxalq səviyyədə fəalyyət göstərməyə çalışan təşkilatlar üzərində böyük məsuliyyət qoyur. Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq biz İrəvanla bağlı, bütövlükdə Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu mövzuya müraciət etdik.

- Siz tarixçı-alimsiniz, bu layihəyə qədər Sizin İrəvanın tarixi ilə bağlı araşdıqmalarınız olubmu?

- Mən eyni zamanda, AMEA Tarix İnstitutunun elmi içisiyəm. Bakı Dövlət Universitetini bitirdikdən sonra, sonralar mənim elmi rəhbərim olan akademik Mahmud İsmyılovun dəvəti ilə Tarix İnstitutunda “Azərbaycanın yeni tarixi” şöbəsində çalışmağa başladım. Bu günə qədər mənim tədqiqat sahəm XIX-XX əsrin əvvəlləri dövrüdür. Dərc olunmuş 5 elmi monoqrafiyamda İrəvanın tarixi ilə bağlı məqamlar öz əksini tapıb, həmçinin bir sıra məqalələrim İrəvanın tarixinə dair araşdırmalara həsr olunub. Bundan əlavə, Rusiyanın Sankt-Peterburq şəhərində fasilələrlə elmi ezamiyyətdə olmuşam. Sankt-Peterburqda yerləşən Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi Dəniz Donanması Arxivində araşdırmalar aparmışam və Azərbaycana İrəvanın və Naxçıvanın tarixi ilə bağlı 30000-dən çox tarixi sənəd gətirmişəm.
Alim tarixi faktları AÇDI: Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə...">



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar